KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Terrorun hər növü lənətlənməlidir

Kamal Aliyev: Terrorun hər növü lənətlənməlidir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
76 0

Rusiyalı filosof,politoloq Aleksandr Duqin haqqında indiyəcən çox məqalə yazmışam,onun “Avrasiyaçılıq”ideologiyasının mahiyyətində rus millətçiliyinin,şovinizminin (Provoslav kilsə də daxil),ksenefobiyanın,antiliberalizmin oldugunu dəfələrlə oxumuşam.

Bu adam olduqca təhlükəlidir və etibarlı biri deyil.Həm də A.Duqinin 3 kitabını oxumuşam və gəldiyim ümumi qənaət müsbət deyil.Baxmayaraq ki,2018-ci ildə A.Duqin,onun qızı Darya Duqina Cocuq Mərcanlıda keçirilən “Bakı və Moskva arasında geopolitik ox:Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir”mövzusundakı konfransda iştirak etmişdi və hətta Ermənistanı açıq şəkildə tənqid etmişdi.Hətta A.Duqin erməniləri “kütbeyin,dar düşüncəli”xalq adlandırmışdı.Təbii ki,A.Duqinin əsas hədəfi Paşinyan hökuməti idi.Daha dogrusu,Paşinyanın siyasi zehniyyəti.
Elə o vaxtdan ermənilər də xor halında Duqini söyürdülər.Erməni diasporası isə Duqini lənətləyirdi.

Əziz azərbaycanlılar,bəli,Putin siyasi cinayətkardır,Ukraynada minlərlə insanın ölümündə əsas səbəbkardır və istənilən cəzaya layiqdir.Bu,birmənalıdır və fərqli düşünmürük.Lakin A.Duqinin qızına qarşı həyata keçirilən bu sui-qəsdə,terrora sevinmək dogru deyil.Hətta vəziyyət o həddədir ki,bu dəqiqə sosial şəbəkələrin Azərbaycan və Ermənistan seqmentində Darya Duqinanın ölümünə az qala zil taxıb oynayırlar.
-Necə oldu ki,azərbaycanlılar bu sayaq aqressiv oldular?
-Biz necə oldu ki,putinləşdik,şoyqulaşdıq?

Təəssüf olsun ki,post-müharibə dövründə Azərbaycan xalqının psixologiyası elə bil tarumar olub.Mülayim olan xalq birdənbirə səbirsiz,hər yayılan feyk məlumatlara,dezoya inanan,hətta bəzən özünü buraxan olub.
Bəli,azərbaycanlılar emosialarını cilovlamagda çətinlik çəkir.Biz duygusalıq,çılgınıq,hətta cırtqozuq.Bütün dünya liderlərinə agıl veririk,yol göstəririk,ancaq özümüzə gələndə “üç meymunu”oynayırıq.

İnanın tam səmimiyəm fikirlərimdə.Biz kim olursa-olsun siyasi terrora bu qədər simpatiya bəsləməməliyik.Özümüzü ələ almalıyıq.İnanın biz kiçik ölkəyik,sayımız çox deyil.Hətta ona da inanın ki,neftimiz,qazımız olmasaydı,bizim geostrateji üstünlüyümüz belə diqqət mərkəzində olmayacaqdı.
Biz özümüz erməni terrorundan əziyyət çəkən xalqıq və hələ də çəkib qurtarmamışıq.
Lütfən özünüzü ələ alın!
Slava Ukraina!

P.S.Aşagıdakı şəkil Cocuq Mərcanlıda çəkilib.Gördükləriniz isə A.Duqin,Darya Duqina,Maksim Şevçenko,İqor Koretçenko,Yevgeni Bexreviski,Sergey Loqinov,Dmitri Kruqlıy,Sergey Komarov və ŞANLI AZƏRBAYCAN ƏSGƏRİDİR.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir