Nəhayət,Türkiyə prezidenti R.T.Ərdogan,NATO baş katibi J.Stoltenberq,Finlandiya prezidenti S.Niinistö və İsveçin baş naziri M.Andersson arasında bu gün Madriddə keçirilən bə iki saat davam edən dördlü müzakirələrdən sonra memorandum imzalandı.
Yəni,Ankara hər iki nordik ölkəsinin NATO-ya üzvlüyünü veto etməyəcək.
Türkiyə,İsveç və Finlandiya xarici işlər nazirləri arasında imzalanan sənəd 11 maddədən ibarətdir…
-PKK və ona yaxın olan terror hörgütləri ilə mübarizədə Ankara ilə yaxın əməkdaşlıq.
-Müdafiyə Sənayesi sahəsində embarqoların olmaması və birgə fəaliyyət.
-Türkiyəyə qarşı terror propaqandasının əngəllənməsi.
-Terrorda fəaliyyəti olan cinayətkarların ekstradisiya edilməsi.
Ankara üçü bu bəndlər kifayət qədər kritik əhəmiyyət daşıyırdı.
Ankaranın istədiyi elə ən əsas tələblər bunlar idi və yazılı sənəd olduqca vacib idi.NATO hazırda faktiki olaraq son 10 ilin ən kritik təhlükəsizlik çagırışları ilə qarşı-qarşıyadır.Rusiyanın son həftələr Ukraynanın şərqində təşəbbüsü ələ alması,hücumlarının şiddətini artırması Avro-Atlantikanın təhlükəsizliyini daha da aktuallaşdırıb.İsveç və Finlandiyanın NATO üzvü olması Baltik dənizində Qərbin nüfuzunu,dominantlıgını daha da artıracaq.Zənnimcə,RusiyaUkraynadakı əməliyyatlarını bundan sonra da şiddətləndirərək,Qara dəniz sahilindəki liman şəhəri Odessanı ələ keçirməyə çalışacaq.Kreml yəqin ki,İsveç və Finlandiyanın NATO üzvlüyünə təmkinli yanaşacaq.Lakin Rusiya üçün ən vacib məsələ Suvaki dəhlizi məsələsində Kalininqrada yenidən yolun açılmasıdır.Əgər Litva Suvaki dəhlizini açmazsa,Rusiya böyük ehtimalla Litvanı bombalayacaq.Və belə olan təqdirdə,NATO-Rusiya eskalasiyasını görə bilərək.Ancaq bir ehtimal da var ki,Kalininqrad məsələsundə Rusiya-Litva arasında müəyyən anlaşma da əldə oluna bilər.
Türkiyə NATO-nun genişlənməsinə qarşı olmadıgını bəyan edir və bu gün imzalanan memorandum Ankara-Moskva xəttində bəzi narazılıqlar yarada bilər.Baxmayaraq ki,izolyasiya şəraitində olan Rusiyaya Türkiyə ilə münasibətlər vacibdir,ancaq Kreml bugündən Ərdogan hökumətinə qarşı təzyiqlərə başlayacaq.Hətta Rusiya Türkiyənin Suriyanın şimalında PYD terror hörgütünə qarşı keçirmək istədiyi əməliyyata qarşı çıxa bilər və hava məkanını qapada bilər.Fərz edirəm ki,Türkiyə hökuməti bütün bu məsələləri düşünərək,bu gün İsveç və Finlandiyanın NATO üzvlüyünə yaşıl işıq yandırdı.
Kamal Aliyev Kafkassam