ABŞ-ın dövlət katibinin müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında 7 saatdan artıq davam edən görüşdə proqressiv nəticə əldə olunmayıb.
Danışıqların əsas müzakirə mövzuları Ukrayna və Avropanın təhlükəsizliyi məsələləri olub.
Həm S.Ryabkovun,həm də V.Şermanın mətbuat üçün açıqlamalarından belə nəticə hasil olur ki,tərəflər ilkin mövqelərində qalıblar və qarşılıqlı güzəştdən söhbət gedə bilməz.Sabah isə ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqların son raundu keçiriləcək.
Rusiyanın hədəfləri nədir?
Mənim gəldiyim qənaət budur ki,Ukrayna və Avropanın təhlükəsizliyi məsələsində kremlin üç məqsədi var…
1)Rusiya istəyir ki,ABŞ və onun Avropadakı müttəfiqləri arasında sabah bu ölkəyə qarşı tətbiq olunacaq sanksiyalar məsələsində narazılıqlar yaransın.Yəni,ruslar Avro-Atlantik sistemin aktorları arasında etimadsızlıq,inamsızlıq mühüti yaratmaq istəyir.Bu,Rusiyanın strateji hədəfidir.
2)Rusiya istəyir ki,gələcəkdə Ukraynayı işgal edəcəyi təqdirdə,ABŞ tərəfindən tətbiq olunacagı gözlənilən “kabus”sanksiyalarda Almaniya və İtaliya iştirak etməsin.
Həm İtaliya,həm də Almaniya Rusiyanın təbii qaz ixracında əsas ölkələrdir.Ruslar ABŞ-nin sanksiyalarına cavab olaraq hər iki ölkəyə təbii qazın ixracını kəsə bilər.Bütün bunlar kremlin avtoritar lideri V.Putinin əlində olan əsas təsir rıçaqlarıdır.
3)Nəhayət,kreml istəyir ki,ABŞ şərqi Avropa ölkələri,Gürcüstan və Ukraynayı silahlandırmasın,Rusiya sərhədləri yaxınlıgında hərbi təlimlər keçirməsin və gələcəkdə bu ölkələri(Ukrayna, Gürcüstan)NATO-ya üzv qəbul etməsin.Və ən əsası NATO rəsmi şəkildə və yazılı bəyan etsin ki,təşkilat post-sovet məkanından uzaq olacaq.
Vendi Şerman və S.Ryabkov arasında keçirilən görüşün nəticələri budur ki,ABŞ NATO-nun 2008-ci ildən bu yana qəbul etdiyi “açıq qapı”siyasətindən vaz keçmək niyyətində deyil.Ancaq Vaşinqton Rusiyanın şərqi Avropanı silahlandırmaması,Ukraynaya agır silahlar verilməməsi tələblərinə isti yanaşır.ABŞ açıq bəyan edir ki,müəyyən kriteriyaları yerinə yetirən dövlətlər NATO-ya üzv olmaqda sərbəstdirlər.
V.Şermana görə,NATO-nun istədiyi dövlətlə ikitərəfli münasibətlər qurmaga haqqı var və buna Rusiya qərar verə bilməz.Şerman açıq şəkildə Ryabkovun nəzərinə çatdırıb ki,ABŞ Ukraynasız bu dövlətin yerinə qərar verməyəcək
ABŞ rəsmisinə görə,Rusiya Ukrayna sərhədi boyunca yerləşdirdiyi 100 minlik ordu ilə bu ölkəni işgal edərsə,daha agır,daha sərt iqtisadi sanksiyalara hazır olsun.Ryabkov isə deyib ki,belə olan təqdirdə,ən çox ziyanı Avropa dövlətləri görəcək,çünki,biz də cavab tədbirlərimizi hazırlamışıq.
Gəlinən nəticə odur ki,nə Rusiya,nə də NATO güzəştə getməyə hazır deyil.Hətta ayın 12-də baş tutacaq növbəti toplantının da fiaskoya ugrayacagını ehtimal etmək olar.
Açıgı,ayın 13-də keçiriləcək Rusiya-ATƏT danıqlarından da müsbət nəticə gözləmirəm.
Kamal Aliyev kafkasssam