KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Ukrayna böhranının həllində “Koreya variantı”mümkündürmü?

Kamal Aliyev: Ukrayna böhranının həllində “Koreya variantı”mümkündürmü?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
226 0

Təxminən,bir ay əvvəl Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna mühəribəsinin həllində “Koreya variantı”nı reallaşdırmaq istəyir.Hərçənd,A.Danilovun bu iddiasını ruslar sonra təkzib etdilər.Daha sonra Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksiy Arestoviç dedi ki,hərbi əməliyyatlar Kiyevin istədiyi kimi olmaya bilər və müharibədən çıxış yolu ukraynalıların gözləntilərini dogrultmaya bilər.Arestoviçin fikirincə,Rusiyanın üzərində ugur qazanmaq üçün mükəmməl təlim keçmiş 400 min NATO silahları və hərbçiyə ehtiyac var.
Həm Danilovun,həm də Arestoviçin söylədiklərini analiz etsək,ortaya maraqlı nüanslar çıxar.Belə ki,Ukraynadakı qanlı müharibənin uzanması,ukraynalı əsgərlər arasında son zamanlar müşahidə olunan dedovşina halları,nizam intizamsızlıq,döyüş əhval-ruhiyyəsinin aşagı düşməsi böhranın həlli ətrafında müxtəlif ssenarilərin ortaya çıxmasına səbəb olur.Dogrudur,ABŞ-ın rəhbərlik etdiyi NATO koalisiyası Ukraynaya ən müasir silah-sursat,maddi köməklik göstərir,ancaq bu,müharibənin daha da uzanmasına səbəb olur.
Baxmayaraq ki,Almaniya “Leopard-2” tanlarını,ABŞ “Abrahms”,Böyük Britaniya “Challenger”tanklarını Ukraynaya göndərməyə qərar veriblər,ancaq yuxarıda da vurguladıgım kimi,yüksək təlim keçmiş əsgər və zabit heyəti yoxdursa,Kiyevin qələbəsindən söhbət gedə bilməz.Əlbəttə,Rusiya da müharibəni 2023-cü ilin sonuna qədər bitirmək istəyir.Ancaq Kremlin əsas həd əıfi Ukraynanın şərqini bütövlükdə ələ keçirməkdir.
Digər tərəfdən,Rusiya prezidenti Qərbin zəif nöqtələrini bilir və bu üzdən,müharibəni öz hədəfləri çərçivəsində uzadılmasından yanadır.Yəni,ruslar Qərb ölkələrinin yaz aylarında iqtisadi olaraq resessiyaya ugramasını gözləyir.
Konkret Ukraynada “Koreya vari antı”na gəlincə,mən bunu qeyri-mümkün hesab etmirəm.Qeyd edim ki,1953-cü ildə Koreya yarımadasındakı dəhşətli müharibə atəşkəs müqaviləsi ilə bitdi.Və bundan sonra Şimali və Cənubi Koreya arasında “silahsızlandırılmış”bölgə yaradıldı.Lakin bu,iki Koreya arasında yekun sülh müqaviləsini ehtiva etmirdi.Indiki məqamda Ukraynada “Koreya ssenarisi”baş verərsə,bu zaman Qərbi Ukrayna dövləti yaradıla bilər.Yeni dövlət paytaxtı Seul olan Cənubi Koreya kimi Qərbdən təhlükəsizlik zəmanəti ilə yanaşı,böyük miqdarda iqtisadi yardım paketi də ala bilər.Şərti olaraq “Şərqi Ukrayna”adlandırılacaq ölkə isə bpyük ehtimalla Rusiyaya birləşdirilə bilər.Güman etmirəm ki,Ukraynanın şərqində Koreya Xalq Demokratik Respublikasına(KXDR)bənzər yeni ölkə qurulsun.Mümkün ehtimallardan biri də budur ki,Rusiya 38-ci paralel ssenarisi üzrə müharibəni dondurmaq istəsin.Əgər Rusiya bu ssenarini reallaşdırmaq istəyirsə,bu ona dəlalət edir ki,Moskva əvvəlki strateji hədəfindən imtina edir.Amma istənilən halda,Ukraynanın parçalanması baş verə bilər.Təbii ki,Zelenski hökuməti adı çəkilən ssenarinin reallaşması istiqamətində güzəştlərə gedərsə,bu Ukraynanın açıq-aydın parçalanmasına gətirib çıxara bilər.Üstəlik,bu,həm də Rusiyanın psixoloji qələbəsi deməkdir.
Bundan əlavə,Ukrayna ordusunun daxilində döyüş əhval-ruhiyyəsinin sürətlə azalması,Qərbdən silah asılılıgı bu ölkəni müəyyən mərhələdın sonra danışıqlar masasına çəkə bilər.Nəzərə almalıyıq ki,həm Rusiyanın,həm də Qərbin silah depoları boşalır və belə olan təqdirdə “Koreya variantı”bir konsepsiya olaraq diqqət çəkə bilər.
Son olaraq,bu ilin sonuna qədər Ukrayna böhranında müəyyən nəticələrin olacagını proqnozlaşdırmaq mümkündür.Rusiya və Qərbə gəlincə,hər iki tərəf yorulur və bu,şübhəsiz ki,daha çox Çinə yarıyır.
Əgər Rusiya Ukraynada qələbə əldə edərsə,biz həm Avropa İttifaqının,həm də NATO-nun daxilində dezinteqrasiya meyillərini görə bilərik.Bu, Atlantika üçün bir dövrün sonu,avtoritarizm üçün isə qələbə mahiyyəti daşıya bilər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir