KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ukrayna və Rusiya arasındakı ixtilafı müzakirə etmək üçün üçtərəfli sammitin keçirilməsini təklif edib.

Kamal Aliyev: Ukrayna və Rusiya arasındakı ixtilafı müzakirə etmək üçün üçtərəfli sammitin keçirilməsini təklif edib.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
290 0

Hazırda Ukrayna və Rusiya sərhədində vəziyyət olduqca gərgindir,ruslar Donbassdakı separatçıları sürətlə silahlandırmaqla yanaşı,Ukrayna ilə sərhədə 92 min əsgər yerləşdiriblər.
Bundan əlavə,Rusiyanın Ukrayna ilə sərhədə tanklar,agır artileriya,hətta nüvə başlıgı daşıyan reketlər də yerləşdirdiyi haqqında qərb mənbəələri yazılar dərc edir.Birmənalı olaraq demək olmaz ki,Rusiya müəyyən bir tarixdə Ukraynaya müdaxilə edəcək.Ancaq biz bilirik ki,Rusiya Ukraynadakı siyasi iqtidardan və onun NATO-ya üzv olmaq arzusundan narahatdır.O ayrı mövzudur ki,NATO indiki situasiyada Ukraynaya tam üzvlük haqqı verməyəcəkk.
Şimali Atlantika Aliyansı onun fərqindədir ki,Ukrayna və NATO mövzusu kreml üçün “qırmızı xətt”-dir.
Ərdoganın təklifinə gəlincə,artıq Putinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidentinin üçtərəfli görüş təklifinə mənfi münasibət bildirib.Halbuki,Rusiya və Türkiyə Suriya məsələsində İran da daxil olmaqla “Astana Formatı”çərçivəsində işləyir.Eyni zamanda,Daglıq Qarabag problemi ətrafında da rus-türk əməkdaşlıgı yaranıb.
Rusiya tərəfinin Ərdoganın məlum təklifinə münasibətindən də göründüyü kimi,kreml hər vəchlə Donbassdakı separatçılarına “hüquqi zəmanət”istəyir.Ruslar hesab edir ki,Ukraynadakı mərkəzi hökumət öz müstəqilliklərini elan etmiş separatçı Donbass və Luqansk respublikaları ilə üz-üzə problemləri müzakirə etməlidir.
Hərçənd,bütün dünyaya məlumdur ki,Rusiya Donbass məsələsində tərəfdir və onun separatizmə dəstəyi olmasaydı,Ukrayna parçalanmazdı.
Əslində,Rusiya,Fransa və Almaniyanın da daxil oldugu “Normandiya Formatı”-nda Ukrayna ilə guya sülh danışıqları aparır.Mən buna ona görə “güya”deyirəm ki,Rusiyanın əsas məqsədi Donbass və Luqanskla kifayətlənməyib,bütövlükdə Ukraynanın şərqini Krımda(2014) oldugu kimi anneksiya etməkdir.Hər halda,Rusiyanın Ukrayna ilə baglı”Novorossiya”strategiyasından xəbərimiz var.
Rusiyanın hazırda Ukrayna ilə baglı planı odur ki,Kiyevdən şərqə hətta Odessa və Xarkov da daxil olmaqla,geniş əraziləri ələ keçirməkdir.
Rusların ikinci planı isə,Ukraynanın daxilində prezident Volodomir Zelenskiyə qarşı dövlət çevrilişi edib yenidən Viktor Yanukoviç kimi kreml canişinini iqtidara gətirməkdir.
Ukrayna prezidenti Zelenski bu yaxınlarda demişdi ki,Rusiyanın dekabr ayında ona qarşı dövlət çevrilişi etmək planı var.Hətta Zelenski bu barədə onun əlində səs yazılarının oldugunu bəyan etmişdi.
Əlbəttə,bu,olduqca ciddi iddiadır və biz bilirik ki,kremlin bütün post-sovet məkanında 5-ci kalonu aktiv fəaliyyətdədir-Azərbaycan da daxil olmaqla.
Ukraynadakı rusyönümli oliqarxların əlində kifayət qədər maliyyə və media resursları var.Kreml əvvəl bu istiqamətdə öz adamı olan media maqnatı Medvedçukdan istifadə edirdisə,Zelenskidə olan məlumatlara görə,indi də bu ölkənin ən varlı oliqarxı, tatar əsilli Rinat Axmedovdan istifadə etməyə çalışır.
Yazının əvvəlinə qayıtsaq,Türkiyə prezidenti Ərdoganın Rusiya və Ukrayna arasındakı ixtilafda madiatorluq təklifi pozitiv addımdır.Ancaq onu da nəzərə almalıyıq ki,Putinin Rusiyası Ukrayna mövzusunda heç kimə güzəştə getmək niyyətində deyil.Putin Donbass və Luqanskdakı separatçılara dəstək verməklə yanaşı,bu regionlardakı etnik ruslara hətta Rusiya pasportları paylayıb.İndi biz o qədər sadəlövh olmamalıyıq ki,Putin Ukrayna məsələsində Türkiyənin vasitəçiliyinə “hə”desin.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir