Bu gün Türkiyə prezidenti R.T.Ərdogan dedi ki,onlar Finlandiya və İsveçin NATO üzvlüyünə müsbət yanaşmırlar.Türkiyə uzun illərdir PKK terrorundan əziyyət çəkən ölkədir və separatçı kürdlər Avropada ən rahat məhz skandinaviya ölkələrində fəaliyyət göstərirlər.Ərdogan bu gün həm də onu da vurguladı ki,nordik ölkələr terror təşkilatları üçün müsafirxanadır.Türkiyə prezidenti onu da dedi ki,Yunanıstan məsələsində oldugu kimi səhv etməyəcəklər.
Belə ki,Türkiyə 1974-cü ildə Kipr adasına müdaxilə edəndə,ABŞ tərəfindən ciddi embarqolara məruz qalmışdı.Yunanıstan isə 1976-cı ildə NATO-nun hərbi qanadından çıxdı.Və daha sonralar Yunanıstan yenidən NATO-nun siyasi qanadına qayıtmaq istəsə də,Türkiyə 1980-ci ilə qədər Afinanın bu istəyini veto etdi.1980-ci il ilin 12 sentyabrında Türkiyədə ABŞ-ın dəstəyi ilə general Kənan Evrənin dövlət çevrilişi baş verdi.Halbuki,1980-ci ildəki dövlət çevrilişinə qədər Süleyman Dəmirəl və Bülənt Ecevit kimi siyasi liderlər Yunanıstanın NATO üzvlüyünü bütün təzyiqlərə rəgmən,veto edirdilər.ABŞ-ın adamı Kənan Evrən isə prezident Cimi Karter və amerikalı general Rocerlə o qədər dost idi ki,dövlət çevrilişindən 5 həftə sonra Yunanıstanın NATO üzvlüyünə yaşıl işıq yandırdı.
Fərz edirəm ki,Ankara istədiklərini Qərbdən almayınca,Finlandiya və İsveçin NATO üzvlüyünü veto edəcək.Türk dövləti hər iki ölkədə fəaliyyət göstərən və PKK-ya yaxın olan kürd dərnəklərinin qapadılmasını tələb edəcək.
Finlandiyada fəaliyyət göstərən Fin-Kürd Dostluq Dərnəyi,Kürd İnformasiya Mərkəzi PKK-ya yaxın təşkilatlardır və illərdir bu ölkədə terror təşkilatı üçün xərac toplayırlar.
İsveçdə fəaliyyət göstərən ERNK adlı kürd təşkilat və başqa 40 kürd qrupları Kürd Dərnəkləri Federasiyası çətiri altında birləşiblər.Bütün bu təşkilatlar Türkiyənin ərazi bütövlüyünə qarşıdırlar və bu ölkənin şərqində müstəqil kürd dövlətinin yaradılmasını istəyirlər.Halbuki,İsveç Krallıgı PKK-nı terror təşkilatı kimi tanıyır.
Mən deyə bilmərəm ki,Türkiyə sona qədər Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxacaq.Təbii ki,hər iki nordik ölkə Rusiya təhdidinə qarşı NATO üzvü olmaq istəyirlər.Finlandiya Soyuq Müharibə dövründə “Finlandizasiya”modeli vasitəsi ilə ABŞ və SSRİ arasında təhlükəsiz və neytral balans saxlayırdı.Xüsusilə,Finlandiyanın Rusiya ilə dövlət sərhədinin uzunlugu 1300 km-dir.İsveçin Qotland adası isə Rusiyaya məxsus Kalininqrad ərazisinə yaxındır və hücuma məruz qala bilər.
Kamal Aliyev