KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Slovakiyada sui-qəsd və Ukraynada məglubiyyət ehtimalı

Kamal Aliyev: Slovakiyada sui-qəsd və Ukraynada məglubiyyət ehtimalı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
100 0

Ukraynanın Rusiya qarşısında məglubiyyət ehtimalı gücləndikcə,qoca qitədə bu müharibənin əleyhinə olanlara qarşı siyasi və iqtisadi təzyiq vasitələri,hətta silsilə sui-qəsdlər də intensivləşəcək.Siyasi tarixi oxuduqca,qoca qitənin elitasında bu kimi sui-qəsdlərə rast gəlmək mümkündür.Təkcə slovakların baş naziri Robert Fiko deyil,onun macarıstanlı həmkarı Viktor Orbanın da başı dərddədir.Fiko kimi Orban da Qərbin Ukraynaya hərbi və siyasi yardımına qarşıdır,bu ölkənin NATO-ya üzvlüyünə şiddətlə etiraz edirlər.
Prinsipcə,Avropa müharibədən yorulub,bu böhranın siyasi və iqtisadi yükünü daşımaq istəmirlər.Xüsusilə,Şərqi Avropa ölkələrinin iqtisadiyyatı müharibənin iqtisadi və humanitar şoklarına müqavimət göstərməkdə acizdirlər.Üstəlik,Avropa xalqları-yəni daxili ictimai rəydə də anti-müharibə ovqatı güclənir.Hər halda,2 il əvvəlki Rusiya işgalına qarşı müşahidə olunan ictimai rəy aşagı düşməkdədir.

Digər yandan,anqlosakson media aparatının propoqandası əvvəlki kimi funksionallıgını və inandırıcılıgını itirməkdədir.Avropalılar artıq hesab edirlər ki,Ukraynadakı müharibə onların yox,ABŞ və Böyük Britaniyanın geosiyasi maraqlarına cavab verir.ABŞ-nin Ukraynaya ayırdıgı 61 milyardlıq vəsait yaxın perspektivdə müsbət nəticələr dogura bilər,lakin uzaq perspektivdə bu,Kiyevun qələbəsinə yetməyəcək.Hətta NATO-nun baş katibi Stoltenberq də bəyan etmişdi ki,müharibədən sonra Ukraynanın restavrasiyası mümkün olmayacaq.

Yuxarıda toxundugum detallar şübhəsiz ki,həm NATO,həm də Avropa İttifaqı daxilində Ukrayna ilə baglı mərkəzdənqaçma meyillərini də artıracaq.Hətta Çexiya hökuməti daxilində də Ukraynadakı müharibə ilə baglı ikitirəlik yaranıb.Bundan savayı,Fransa prezidenti Emanuel Makronun Ukraynaya hərbçi göndərmək təklifi də Aİ daxilində ziddiyyətlərə rəvac verib.Yaxın bir neçə ay Ukraynanın müqəddaratı üçün həllədici olacaq.Ukrayna prezidentinin adminstrasiyasına Qərbdə inamsızlıq var və bu,siyasi diplomatik kanallarla(mənbə:bbc)qarşı tərəfə çatdırılıb.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir