Əvvəlcə ondan başlayaq ki,BRİCS Braziliya,Rusiya,Hindistan,Çin və Cənubi Afrikadan ibarət olan iqtisadi əməkdaşlıq formuludur.Yəni,BRİCS-in təməlində siyasətdən daha çox iqtisadi maraqlar dayanır.Hətta adı çəkilən təşkilatda bir-biri ilə ciddi siyasi və iqtisadi rəqabətdə olan iki dövlət-Çin və Hindistan kimi ölkələr də var.Üstəlik,İranın da bu təşkilata tamhüquqlu üzv olması gözlənilir.
Yuxarıda da vurguladıgım kimi,BRİCS iqtisadi fürsətləri özündə ehtiva edən,alternativ bazarlara,güzəştli gömrük rüsumlarına çıxışı təmin edən iqtisadi əməkdaşlıq təşkilatıdır.Hələ ki,yaxın perspektivdə BRİCS-in iqtisadi qrum kimi fəaliyyəti gözə çarpacaq.Ancaq mümkündür ki,gələcək perspektivdə BRİCS Qərbin iqtisadi dominantlıgına qarşı alternativ təşkilat kimi də fəaliyyət göstərsin.
Türkiyənin BRİCS-ə üzvlüyünə gəlincə,bu ölkə Avropa Gömrük İttifaqının üzvüdür və türk malları qoca qitədə sərbəst dolaşım haqqına sahibdir.İndi Ankara BRİCS-ə üzv olmaq istəyir.Hətta gələn həftə Türkiyə təşkilatın Rusiyada keçiriləcək zirvə görüşündə iştirak edəcək.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıb.Görünür,Ankara iqtisadi potensialını diversifikasiya etmək,yeni bazarlara çıxmaq üçün BRİCS-ə üzv olmaq istəyir.Ankaranın BRİCS-ə üzvlüyünün onun NATO-dakı fəaliyyətinə əngəl törətməz.NATO daha çox siyasi və hərbi təşkilatdır.Maraqlıdır ki,Rusiya da Türkiyənin BRİCS-ə üzvlüyünə “yaşıl işıq”yandırıb.Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskova görə,Moskva Türkiyənin BRİCS-ə üzvlük arzusundan məmnundur.Şübhəsiz ki,Vaşinqton və Brüssel Ankaranın BRİCS-ə üzvlüyünə skeptik yanaşacaqlar.Lakin adı çəkilən hər hansı hərbi blok deyil.
Buna baxmayaraq,Qərbdə onun da fərqindədilər ki,BRİCS kimi təşkilatlar yeni dünya nizamında onların rəqibi ola bilər.Yəni,BRİCS,Şanxay Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar Qərb hegamoniyasına qarşı rəqib geopolitik qütb kimi çıxış edəcəklər.Təbii ki,Qərbdəki beyin mərkəzləri bu faktı dərk edirlər.
Kamal Aliyev: Türkiyə BRİCS-ə üzv olmalıdırmı?
119 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.