KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ukrayna federativ dövlətmi olacaq?

Kamal Aliyev: Ukrayna federativ dövlətmi olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
39 0

Nəhayət,dünən ABŞ-ın Rusiyadakı səfiri Con Sulivan ölkəsinin Ukrayna ilə baglı Rusiya tərəfinin şərtlərinə yazılı zəmanətini təqdim edib.
C.Sulivan dünən Rusiya XİN-də nazir müavini Aleksandr Qruşko ilə 30 dəqiqəlik görüş keçirib.
Əslində,ABŞ-ın Rusiyaya təqdim etdiyi yazılı zəmanətdən Ukraynanın da xəbəri var,ancaq rəsmi Vaşinqton nə bu mətnin məzmununu açıqlayır,nə Moskvan bu barədə məlumat verməsini istəyir.

Dünən həm də Fransanın paytaxtı Parisdə Rusiya,Fransa,Almaniya nümayəndələri arasında növbəti dəfə Ukrayna mövzusu müzakirə olunub və tərəflər razılaşıblar ki,bundan sonra da müzakirələr davam etdiriləcək.
NATO-nun baş katibi Jens Stoltenberq də qeyd edib ki,təşkilat Rusiyanın narahatlıgını başa düşür,ancaq hər bir dövlət aliyansa daxil olmaga özü qərar verir.

Bundan sonra nə olacaq?

Gəlin əvvəlcə Rusiya və Ukrayna arasında deskalasiya variantını nəzərdən keçirək.
Əvvəlcə,2014 və 2015-ci illərdə imzalanmış Minsk -1,Minsk-2 razılaşmalarına toxunaq.

Beləliklə,Minsk-1razılaşması 2014-cü ilin sentyabrında Belorusun paytaxtı Minskdə imzalanıb və 12 məddədən ibarətdir.
Belə ki,12 maddəlik Minsk-1 razılaşmasında Donetsk və Luqansk ərazilərində girovların mübadiləsi,humanitar yardımların çatdırılması,agır silahların konflikt zonalarından çıxarılması nəzərdə tutulurdu.

Yeri gəlmişkən,Minsk-1 razılaşması imzalanarkən,Ukraynanın şərqində 2.600 nəfər ölmüşdü.Daha sonra isə bu rəqəm 14.000 nəfəri ötdü.
Lakin Minsk-1 razılaşması fiaskoya ugradı,çünki Luqansk və Dinetskdəki separatçılar Rusiyanın hərbi və logistik dəstəyi ilə müqaviləni pozdular.

Minsk-2

Minsk-2 razılaşması isə 2015-ci ilin fevralında imzalandı və 13 maddədən ibarət idi.
Sadəcə,Minsk-2 razılaşmasında əvvəlkindən fərqli olaraq ATƏT,Rusiya,Ukraynadan başqa Donetsk və Luqansk nümayəndələri də iştirak edirdi.
Fransa,Almaniya,Rusiya və Ukrayna da(Normandiya dördlüsü) razılaşmanın tərəfləri,bəyanatı imzalayan tərəflər idilər.
Əfsuslar olsun ki,Minsk-2 razılaşması da Rusiyanın ucbatından baş tutmadı.
Ona görə ki,Rusiya isrararla bəyan edirdi ki,bu ölkə konfliktin tərəfi deyil.
Kreml ona görə cəgallıq saldı ki,razılaşmanın 10-cu maddəsinə görə Luqansk və Donetskdən bütün xarici hərbi birləşmələr,hərbi təchizatlar çıxarılmalıdır.Məlumdur ki,hər iki separatçı bölgədə rus hərbçiləri və kremlə baglı “Vaqner”muzdluları var.

Minsk-2 razılaşmasının 4-cü maddəsi Ukrayna qanunları çərçivəsində həm Donetskə,həm də Luqanska özünüidarəetmə hüququnun verilməsidir.Və bu xüsusi hüquq Ukrayna Ali Radası tərəfindən təsdiq edilməli idi.
Razılaşmanın ən diqqəti çəkən hissələrindən biri də 9-cu maddədir ki,burda da dövlət sərhədlərinin Ukrayna hökuməti tərəfindən qorunmasını ehtiva edir.

Təbii ki,dövlət sərhədinin qorunması deyəndə Ukraynanın şərqi nəzərdə tutulur.Çünki,separatçılara əsas dəstək elə şərq sərhədlərindən gəlir.
Razılaşmanın 11-cu maddəsində isə belə vurgulanır ki,Ukraynada konstitusiya islahatları keçirilməlidir.
Əlbəttə,bu məsələdə desentrilizasiya və yaxud Ukraynanın unitar dövlətdən federativ sistemə keçidi nəzərdə tutulurdu.
Əslində,11-maddənin əsas spesifikası Donetsk və Luqanska aiddir.

Əgər son mərhələdə Ukrayna məsələsində Qərb və Rusiya uygun məxrəcə gələ bilsələr,Minsk razılaşmaları ətrafında danışıqlar prosesinin bərpa edilməsini görə bilərik.

Xüsusilə,Donetsk və Luqanska konstitusiya islahatları nəticəsində geniş muxtariyyət verilərsə,bu,həm də o deməkdirki,Ukraynanın NATO-ya üzv qəbul olunması prosesi dayandırılır.
Minsk-2 razılaşmasının 11 və 12-ci maddələri Ukraynanın federativ dövlət olmasına yol açır.

Əslində,Rusiyanın əsas istəyi də budur ki,NATO Ukraynayı üzv qəbul etməyi dayandırır(bu,həm də NATO-nun şərqədogru genişlənməsi prosesinin dayandırılması deməkdir)və bu dövlət unitar dövlət sistemindən federativ sistemə transformasiya edir.

Ən arzuolunmaz variant-eskalasiya haqqında isə konkret olaraq fevralın ilk ongünlüyündə danışmaq olar.

Rusiya ola bilər ki,Ukraynanın şərqində lokal hərbi əməliyyatlar keçirə və yaxud cənubda da müəyyən addımlar atıb bu ölkənin Qara dənizlə əlaqəsini kəsə bilər.

Gördüyünüz kimi,Minsk razılaşmaları Rusiyanın mənafeyinə cavab verir.Əslində,razılaşmanın 10-cu maddəsində belə təsbit olunub ki,Ukrayna ərazisində hər hansı xarici hərbi qrup,birləşmə olmayacaq.
Məntiqlə bu,həm də o deməkdir ki,Ukrayna NATO-ya daxil olmayacaq.
Güman edirəm ki,Rusiya və Qərb Ukrayna məsələsini ən yaxşı halda bu minvalla həll edəcəklər-nə NATO,nə də Rusiya ordusu.

Krım yarmadasının taleyi isə görünür artıq elə 2014-cü ildəki anneksiyadan sonra həll olunub.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.