KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtması Tehran və Moskvanın geosiyasi ugurudur

Kamal Aliyev: Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtması Tehran və Moskvanın geosiyasi ugurudur

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
184 0

Suriya Ərəb Respublikası 12 ildən sonra Ərəb Dövlətləri Liqasına(ƏDL) geri qayıtdı.Suriyada 2011-ci ildə başlanan vətəndaş müharibəsindən sonra başda Səudiyyə Ərəbistanı olmaqla,ƏDL Bəşər Əsəd rejimini belə demək mümkünsə,”persona non-qrata”elan etmişdi.Əvəzində,əvvəlcə İran daha sonra Rusiya rejimi faktiki olaraq,məglubiyyətdən xilas etdilər.Hal-hazırda Suriyada İranın nüfuzu kifayət qədər güclüdür.Tehrandakı teokratik rejim Suriyada həm hərbi,həm də siyasi nüfuzunu gücləndirməklə,”Şiə ayparası”doktrinasını həyata keçirməkdədir.
Rusiyaya gəlincə,Moskva Suriyanın şərqindəki Himeymin və Tarsus bölgələrində hərbi bazaları var.Rusiya bununla Aralıq dənizi hövzəsində mühüm geostrateji üstünlük qazanıb.
Qərbin Suriyadakı üstünlüklərinə gəlincə,Bəşər Əsədi devirib demokratik sistem qurmaq mümkün olmadı.Daha dogrusu,İran və Rusiya Əsəd rejimini qorumaqla,Qərbin dəstək verdiyi “Ərəb Baharı”konsepsiyasını sıradan çıxardılar.Buna rəgmən,ABŞ Suriyanın şimal-qərbində separatçı kürdlərə dəstək verərək,onların kontonlar yaratmasına şərait yaratdı.Biz birmənalı olaraq deyə bilmərik ki,ABŞ Suriyada heç nə əldə etmədi.ABŞ İraqdan sonra Suriyada da kürdlərin yaxın gələcəkdə muxtariyyət qurmalarının önünü açdı.Ancaq ABŞ-ın bu addımı onun NATO müttəfiqi Türkiyə ilə münasibətlərinin soymasına gətirib çıxardı.Bu gün faktiki olaraq,Suriya məsələsində Ankara Moskva və Tehranla eyni mövqeni nümayiş etdirir.Əslində,Vaşinqton və Ankara arasındakı soyuq münasibətlərin səbəblərindən biri də Türkiyənin Suriya məsələsində ABŞ-a inanmamasıdır.Ankara onun fərqindədir ki,ABŞ-ın PYD/YPG kimi separatçı kürd qruplara verdiyi dəstək gələcəkdə Türkiyənin suverenliyinə təhdid yaradacaq.
Beləliklə,diktator Bəşər Əsəd mayın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ərəb Dövlətləri Liqasının sammitində iştirak edəcək.Göründüyü ki,Əsəd Suriyasının ƏDL-də üzvülüyünün bərpası İranın Yaxın Şərqdəki mövqelərini daha da gücləndirəcək.Bəşər Əsədin siyasi mövcudlugu İsrailin də maraqlarına ziddir.Çünki məhz Əsədin sayəsində İran artıq İsrailin qonşusudur.Bu,eyni zamanda o deməkdir ki,təkcə ABŞ İranın ətrafını dövrəyə almır,rejim də Vaşinqtonun Yaxın Şərqdəki ən sadiq müttəfiqi İsrailin qulagının dibində birdəfəlik möhkəmlənir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir