KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər qurula bilər

Kamal Aliyev: Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər qurula bilər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
326 0

Türkiyə respublikasının xarici işlər naziri Mövlüd Çavuşoglu bu gün ölkə parlamentində keçirilən büdcə müzakirələri zamanı bəyan etdi ki,Türkiyə və Ermənistan qarşılıqlı olaraq hər iki ölkədə xüsusi nümayəndəliklər açacaqlar.

Çavuşoglu onu da qeyd etdi ki,Türkiyə bu istiqamətdə Azərbaycanla məsləhətləşir və iki ölkə arasında çarter reysləri də həyata keçiriləcək.
Yeri gəlmişkən,bu ilin sentyabrında da Çavuşoglu azərbaycanlı həmkarı Ceyhun Bayramovla Ankarada görüşərkən də Türkiyə-Ermənistan münasibətləri də müzakirə mövzularından biri olub.
Görünən odur ki,Türkiyə və Ermənistan arasında bir müddətdir diplomatik müzakirələr aparılır.

Belə ki,Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdə olarkən,bu ölkənin baş naziri İrakli Qaribaşvilidən xahiş etmişdi ki,onun Türkiyə prezidenti R.T.Ərdoganla görüşünü təşkil etsin.Erdogan da öz növbəsində bunu müsbət siqnal kimi qəbul etdiyini vurgulamışdı.
Türkiyə və Ermənistan münasibətləri 1993-cü il Kəlbəcərin işgalından sonra pozulmuşdu.İndi 44 günlük Qarabag müharibəsindən sonra hər iki tərəf arasında münasibətləri nizamlamaq üçün yaxşı şanslar yaranıb.

Üstəlik,2008-ci ildə məlum Sürix prosesindən fərqli olaraq rəsmi Ankara Ermənistanla münasibətlərini Azərbaycan ilə koordinasiya edir.Xatırladım ki,2008-ci ildəki prosesdə vasitəçilər Rusiya,ABŞ və Avropa İttifaqı idi.

Çavuşoglunun bugünkü çıxışından belə başa düşmək olar ki,bu dəfə tərəflər vasitəçi olmadan danışıqlar aparır.

Buna rəgmən,Rusiyanın Türkiyə və Ermənistan arasındakı danışıqlar prosesinə müdaxilə etməyəcəyinə inanmaq da sadəlövhlük olardı.Dogrudur,”3+3″kimi geoiqtisadi layihənin əsas müəllifi Türkiyə olsa da,bu proyektin baş tutması birbaşa kremldən asılıdır.Həm adı çəkilən layihə,həm də Zəngəzur koridorunun realizə edilməsi deyərdim ki,V.Putinin iki dodagının arasından çıxacaq sözə baglıdır.

Digər tərəfdən,əgər 2008-ci ildəki Sürix prosesi zamanı vasitəçilər ABŞ və Aİ idisə,bu dəfə o da ola bilər ki,mediator Rusiyadır.Və Rusiyanın oldugu planda həmişə problemlər,sıxıntılar var.
İndi ən vacib hədəflərdən biri də Azərbaycan və Ermənistan hökumətləri arasında vasitəçi olmadan birbaşa təmaslara start verilməsidir.Birdəfə də yazmışdım ki,belə bir görüş üçün ən məqbul məkan Gürcüstanın paytaxtı Tbilisidir.
Görünən odur ki,Gürcüstan hökuməti də Əliyev-Paşinyan zirvəsinin keçirilməsində maraqlıdır.Ancaq bir məqam da var ki,Gürcüstan “3+3″iqtisadi formatda Rusiyanın oldugu üçün iştirak etmir.
Məqbul olan odur ki,Türkiyə-Ermənistan,Azərbaycan-Ermənistan arasında münasibətlərin bərpası istiqamətində aparılacaq danışıqlarda “vasitəçi”olmasın.
Yetər ki,tərəflər bu istiqamətdə siyasi iradə nümayiş etdirə bilsinlər.
Və yaxud danışıqlar prosesinin sonunda rəsmi İravan xaricidəki havadarlarının diktəsi ilə masanı çevirməsin.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir