KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Türkiyə proseslərə müdaxilə etmir

Kamal Aliyev: Türkiyə proseslərə müdaxilə etmir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
416 0

Qazaxıstanda baş verən hadisələr haqqında yazan,danışan insanlar həm də onu vurgulayırlar ki,niyə Türkiyə proseslərə müdaxilə etmir və yaxud Rusiyanın işgalçılıq siyasətinə göz yumur.

Şübhəsiz ki,bu fikirlərdə,çagırışlarda müəyyən qədər həqiqət var.
Əvvala,Türkiyə və ya yeni yaranmış Türk Dövlətləri Təşkilatı(TDT) Qazaxıstan hadisələrində gecikdi.Təbii ki,bu gecikmənin obyektiv və subyektiv səbəbləri var.Açıgı etiraf edim ki,Türkiyə Mərkəzi Asiyanı yaxşı tanımır və yaxud Ankaranın türk resublikalarına təsir imkanları məhduddur.

Türkiyə uzun illərdən sonra-1991-ci ildə SSR-nin süqutundan sonra Mərkəzi Asiyanı tanımaga başlayıb.Türklər indiyənə qədər Mərkəzi Asiyadakı cəmiyyətlərin daxili dinamikasını öyrənə bilməyib.Nəzərə alsaq ki,həm çar Rusiyası,həm də SSR zamanında rus siyasi isteblişmenti Mərkəzi Asiyanı daha dərindən tanıyıb,bu cəmiyyətlərə təsir mexanizmini formalaşdırıb.Yəni,bir rus yeri gələndə qazaxı,qırgızı,özbəki,türkməni bu gün bir Anadolu türkündən daha yaxşı tanıyır.Hətta təsəvvür edin ki,rus dili Qazaxıstanda necə güclüdürsə,bu ölkənin prezidenti K.C.Tokayev xalqa rus dilində müraciət edir.Halbuki,Qazaxıstanın əhalisinin 76%-i qazaxdır.

Digər tərəfdən,Rusiyada hazırda əmək miqrantlarının 50%-dən artıgı Mərkəzi Asiyadandılar.
Üstəlik,Mərkəzi Asiyadan gələn miqrantlar ruslarla ailə qururlar.
Bu baxımdan,Rusiyanın təkcə Mərkəzi Asiyadakı siyasi iqtidarlara deyil,bütövlükdə xalq kütlələrinə də ciddi təsirləri var.Eyni zamanda,Rusiyada məhz Mərkəzi Asiya iləbaglı beyin mərkəzləri,araşdırma quruluşları var ki,bunlar da regionu izləyir,təhlil edir və bilavasitə kremlin siyasi təmayüllərini müəyyən edirlər.

Bundan əlavə,Mərkəzi Asiyada mövcud avtoritar siyasi rejimlər o qədər xalqa güvənmirlər ki,sabah hər hansı fors-major durumda hakimiyyətlərini qorumaq üçün məhz Rusiyaya müaraciət edirlər.Məsələn,gördüyünüz kimi,Qazaxıstan prezidenti Tokayev KTMT-ni köməyə çagırdı.Hərçənd,KTMT nizamnaməsinə görə,üzv dövlətlərin hər hansı birinə xaricidən müdaxilə olacagı təqdirdə,bu qruma müraciət edilməli idi.

Qazaxıstanda isə xalq kütlələri Nazarbayevin və onun qıpçaq dovşanı Tokayevə etiraz edirlər.Biz çox gözəl bilirik ki,KTMT demək elə Rusiya deməkdir.KTMT-nin fikir babası Putindir və o,bunu NATO-ya alternativ kimi yaradıb.Xüləs,Mərkəzi Asiyadakı rejimlərin liderləri xalqdan qopuq oldugları üçün məhz öz təhlükəsizliklərini Rusiyada görürlər.Həm də bir reallıq da budur ki,yeni yaranmış və strukturları hələ tam formalaşmamış TDT-nin Qazaxıstana KTMT-dən qabaq müdaxilə etməsi qeyri-mümkün idi.Yəni bu,o deməkdir ki,TDT hərbi aliyans deyil.Əgər,TDT hərbi ittifaq olsaydı,tıbii ki,daha çox imkanlara malik olacaqdı.
Bəli,mən onunla da razıyam ki,Qazaxıstanda son zamanlar milli dəyərlərə geri qayıdış görünürdü;kiril əlifbasından latın qrafikasına keçid,qazax dilinin yeganə rəsmi dil olması,rus cografi adlarının türk mənşəəli toponimlərlə əvəz olunması…
Lakin bütün bunlar Nazarbayev və onun kosmetik yolla hakimiyyətini ötürdüyü Tokayevə haqq qazandırmır ki,ölkəni əbədi olaraq qəddar avtoritar üsullarla idarə etsinlər.Qazaxıstan zəngin neft-qaz,uran yataqlarına malik böyük ölkədir.Ancaq ölkənin gəncləri Qazaxıstanı tərk edir,sabaha ümudləri yoxdur.

Ölkədə bütün siyasi təşəbbüslər bogulur və bundan sonra da yəqin ki,daha dəhşətli forma alacaq.Əvəzində,Nazarbayevin qohum-əqrabası ölkənin varidatını xaricidə yerləşdirib.Hətta Tokayevin 28 yaşlı oglu Timur Tokayev böyük “biznesmen”olub.Bütün bunları “Turan”ideyasının ətrafında gizlətmək mümkün deyil.
Tokayev o qədər aqressivləşib ki,açıq-aydın bəyan edir ki,Almatıda 20 min terrorçu var.Hətta bu,dogru olsa elə,rejimin də günahları var.

Sən 30 ildə qəddar avtoritar,orrupsiyalaşmış,dövlət mafiası quranda,xaricidən həmişə ölkəni qarışdıranlar tapılacaq.Qazaxıstandakı hakim rejim vaxtında siyasi,iqtisadi islahatlar aparsaydı,indiki faciəvi durum yaranmazdı.Üstəlik,bu qədər zəngin təbii resursların ola-ola,əhalinin böyük hissəsi yoxsul yaşıyır.
Əvəzində,Nazarbayevin,Tokayevin ətrafı qərb ölkələrində bahalı malikanələrə,villalara sahibdir.
Və gəldiyimiz nəticə budur…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir