KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiyanın Talibanı “qanuni” hökumət kimi tanımaqda məqsədi nədir?

Kamal Aliyev: Rusiyanın Talibanı “qanuni” hökumət kimi tanımaqda məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
298 0

Rusiya prezidenti V.Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib ki,Kremlin Taliban hökumətini(Əfqanıstan İslam Əmirliyi)tanıma ehtimalı var.
Z.Kabulova görə,Taliban hökumətinin ticarət nazirinin Rusiyaya səfəri gözlənilir.
Talibanın nümayəndəsinin Rusiyaya gəlişinin əsas qayəsi budur ki,bu ölkədən taxıl idxal etsin.Rusiya isə konkret olaraq Talibanı bir şərtlə qanuni iqtidar kimi tanıyacagını bəyan edib ki,Əmirlik Əfqanıstanda inklusiv və səlahiyyətli hökumət qursun.

Ortaya sual çıxır:Rusiya hazırda Ukraynadakı qanlı müharibə fonunda,Qərblə münasibətlərin maksimum gərginləşdiyi,iplərin az qala qopdugu bir zaman intervalında Talibanı tanıyacagına niyə eyham vurur?

1-Təbii ki,bütün dünyanın əsas diqqəti hal-hazırda Rusiyanın Ukraynadakı işgal hərəkatına çevrilib.Bu ayın sonu Almaniyanın federal kansleri Olaf Şols,Fransa prezidenti Emanuel Makron,İtaliyanın baş naziri Mario Draqi Kiyevə səfər edib Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.

Diplomatik mənbəələrə görə,hər üç Avropa dövləti Rusiya ilə müharibənin uzadılmasında maraqlı deyil və V.Zelenskiyə “Minsk-3″bənzəri sülh planı təqdim edəcəklər.
Plana əsasən,Ukraynada konstitusiya islahatlarının aparılması,dövlət sərhədlərinin qorunması və Luqansk və Donetskə(diqqət edin,Krım xatırlanmır)geniş muxtariyyətin verilməsi təklif olunacaq.Dəfələrlə yazdıgım kimi,ABŞ və Böyük Britaniyanın əksinə,Avropa İttifaqı müharibənin uzanmasında maraqlı deyil.

Rusiya isə sanki ABŞ və Britaniyanın Mərkəzi Asiyada Moskvaya qarşı yeni cəbhə açacagından duyuq düşüb və “qabaqlayıcı”addım(lar)atmaq haqqında düşünür.Yəni,Kreml Mərkəzi Asiyanı özünün hinderlandı kimi görür və Qərbin bu cografiyaya daxil olmasının(Cənubi Qafqaz da o cümlədən)qarşısını almaq istəyir.

Əlbəttə,Çinin də Mərkəzi Asiyaya maragı var,ancaq hazırda Pekinin Rusiyaya qarşı bu cografiyada hər hansı problem çıxaracagına ehtimal vermirəm.
Təbii ki,gələcəkdə Mərkəzi Asiyanın zəngin təbii resursları,geostrateji mövqeyinə görə Rusiya və Çin mütləq qarşı-qarşıya gələcək.İndi isə Rusiya üçün Mərkəzi Asiyada təhdid yarada biləcək “qüvvə”Talibandır.Ehtimal edirəm ki,V.Putinin aclıqdan əziyyət çəkən Əfqanıstan xalqına taxıl göndərməsi və Taliban hökumətinin tanınacagı ehtimalından danışması məhz Mərkəzi Asiya respublikalarını qorumaga hesablanıb.

2-Bir versiya isə budur ki,Rusiya Talibanı öz tərəfinə çəkməklə,Pakistanda İmran Xanın iqtidardan devrilməsi və yeni qərbpərəst baş nazir Şahbaz Şərifə “gözdagı”verməyi düşünür.
Pakistanın keçmiş baş naziri İmran Xan Ukraynadakı müharibədən əvvəl Moskada V.Putinlə görüşüb uygun qiymətə neft alacagı haqqında razılıq əldə etmişdi.Üstəlik,İmran Xan Rusiyaya qarşı sanksiyalara qoşulmamışdı və Çinlə də yüksək əlaqələrə tərəfdar idi.

Dogrudur,Ş.Şərif hökuməti də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Pekin ilə də hələ ki,yola gedir.Ancaq siyasət həmişə sürprizlərə açıqdır və görünür,Moskva hər ehtimalı nəzərdən keçirir.Yəni,Çin və Rusiya yaranmaqda olan Yeni Dünya Düzənində Pakistanı Qərbə qapdırmaq istəmirlər.Baxmayaraq ki,Pakistan siyasi elitasında İngiltərənin,orduda isə ABŞ-a yaxın genralitetinin ciddi təsir rıçaqları var.

Ehtimal etmək olar ki,Taliban yaxın gələcəkdə Rusiya və Çin tərəfindən tanınacaq.Daha sonra İran da Talibanla anlaşa bilər.Tarixdə böyük dövlətlər üçün həmişə”imperiyalar məzarlıgı”olan Əfqanıstanın geopolitik əhəmiyyəti olduqca cəlbedicidir.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir