KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Tərəflər sərhədində eskalasiyaya yol verməmək üçün birmənalı şəkildə razılıga gəliblər

Kamal Aliyev: Tərəflər sərhədində eskalasiyaya yol verməmək üçün birmənalı şəkildə razılıga gəliblər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
356 0

Beləliklə,Soçidə Putin,Əliyev və Paşinyan arasında keçirilən üçtərəfli görüşü aşagıdakı kimi şərh edə bilərik…

-Tərəflər Azərbaycan-Ermənistan sərhədində eskalasiyaya yol verməmək üçün birmənalı şəkildə razılıga gəliblər.
Yəni,tərəflər onun fərqindədir ki,stabillik olmasa,onsuz da kövrək olan 10 noyabr atəşkəs razılaşması pozula bilər.Bu,rəsmi kremliyə qətiyyən sərf etmir.Ermənistana isə ümumiyyətlə sərf etmir.Çünki bu ölkənin müharibə etmək üçün ən azından indiki şərtlər və imkanlar çərçivəsində resursu yoxdur.

-Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üçün mexanizm yaradılır və ilin sonuna qədər müəyyən irəliləyişlər əldə olunma ehtimalı artır.
Bu bən də elə birinci bəndlə korrelasiya təşkil edir.Necə deyərlər,əvvəlcə sülh,sonra sərhədlərin müəyyən və ayırd edilməsi.

-Həm Ermənistan,həm Azərbaycan tərəfi rus “sülhməramlıları”nın fəaliyyətindən məmnunluq duyur.Reallıq isə budur ki,hər iki xalq Daglıq Qarabag ərazisinə dislokasiya olunmuş rus hərbi kontingentinin fəaliyyətindən diskomfort duyur.
Bu,bəlkə də diplomatik ifadə tərzidir.

-Paşinyanın dediklərindən belə hasil olur ki,o,daxildəki revanşist köçəryangillərin nə düşünməsindən asılı olmayaraq,regiondakı kommunikasiya xətlərinin açılmasında maraqlıdır.Lakin Paşinyan “Zəngəzur koridoru”sözünə toxunmur,ona görə ki,məhz koridor realizə oldugu təqdirdə,dəhlizin üzərində Ermənistanın yurisdiksiya haqqı problem yaradır.

-Putun dekabrın 15-də Brüsseldəki görüşə görə narahat deyil.
Əvvala sragagün Putinlə Aİ Şurasının prezidenti Şarl Mişel arasında telefon danışıgı olub.Görünür,Putin dərk edir ki,Aİ bu məsələdə Rusiyanın iradəsinə problem yaratmayacaq.
Təkrar edirəm;Brüssel görüşündə əsas humanitar məsələlər,əsirlərin geri qaytarılması və Avropa İttiaqının tərəflərə maliyyə yardımı müzakirə mövzusu olacaq.Əvvəl də dediyim ki,qərbin hazırda Rusiya ilə Ukrayna,Belorus sərhədindəki qaçqın problemi və Balkanlarda gözlənilən ciddi problemləri var.
Yəni,qərb bu saatdan sonra avtoritar Putinlə “növbəti qarşıdurma”cəbhəsi açmaq istəməz.

Haşiyə:Ermənistan Rusiyadan xahiş edib ki,Türkiyə ilə münasibətlərin bərpa olunması üçün vasitəçilik etsin.Halbuki,Paşinyan bir müddət əvvəl bu məqsədlə Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin qapısını döymüşdü.Eyni zamanda,artıq Türkiyə-Ermənistan arasında hava dəhlizi fəaliyyətə başlayıb.Təbii ki,rəsmi Ankara bu istiqamətdə Azərbaycanla məsləhətləşib.
Zənnimcə,növbəti mərhələdə 1993-cü ilin aprelində Kəlbəcərin işgalından sonra Türkiyə və Ermənistan arasında qapadılmış iki sərhəd keçid məntəqəsi açılması mümkün olacaq.
Gedişat bu istiqamətdədir.

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir