KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Tokayevin yeni dönəmində Qazaxıstanı nə gözləyir?

Kamal Aliyev: Tokayevin yeni dönəmində Qazaxıstanı nə gözləyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
303 0

Nəhayət,Qazaxıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələri bəlli oldu.Hazırkı prezident Kasım-Jomart Tokayev prezidentliyə 6 namizədin araslndan 81,31%səs toplayaraq növbəti 7 il müddətində Qazaxıstanı idarə edəcək.Artıq Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və Özbəkistan prezidenti Şövkət Mirziyoyev Tokayevi prezident seçilməsi münasibəti ilə təbrik ediblər.Şübhəsiz ki,Qazaxıstan avtoritar bir ölkədir və orada keçirilən hər hansı seçki və referendumun ədalətli oldugunu iddia etmək sədəlövhlükdür.Çünki Qazaxıstan kimi avtoritar ölkələrdə siyasi sferada rəqabətli mübarizə mövcud deyil.Təbii ki,bunun səbəblərindən biri də siyasi şüurun oturuşmaması,siyasi institutların;gənclər təşkilatlarının,həmkarlar ittifaqlarının,QHT sektorunun azad və sərbəst fəaliyyət göstərməsi üçün şəraitin olmamasıdır.
Ancaq bir detalı da vurgulamalıyıq ki,Qazaxıstan kimi ölkələr qlobal aktorların diqqət mərkəzindədir.Təbii resurslarla zəngin olan Qazaxıstanda Rusiyanın,Çinin,hətta Qərbin geopolitik maraqlarının olması bəllidir.Xüsusilə,Rusiya Qazaxıstanı özünün hinterlandı hesab edir və bu ölkədəki etnik rusların mövcudlugundan istifadə edərək,Astana üzərində öz siyasi təsir rıçaqlarını buraxmamaqda israrlıdır.Hətta bu ilin yanvar ayında Qazaxıstanda hökumətə qarşı baş verən etiraz aksiyalarının yatırılmasında Rusiya KTMT vasitəsi ilə Tokayevi iqtidarda saxlaya bildi.Lakin Moskva Çinin də Mərkəzi Asiya regionunda,xüsusilə,Qazaxıstanda ciddi geopolitik,geoiqtisadi maraqlarının oldugunu,milyardlarla investisiya yatırdıgının fərqindədir.Buna rəgmən,Moskva-Pekin xəttində münasibətlərin hələ ki,normal olması və Qərbin də Qazaxıstanda geosiyasi hədıflərinin varlıgı Rusiys və Çini məlum təhlükə qarşısında konsolodasiya nümayiş etdirməyə sövq edir.Yəni,həm Kreml,həm də Çun rəhbərliyi Qərbi Qazaxıstana buraxmamaq üçün eyni mövqedən çıxış etmək məcburiyyətindədirlər.
Tokayevə gəldikdə,o,bir müddət öncə cəsarətli şəkildə bəyan etmişdi ki,ölkəsi Rusiyanın Ukraynada işgal etdiyi əraziləri tanımayacaq.Şübhəsiz ki,bu,Tokayevin siyasi cəsarəti vı beynəlxalq hüquq normalarına sayqısının bariz nümunəsi idi.Digər tərəfdın,Tokayev onu da dərk edir ki,yüksək texnologiyalara çıxış üçün mütləq Qərblə əməkdaşlıq yaratmaq lazımdır.Eyni zamanda,Qazaxıstan Qərbə neft-qaz məhsulları satır və bu,Astana üçün vacib bazardır.Xüsusilə,Rusiyanın Ukraynadakı qəsbkarlıq siyasi kontekstində Avropanın Qazaxıstanın korbohidrogen ehtiyyatlarına ciddi ehtiyacı yaranıb.Əslində,Qərb də Qazaxıstanla yaxınlaşmaqda həvəsli,israrlı siyasi xətt nümayiş etdirir,lakin Rusiya və Çinin müqaviməti ilə üz-üzə oldugunun fərqindədir.
Onu da vurgulayım ki,Qərblə ıməkdaşlıq,Avro-Atlantik məkana inteqrasiya həm də demokratiyanın,plüralizmin,liberal iqtisadi sistemə keçidi labüd edir.Məsələ bundadır ki,Qazaxıstan kimi avtoritar ölkə yuxarıda sadaladıgım dəyərlərə həvəsli və istəkli deyil.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir