KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Ukrayna kəşfiyyatı və Putinin paradı

Kamal Aliyev: Ukrayna kəşfiyyatı və Putinin paradı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
400 0

Civil.ge adlı internet portalının yaydıgı xəbərə əsasən,Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Azərbaycan,Gürcüstan və Ermənistan Rusiya istehsalı məhsulların beynəlxalq bazarlara ixracı üçün Moskva ilə danışıqlar aparır.UMN-in Kəşfiyyat İdarəsi iddia edir ki,Rusiya öz məhsullarını Azərbaycan,Gürcüstan və Ermənistan adı ilə başqa ölkələrə satır.Hətta ukraynalılara görə,Cənubi Qafqazda 200 rus şirkəti yaradılıb və Ermənistan İnformasiya Texnologiyaları(İT)sahəsində Rusiya ilə əməkdaşlıq edir.İdda olunur ki,85 min rus vətəndaşı Ermənistana köçüb və bu ölkədə 113 İT şirkəti qurulub.

Əvvala,iddia sahibi iddiasını sübut etməyə mükəlləfdir.Yəni,Ukrayna dövləti ortaya inandırıcı dəlillər qoymalıdır.Qoya bilmirsə,dezo ilə siyasət yürüdülmədiyini qavramalıdırlar.

Ermənistan müharibənin əvvəlindən Rusiyanın yanındadır.Yerevan bunu gizlətməyi özünə rəva bilmir.Gürcüstan və Azərbaycana gəldikdə,bu ölkələr Putin rejiminə qarşı sanksiyalara qoşulmasalar da,bu,və ya digər dərəcədə Ukraynaya dəstək verirlər.Azərbaycan həm humanitar,həm də enerji məsələlərində Ukraynaya dəstəyini əsirgəmir.

Azərbaycan və Gürcüstan ictimaiyyəti,vətəndaş cəmiyyətləri,müxalifət partiyaları,media marginal qruplar istisna olmaqla,ukraynalıları haqlı olaraq müdafiə edirlər.Ermənistanda isə vəziyyət bunun tam əksidir və ermənilər Rusiyanın işgalçılıq siyasətini(bütün cəmiyyət)müdafiə edirlər.

Ümumiyyətlə,son vaxtlar Ukrayna hökuməti çatana çatır,çatmayana bir taş atır.Bu adamlar gah Türkiyəyə agız büzürlər,gah da Gürcüstan və Azərbaycana.Açıgı deyim ki,Ukrayna rəsmlərinin son açıqlamaları sanki Vaşinqton və Londonda hazırlanır.

Rusiya prezidenti V.Putin 9 mayda Moskvada “Qələbə Paradı”keçirəcək və gözlənilir ki,umumi səfərbərlik elan etsin.Belə olacagı təqdirdə,Putinin Ukraynadakı müharibəsini dəstəkləyən buyurub Rusiya üçün döyüşməyə getsinlər.
Rusiyada xeyli sayda azərbaycanlı yaşayır ki,Putinin əməllərini,onun işgal siyasətini müdafiə edirlər.Bunların içində talış separatçıları,İrana göbəkdən baglı radikal şiələr də var.Bu adamlara deyirəm ki,gedin indi Putin üçün döyüşün,sosial şəbəkələrdə insanların əsəbləri ilə oynamayın.Özünüzlə Rusiya imperiyasının üçrəngli və oraq-çəkicli sovet bayraqlarını da aparın.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir