KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Ukrayna Krım və Donbas məsələsində Rusiyaya güzəştə gedə bilərmi?

Kamal Aliyev: Ukrayna Krım və Donbas məsələsində Rusiyaya güzəştə gedə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
363 0

Ukrayna prezidenti Volodomir Zelenski bu gün ABŞ mediasına(ABC kanalı)verdiyi müsahibədə deyib ki,Krım və Donbas məsələsini müzakirə edə bilərlər və oradakı insanların necə yaşayacagları məsələsində razılaşma əldə edə bilərlər.

Diqqət yetirsək görərik ki,V.Putinin Rusiyası 2014-cü ildəki Krımın anneksiyasından bəri davamlı olaraq bu mövzunu qabardır.Hətta Rusiya və Ukrayna heyətləri arasında Belarusda baş tutmuş üç görüşdə də rusların irəli sürdüyü şərtlərdən biri də elə bu,idi.

Bir az geriyə getsək görərik ki,2015-2016-cı illərdəki Minsk-1 və Minsk-2 razılaşmalarında Donetsk və Luqanska Ukrayna konstitusiyası çərçivəsində geniş muxtariyyət hüququnun verilməsi öz əksini tapmışdı.

Sadəcə olaraq,Minsk-1 və Minsk-2 razılaşmalarını Ukraynanın keçmiş prezidenti Petro Poroşenko imzalamışdı.V.Zelenski 2019-cu ildə Ukraynada keçirilən prezident seçkilərində qalib gələndən sonra o,adı çəkilən hər iki razılaşmadan imtina etmişdi-faktiki olaraq.

Əslində,Minsk-2 razılaşmasına görə,Donetsk və Luqanska geniş muxtariyyətin verilməsi Ukraynanın unitar dövlət sistemindən federativ sistemə keçəcəyini təmin edəcəkdi.Lakin bir məqamı da vurgulayım ki,əgər Donetsk və Luqanska geniş muxtariyyət hüququ verilsəydi,gələcəkdə hər iki muxtar respublika Ukraynanın NATO və Avropa İttifaqına daxil olmasını veto edə bilərdilər.

V.Zelenskinin ABŞ mediasına verdiyi son açıqlamanı belə də dəyərləndirmək olar ki,Ukrayna prezidenti sanki Krım və Donbas məsələsində “müəyyən”güzəştlər etməyə razıdır.Bu,Rusiya üçün məqbul görünə bilər,ancaq V.Putinin şərtləri təkcə bununla məhdudlaşmır.

Görünən budur ki,Kreml Ukraynanın denasifikasiyası,silahsızlandırılmasını da tələb edir.
Üstəlik,Rusiya tələb edir ki,Ukraynanın NATO-ya heç vaxt daxil olmayacagı və neytral dövlət kimi qalacagı yeni qəbul olunacaq konstitusiyada əks olunsun.
Reallıq budur ki,V.Putinin bütün şərtləri qəbul edilməzdir və Ukraynanın dövlət müstəqilliyinə zərbədir.
Bu gün Ukrayna xalqı işgalçı Rusiyaya qarşı müqavimət göstərir və düşünürəm ki,rusların hətta şərtlərindən biri belə qəbul etmək bu dövlətin yox olması anlamına gəlir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir