KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Tokayev Qazaxıstanı niyə Rusiyadan xilas edə bilmir?

Kamal Aliyev: Tokayev Qazaxıstanı niyə Rusiyadan xilas edə bilmir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
98 0

Həftənin ən maraqlı hadisələrindən biri də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Soçi şəhərinə səfəri və bu ölkənin dövlət başçısı Vladimir Putinlə görüşü idi.Təbii ki,son aylar(xüsusilə,Ukraynadakı qanlı müharibə başlayandan sonra))Rusiya və Qazaxıstan arasında müəyyən narazılıqlar yaşanır.
Bu ilin iyununda Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumun plenar iclasında qazax prezident Tokayevin Rusiyanın Ukraynada yaratdıgı kvazi dövlətlərini tanımayacagını açıq şəkildə dilə gətirməsi Kremlin qəzəbinə səbəb olmuşdu.Halbuki,Tokayevin düşüncələri beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edirdi.

Eyni zamanda,Qazaxıstan prezidenti Dnestryani bölgənin və Kosovanın da müstəqilliklərini tanımayacaqlarını bəyan etmişdi.Qərb Kosovanın müstəqilliyini tanıyır,Rusiya da yaratdıgı separatçı dövlətçilikləri özünə yaxın “suveren”subyekt kimi görür.Qazaxıstan isə belə demək mümkünsə,Qərb və Rusiyanın arasında neytral mövqe nümayiş etdirməyə çalışır.Şübhəsiz ki,Qazaxıstanın mövqeyi beynəlxalq hüquq normalarıyla üst-üstə düşür.

Tokayev düzgün olaraq deyir ki,əgər xalqlara öz müqəddəratını təyin etmə hüququ verilsə,dünyada 500-600 dövlət yarana bilər.
Hal-hazırda BMT-nin 193 üzvü var.
Məncə,Kreml xalqların müstəqil şəkildə öz müqəddəratını təyin etmə hüququnu(self-determination)məqbul görürsə,o zaman ərazisindəki federal subyektlərə də bu haqqı tanımalıdır.
Digər tərəfdən,Kremlin məntiqinə görə,Çar Rusiyasının dagılmasından sonra yaranan Azərbaycan Xalq Cumhuriyyəti də kvazi dövlət olub.Bu,putinsayagı,duqinsayagı absurdizmin nirvanasıdır.

Qazaxıstan prezidenti Tokayevin məqsədlərindən biri də Avropa İttifaqının 27 üzvünü hazırki Ukrayna böhranı dövründə neftlə təmin etməkdir.Rusiya buna qarşıdır və dərhal məhkəmə qərarıyla qazax neftinin Rusiya üzərindən Avropaya nəqlini dayandırdı.Təbii ki,Astana sonra öz neftini Azərbaycan vasitəsilə(Trans-Xəzər)Avropaya ixracı haqqında qərar verdi.Lakin bu,indiki mərhələdə qazax neftinin Avropaya tam həcmdə ixracı üçün kafi deyil.
Gəlinən nəticə budur ki,Tokayev və Putin arasında müəyyən razılıq əldə olunub.Soçi görüşündən məlum oldu ki,Tokayev Rusiya ilə münasibətlərinə “dinamizm”gətirmək niyyətindədir.

Qazaxıstan yaxın tarixdə MDB-də sədr olacaq.Üstəlik,Qazaxıstan həm Avrasiya İqtisadi İttifaqı və KTMT-nin üzvüdür.Və anlaşılandır ki,Qazaxıstan üçün hazırda Rusiya ilə münasibətləri gözdən keçirmək asan deyil.Onu da yaddan çıxarmamalıyıq ki,bu ilin yanvar ayında Qazaxıstandakı etiraz aksiyalarını dagıtmaq üçün KTMT qüvvələrini ölkəsinə dəvət edən də məhz Tokayev idi.

Qazaxıstanda Rusiya sərmayəsinin ümumi həcmi 17 milyard,Rusiyada isə qazax investisiyalarının miqdarı təxminən 4,3 milyard dollardır.
Onu da bilməliyik ki,Qazaxıstandakı böyük rus icması,Rusiya ilə uzun sərhəd,və ənənəvi “5-ci kolon”iş başındadır.
Qazaxıstan üçün Yeni Dünya Nizamında(YDN)konkret geopolitik seçim etmək asan deyil.Mərkəzi Asiyanın bu böyük ölkəsi Rusiya ilə yanaşı Çinin də geosiyası maraq dairələrindən biridir.
Qazaxıstanın yerləşdiyi geostrateji məkan onun Qərbə inteqrasiyasını çətinləşdirir.(Yaponiya və Cənubi Koreya istisnadır)Qazaxıstanın bir üstünlüyü də Türk Dövlətləri Təşkilatlnın(TDT)üzvü olmasıdır.Zənnimcə,Tokayev ölkəsinin bundan sonra geosiyasi paradiqmasını Kollektiv Qərb və Rusiya-Çin qütblərinin arasında-TDT-də müəyyən edə bilər.Bu,sadəcə olaraq,mənim ehtimallarımdan biridir.Ancaq o da müzakirə mövzusudur ki,TDT növbəti qlobal sistemdə müstəqil qütb ola biləcəkmi…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir