KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Ukrayna böhranı bizə dünyanın “üstü bəzək-altı təzək” oldugunu göstərdi

Kamal Aliyev: Ukrayna böhranı bizə dünyanın “üstü bəzək-altı təzək” oldugunu göstərdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
310 0

Rusiyanın Ukraynaya qarşı başlatdıgı və hələ də davam etdirdiyi işgal hərəkatı müasir dünya insanına hər şeyin fərqli oldugunu,dünyanın heç də təhlükəsiz,əmin bir yer olmadıgını tam çılpaglıgı ilə göstərdi.
Biz-bəşər övladı bir məqamın fərqinə vardıq ki,əslində,fors-major situasiyalarda(bu vəziyyəti elə özləri yaradırlar)demokratiya,insan hüquqları kimi dəyərlər bir göz qırpımında tapdalana da bilər.Məşhur ifadə də deyildiyi kimi,qanunlar yazılıb ki,onu poza bilsinlər.Bu gün Rusiya və Qərbin Ukrayna cəbhəsində apardıgı müharibədə aydın sezilir ki,BMT Nizamnaməsi,müharibə əsirləri ilə rəftar,Cenevrə konvensiyası,bir sözlə müharibə hüququ adlı şey fufulodur,indiyəcən məqsədyönlü şəkildə istifadə olunub.
Təsəvvür edin ki,Rusiya Mariuopoldakı Azovstal metallurgiya zavodunda təslim olan ukraynalı əsgərləri hərbi tribunalda mühakimə edəcək.Yəni,sən gəlib məni evimdə döymüsən,sonra da girov kimi öz mənzilimdə mühakimə edəcəksən.Təsəvvür etmək belə dəhşətdir.İşgalçı özünü absalyut hakim sayır və istədiyini edir.
Rusiya mediası bir ulusu 3 aydan çoxdur qanına qəltan edir,ancaq bunu hələ utanmadan,usanmadan “xüsusi əməliyyat”kimi təblig edir…
Bu,dövlət terrorudur.
Vəssalam!
Ukrayna böhranı bizə sadəcə,Rusiyanın işgalçılıq xislətini deyil,həm də zəif nöqtələrini göstərdi.Biz gördük ki,rus xalqı nəinki Putinə etiraz edir,hətta onun Ukraynadakı qətliamlarına haqq qazandırır.Bəli,rus cəmiyyətində total qorxu var,ancaq bu xalqın vicdanı,empatiya duygusu da var axı…
Niyə bu qədər vicdansız oldular ki?
Qərbə gəldikdə isə,biz həm Anqlo-Sakson İttifaqının(ABŞ,Böyük Britaniya),həm də Avropanın zəif nöqtəlırini də gördük.Anqli-Sakson üsulu demokratiya isə bərbadın da bərbadıdır.
Xüsusilə,Qərb mediasının Ukraynadakı hadisələri mətbəxtdə necə iyrənc formada hazırladıgını gördük.Qərb mediası da Kreml mediası kimi,lap elə aşırı “makiavelist” tərzdə nə qədər yalanlar tirajlayır,tirajlamaqdadır.Hətta aparıcı Qərb mətbu orqanları gah V.Putini bunkerdə gizlədir,gah onda xərçəng xəstəliyi tapır,ən sonda isə onun artıq öldüyünü,yerində başqa adamın oldugu dezosunu tirajlayırlar.Hətta V.Putinin bundan sonra neçə il yaşayacagını da təşhis ediblər.Ən acınacaqlısı isə odur ki,bu yalanları təkcə bisavad kütlələr deyil,hətta özünü partiya sədri adlandıran tiplər,politoloqlar,siyasi analitiklər də səsləndirirlər.İnan,bu insanların İQ səviyyəsini bir kənara qoyuram,hətta ortalama(avarage) düşünmə,qavrama qabiliyyətlərinə,instinklərinə şübhə ilə yanaşıram.
Bəli,media kütlələri idarə edir,ancaq DÜŞÜNƏN insan mətbuatın manipulyasiyalarına inanmamalıdır,Roma Papasından artıq kotolik olmamalıdır.
Bizim üçün vicdan meyarı əxlaqımız,empatiyamız olmalıdır.Bizim üçün Marqarita Simonyanın və Kristina Amanpurun “beyin yuyan”yalanları,feykləri əsas olmamalıdır.
Dogrulugun,vicdanın,ədalətin rəngi olmur.Onun tək rəngi insanın düşünməsi,inandıgını müdafiə etməsi və obyektivliyidir.
Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir