KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Türkiyə siyasətində Özgür Özel-Ekrem İmamoglu tandemi Ərdoganı devirə biləcəkmi?

Kamal Aliyev: Türkiyə siyasətində Özgür Özel-Ekrem İmamoglu tandemi Ərdoganı devirə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
223 0

Siyasət əsla ətaləti sevməz və dinamik peşədir.Ancaq nə hikmətdirsə,şərq ölkələrində,mələz və yaxud natamam demokratiyalarda liderlər asanlıqla siyasi səhnəni tərk etməzlər.

Avtoritar və ya natamam demokratik ölkələrdə adətən avtoritar zehniyyətin qarşısındakı müxalifət də ondan fərqlənmir.Təbii ki,istisnalar olur,ancaq onların da siyasət institutunun üzərində təsir gücünün minumum oldugu aşkardır.Və bu sayaq siyasi qüvvələr istər-istəməz rejimlərin ömrünü uzadır.Rejimlər isə hər vəchlə ona müxalif olanları özünə oxşadmaqdan ötrü səxavətli şəkildə maddi resurslarını xərcləyir.Hazırda Azərbaycan bunu ən tipik nümunələrindən biridir.
Yenə də təkrar edirəm ki,istisnalar var.Amma və lakin “istisnalar”ümumi qaydanı dəyişmir.Məsələn,Azərbaycanda iqtidarla xalq arasında yazılmamış “məhəbbət düsturu”var.Biz bunu “alan razı,verən razı”anlayışı kimi də dərk edə bilərik.

Türkiyədəki siyasi palitraya gəlincə,bu ölkənin natamam demokratiyası tipik Şərq zehniyyəti,düşüncəsi üzərində qurulub.Türklər respublikanın ikinci prezidenti İsmət İnönünün zamanında-çoxpartiyalı sistemə keçdi.Əlbəttə,bu,İnönünün azadlıqsevər,demokrat düşüncıli biri oldugundan irəli gəlmirdi.Bunu labüd edən daxili və xarici faktorlar vardı.Xüsusilə,ikinci dünya müharibəsindən sonra kabus kimi dolaşan Sovet təhlükəsi vardı.Təbii ki,bu, və digər daxili səbəblər İnönünü çoxpartiyalı sisteme keçdə və daha sonra da NATO üzvü olmaga sövq etdi.
Atatürk və İnönünün qurdugu CHP 38-dəfə qurultay keçirərək,8-ci partiya başqanı olaraq 49 yaşlı Özgür Özəli seçdi.Dünən də yazdıgım kimi,CHP Türkiyənin qurucu partiyasıdır və bürokratiyada təsirli rıçaqlara sahibdir.Və belə bir siyasi təşkilat təkcə ana müxalifət funksiyasını daşımır,eyni zamanda,hakim qüvvəyə qarşı alternativ güc deməkdir.
Şübhəsiz ki,13 dəfə siyasi yarışmanı uduzan,xüsusilə son prezident prezident və parlament seçkilərində hakim AKP-nin 20 illik siyasi dominantlıgına son qoymaq şansını əlindən qaçıran 75 yaşlı Kaman Kılıçdaroglu getməliydi.Hörmətli Kamal bəy Kılıçdaroglu dirənməməli və necə deyərlər,koltugunu daha gənc,perspektivli birinə verməliydi.Və nəticədə türk siyasətində keçmiş əzcaçı və siyasətçi 49 yaşlı Özgür Özel CHP başqanı seçildi.İndi həm Özgür Özelin,həm də Ekrem İmamoglunun qarşısında 9 ay sonra keçiriləcək bələdiyyə seçkilərində qalib gəlmək vəzifəsi durur.Buna görə də,müxalif seçmənlə yanaşı protest elektorata da ümid aşılamaq,onu qələbəyə inandırmaq lazımdır.Ancaq Özel-İmamoglu tandemi kütləni cəlbedəcək proyektləri ortaya qoymalı və nə olursa-olsun prezident Ərdogani yamsılamamalıdırlar.
Bu gün Türkiyədə son prezident və parlament seçkilərindən sonra xalqın siyasət institutuna inamı minumuma enib.Özgür Özelin gənc komandası xalqın ümidini bərpa etməli,onu dəyişikliyə inandırmalıdır.Bu baxımdan,demoqrafik tərkibi daha çox gənclərdən və orta yaş qrupundan ibarət olan xalqı AKP-nin əbədi olmadıgına inandırmalıdır.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir