KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Türkiyə-İsrail münasibətlərində yeni paradiqma dəyişikliyi

Kamal Aliyev: Türkiyə-İsrail münasibətlərində yeni paradiqma dəyişikliyi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
458 0

Ankaranın hədəfi nədir?

Bu gün İsrail prezidenti İsaq Hersoqun Türkiyəyə rəsmi səfəri başlayıb.Bu,14 il sonra ilk dəfədir ki,İsrail rəhbəri Ankaranı ziyarət edir.
Belə ki,İsrail prezidenti İsaq Hersoqu və onun xanımını Türkiyəyə gətirən təyyarənin üzərində hər iki ölkənin bayraqlarının asılması,zeytun budagının(zeytun agacı həm də sülhü və əmin-amanlıgı tərənnüm edir)əksi,”sülh”,”dostluq”və “əməkdaşlıq”sözlərinin yazılması sıradan bir protokol jesti kimi yox,daha çox Təl-Əvivin Ankaraya verdiyi ciddi münasibətlərdən qaynaqlanır.

Şübhəsiz ki,indiyə qədər Türkiyə-İsrail münasibətlərində müşahidə edilən gərginliklərin,küskünlüklərin əsas qaynagı Fələstin problemi olur.Ankara öz xarici siyasət doktirinasında Fələstin probleminə xüsusi önəm verir.Lakin son illər Türkiyəni İsrail ilə qarşılıqlı yaxınlaşdırmaga sövq edən ciddi məsələlər var.
Eyni zamanda,Ankara görür ki,körfəzdəki ərəb monarxiyaları da İsrail ilə münasibətlər yaradır,siyasi və diplomatik münasibətlərini inkişaf etdirir.Təl-Əviv onu da dərk edir ki,İranla başa çıxmaq üçün mütləq körfəzdəki ərəb dövlətləri və Türkiyə ilə yola getməlidir.
Üstəlik,Qərb də İsrailin ərəb ölkələri və Türkiyə ilə münasibətlərinin sabit inkişafında maraqlıdır.

Türkiyə və İsraili bir-birlərinə yaxınlaşdıran faktor(lar)nədir?

Bunlardan Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan çəkişməsi,İsrail təbii qazının Avropaya çatdırılması kimi vacib başlıqlar var.İndiyəcən Yunanıstan Türkiyənin İsrail ilə münasibətlərindəki sərinliyindən istifadə edərək,Ankaraya qarşı nisbətən üstün mövqedə idi.Üstəlik,Afina Türkiyənin Misirlə olan gərgin münasibətlərindən də faydalanır.
İndi görünən budur ki,Türkiyə prezidenti R.T.Ərdogan iqtidarı İsrail ilə münasibətləri qaydaya salmaqla,Yunanıstanın bu üstünlüyünü də əlindən almaqda israrlıdır.Təbii ki,Ərdogan təkcə İsrail ilə deyil,həm də Misirlə də münasibətləri normallaşdırmaq xəttini inkişaf etdirmək istəyir.Şübhəsiz ki,baş nazir Miçotakisin rəhbərlik etdiyi yunan hökumətini Türkiyə iqtidarının xarici siyasət kursundakı bu açılımı arzu etmir.

Qeyd edim ki,Şərqi Aralıq dənizindəki zəngin karbohidrogen resurslarının çıxarılması və qitə Avropaya ixracı olduqca vacib məsələdir.İsrail dövləti onun fərqindədir ki,öz təbii qazını Avropaya ixrac etmək üçün ən optimal marşrut məhz Türkiyədir.Belə olan halda,Türkiyə də bu proyektdən tranzit ölkə olmaq hüququnu əldə edə bilər.Nəzərə alsaq ki,hazırda Rusiya-Ukrayna böhranında enerji təhlükəsizliyinin nə qədər vacib olduguna şahidik.
Bir məqamı da vurgulayım ki,Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycan faktorunu da unutmamalıyıq.ABŞ-dakı yəhudi diasporu və lobbisi ilə Azərbaycan hökumətinin ciddi əlaqələri var.Bundan savayı,İsrail 44 günlük ikinci Qarabag müharibəsində Türkiyə ilə yanaşı Azərbaycanın yanında olub.Yaxın tarixdə Azərbaycan prezidenti İlham Əliyevin də Türkiyəyə səfəri baş tutacaq.Mən birmənalı şəkildə deyə bilmərəm ki,Türkiyə-Azərbaycan-İsrail əməkdaşlıq formatı reallaşa bilər,ancaq siyasət hər şeyə müsaid bir peşədir.Təbii ki,bu format Tehranın arzulamadıgı hadisə olardı.

P.S.Bu arada,martın 14-də Almaniyanın federal kansleri Olaf Şols,daha sonra Yunanıstanın baş naziri Miçotakis də Türkiyəyə səfər edəcək.
Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir