KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiyaya tətbiq olunan sanksiyalar niyə tam effektiv deyil?

Kamal Aliyev: Rusiyaya tətbiq olunan sanksiyalar niyə tam effektiv deyil?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
313 0

Rusiya Ukraynaya hücum etməmişdən bir gün əvvəl-fevralın 23-ündə 1 ABŞ dolları(USD)81 rubl idi.ABŞ prezidenti Co Bayden Rusiyadan idxal olunan təbii qaz və neftə embarqo tətbiq etdikdən sonra 1 ABŞ dolları 150 rubla qədər yüksəldi.

Təxminən,9 martda 1 ABŞ dolları 120 rubl oldu.Bu gün isə 1 ABŞ dolları müharibədən əvvəlki səviyyəyə-81 rubla qədər geriləyib.
Hətta dünən və bu gün arasında müqayisə aparsaq,hazırda rubl dollara qarşı 2.54% faiz dəyər qazanıb.

SUAL:Rusiya rublu bu qədər sanksiyalara rəgmən,niyə dəyər itirmir?

-Rusiya təbii qazının və neftinin qiymətləri yüksəlib.Hal-hazırda Rusiya neftinin 1 bareli dünya birjalarında 107 dollardan satılır.Bu rəqəm müharibədən əvvəlki qiymətdən bahadır.
-Rus diktator V.Putin martın 23-ündə “dost olmayan ölkələr”ə ixrac olunan neft və qazın pulunun ödənilməsində rus rubluna keçmə planını elan etmişdi.
Ən azı bu iki detal hələ dəsanksiyaların qeyri-effektivliyini labüd edir.

Artıq Slovakiya və Xorvatiya Rusiya ilə razılıga gəlib.Hələ ki,Fransa və Almaniya yekun qərar verməyiblər.Lakin bu ölkələrin başqa çarəsi və ya yaxın perspektiv üçün alternativləri yoxdur;Qətər qazı ehtiyacı tam ödəmir,ABŞ-ın sıxılmış qazı bahalı və keyfiyyətsizdir.Üstəlik,ABŞ və Qətərdən idxal olunacaq sıxılmış qaz üçün gərəkli enerji terminalları kafi deyil.

Rusiya Ukraynaya hücum edərkən yazmışdım ki,bu ölkəyə tətbiq olunacaq kabus sanksiyalar yaxın və orta perspektivdə qeyri-effektiv olacaq.Ancaq uzaq perspektivdə Rusiya iqtisadiyyatı defolt olmasa da belə,çox ciddi maliyyə risqləri ilə qarşı-qarşıya qalacaq.Bu gün elə biz eyni mənzərənin şahidiyik.

Əvəzində,ABŞ-da dizel yanacagı və benzinin qiymətləri xeyli yüksəlib.Halbuki,ABŞ indiyəcən qorudugu neft rezervlərindən müəyyən həcmdə də olsun istifadə etməyə başlayıb.Üstəlik,həm ABŞ-da,həm də Avropa ölkələrində ciddi infilyasiya müşahidə olunmaqdadır.Məsələn,Almaniyada son 40 ilin ən yüksək infilyasiya(7.3%)dərəcəsi baş verib.Bu,hələ rəsmi məlumatdır,bəzi alman ekspertlərinə görə,ölkədə illik branşda infilyasiya 10% həddindədir.

Yeri gəlmişkən,Ukrayna prezidenti Volodimir Zelenski bu gün dedi ki,Rusiyanın ən böyük silahı dünyada qida problemi yaratmaqdır.Nəzərə alsaq ki,Rusiya və Ukrayna dünyada ən böyük taxıl istehsalçısı ölkələrdəndir.Artıq Ukrayna bu sırada yoxdur.Rusiya isə dost bilmədiyi ölkələrə taxıl satmayacaq.Azərbaycan isə Rusiya,Qazaxıstan və Ukraynadan taxıl tədarük edirdi.Məlumata görə,Hindistan Azərbaycana öz taxılını təklif edib.
Yəni,bu mənzərə Azərbaycanda da un və un məmulatlarının qiymətlərinə istər-istəməz təsir göstərəcək.

Gördüyünüz kimi,Rusiya prezidenti V.Putinin işgalçılıq siyasəti az qala dünyada enerji və ərzaq problemi yaradıb.V.Putin həm Buça kimi qətliamlar törədir,həm də yüzmilyonlarla insanı “çörəklə”sınaga çəkir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir