KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Türkiyə-Ermənistan münasibətlərində sürpiriz yeniliklər baş verir

Kamal Aliyev: Türkiyə-Ermənistan münasibətlərində sürpiriz yeniliklər baş verir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
320 0

BBC-nin yaydıgı məlumata görə,Ermənistan ötən ilin oktyabrından Türkiyədən idxal etdiyi mallara qarşı həyata keçirdiyi embarqonu uzatmayacaq.

Dogrudur,ötən ilin oktyabrından Ermənistan hökuməti türk mallarına qarşı embarqo tətbiq etdiyini bəyan etmişdi.Lakin reallıqda Ermənistan Türkiyənin 44 günlük müharibədə Azərbaycana göstərdiyi mənəvi dəstəyi bəhanə gətirsə də,bu ölkədən gizli yolla(Gürcüstan üzərindən)müxtəlif məhsulları idxal etməkdə davam edirdi.Hətta bunu bu gün Türkiyənin xarici işləri naziri M.Çavuşoglu da dedi.

Bundan əlavə,Ermənistan Mülki Aviasiyası “Flyone Armenia”aviaşirkətinə Yerevan-İstanbul-Yerevan marşurutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib.
“Flyone Armenia”bir neçə gün əvvəl Ermənistan və Türkiyənin aviasiya şirkətlərinə çarter reysləri ilə baglı müraciət etmişdi.Ermənistan tərəfi artıq müraciəti müsbət cavablandırıb.
Əslində,iki ölkə arasında çarter reyslərinin həyata keçiriləcəyini bir müddət əvvəl M.Çavuşoglu demişdi.Belə ki,dekabrın 23-də Türkiyə tərəfinin verdiyi məlumata görə,bu ölkənin “Pagasus”aviaşirkəti Yerevana uçuşlar həyata keçirəcəyini bildirib.

Beynəlxalq hüquqa görə,ölkələr arasında çarter reysləri o zaman müntəzəm olaraq baş verə bilər ki,tərəflər arasında diplomatik münasibətlər olsun.Nəzarə alsaq ki,hazırda Türkiyə və Ermənistan arasında münasibətlər 1993-cü ildə Kəlbəcərin işgalından sonra kəsilib.Hələ ki,iki ölkə arasında çarter reysləri qeyri-müntəzəm həyata keçiriləcək.

Hal-hazırda əsas diqqət Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında baş tutacaq danışıqların birinci raunduna yönəlib.Türkiyə tərəfini bu ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç,Ermənistanı isə bu ölkənin parlament sədrinin müavini Ruben Rubinyan təmsil edəcək.

Daha sonra xüsusi nümayəndələr danışıqların yekunu haqqında Türkiyə prezidenti R.T.Ərdogana və Ermənistanın baş naziri N.Paşinyana məruzə edəcəklər.Görünən odur ki,türk-erməni danışıqları iyul və ya avqust aylarında bitəcək.Daha sonra Ərdogan və Paşinyan arasında görüş keçirilə bilər.

Bu dəfə müsbət olan budur ki,2009-cu il Sürix danışıqlarından fərqli olaraq Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla konsultasiya və koordinasiya edir.
Bundan başqa,2009-cu ildə Türkiyə-Ermənistan danışıqlarında Aİ,ABŞ və Rusiya da iştirak edirdi.Bu dəfə Aİ və ABŞ prosesdə yoxdur,Rusiya isə xüsusi nümayəndələr arasında keçiriləcək görüşlərə ev sahibliyi edəcək.Lakin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında qərb maraqlıdır.

Rusiyaya gəldikdə isə,rəsmi kremlin də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması sərf edir.Həm də Rusiyanın “Şimal-Cənub”layihəsi bu normallaşmanı labüd edir.Üstəlik,”3+3″regional,iqtisadi nəqliyyət formatı da Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasını tələb edir.Rusiyanın hazırda Ermənistanda hərbi bazası var,bu ölkənin dəmir yolu nəqliyatı və energetika sistemi Moskvanın nəzarətindədir.Yəni Rusiya hələ ki,Türkiyənin Ermənistanda təsirinin artacagını düşünmür.Ermənistanın Türkiyə ilə sərhədi olsa da,ermənilər daha çox Rusiyada işləyir,bu ölkəyə pul daha çox bu ölkədən gəlir.Eyni zamanda,Rusiyada 3 milyonluq erməni diasporu var.

Açıgı,mən zənn etmirəm ki,Rusiya gələcəkdə Türkiyənin Ermənistanda təsirinin artacagından qorxsun.Rusiya Ankaranın Ermənistan üzərində təsirindən daha çox ehtiyat edə bilər.Yox,əgər gələcəkdə dogurdan da Türkiyənin Ermənistanda təsir rıçaqları artarsa,Rusiya öz imperialist maraqları naminə,prosesi baltalayar.Ancaq hal-hazırda kremlin geopolitik və geostrateji maraqları Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətindədir.

Zənnimcə,bir müddət sonra Azərbaycan Rusiyanın Avrasiya İttifaqında da müşahudəçi statusu əldə edəcək.Hətta ola bilsin ki,N.Nazarbayevin 1994-cü ildən ideya müəllifi oldugu,Putinin göz bəbəyi Aİ-də Türkiyə də bu və ya digər şəkildə təmsil olunsun.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir