Suriyada 1971-ci ildə hərbi çevriliş nəticəsində iqtidarı ələ keçirən Əsəd rejimi süqut etdi.Şübhəsiz ki,bu,olduqca mühüm siyasi hadisədir və əlbəttə ki,başqa tiranlara da nümunə olmalıdır.Və ailə hakimiyyətləri,nepotizmi və xronizmi öz idarəetmə fəlsəfəsinə çevirən rejimlər də bu gün Suriyada baş verənlərdən ibrət almalıdırlar.Halbuki,Hafiz Əsədlə başlayıb,Bəşər Əsədlə davam edən sülalə hakimiyyəti idarəetmə sisteminə görə sünni Səudiyyə Ərəbistanından və şiə İrandan fərqli olaraq,dünyəvi despotizmi təqdim edə bilmişdi.Lakin mahiyyət açıq idi:Suriyada demokratik rejim yerinə,bir ailənin mütləq iqtidarı qurulmuşdu,2000-ci ildən(ata Hafiz Əsədin ölümündən sonra)iqtidara gələn Bəşər Əsəd verdiyi vədlərə rəgmən,ölkəni daha da avtoritarlaşdırmışdı.Bəşər Əsəd dövründə daxildə müxalifəti əzən rejim qonşu Livanda da baş nazir Həririyə qarşı sui-qəsd belə etmişdi.
Bundan əlavə,ata Əısədin dövründən etibarən,Suriya hökuməti öz ərazisində Türkiyəyə qarşı mübarizə aparan separatçı kürdlərin PKK-sına açıq dəstək verir,bu hörgütün lideri Abdullah Öcalanı illərlə paytaxt Dəməşqdə qoruyurdu.Gördüyünüz kimi,Əsəd rejimi təkcə daxildə azgınlaşmayıb,qonşu ölkələrdə də terroru,sepsratçılıgı dəstəkləyirdi.
Son olaraq,yıxılan Hafiz Əsəd heykəllərini,yırtılan Bəşər Əsəd portretlərini gördüyümdə,istər-istəməz İraqın keçmiş diktatoru Səddam Hüseyni xatırladım.Yadınızdadırsa,Səddam Hüseyn devrildikdən sonra onun da heykəlləri Bagdadın mərkəzində dagıdılmışdı.Daha sonra isə gördük ki,Səddamdan sinra İraq üç yerə parçalandı,ölkə tasrumar edildi,nə demokratiya quruldu,nə də arzulanan suverenlik.Ümid etmək istərdim ki,Suriyada da İraqdakı proseslər təkrarlanmayacaq.Hal-hazırda hır şey yenidən başlayır,əsk “rəqs”qarşıdadır.Suriyadakı prosesləri İraqdan fərqləndirən vacib siyasi hadisələrdən biri hazırda Türkiyənin hadisələrin mərkəzində olmasıdır və düşünürəm ki,Ankara bu üstünlükdən faydalanacaq.
Kamal Aliyev