KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Rusiyanın Qara dənizdəki hakimiyyəti Türkiyəyə təhdiddirmi?

Kamal Aliyev: Rusiyanın Qara dənizdəki hakimiyyəti Türkiyəyə təhdiddirmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
309 0

Rusiyanın Ukraynaya qarşı işgal hərəkatının 27-ci günündəyik.Bu müharibənin nə qədər davam edəcəyini bilmirik və ehtimal budur ki,V.Putin “stop”deməsə,müharibə daha da destruktiv xarakter alacaq.
Dogrudur,tərəflər arasında hər gün onlayn formatda müzakirələr gedir,ancaq bir tərəfdən də Rusiya paytaxt Kiyev daxil olmaqla,Ukraynanın ən böyük şəhərlərini hər gün bombalayır.

Bu müharibə hələ başlamamışdan əvvəl vurgulayırdım ki,Rusiya prezidenti V.Putinin əsas məqsədləri sırasında Donbas regionunun tam işgalı ilə yanaşı,Ukraynanın Azov və Qara dənizlə əlaqəsini kəsməkdir.Artıq demək mümkündür ki,Ukraynanın Azov dənizi ilə əlaqəsi kəsilib.Krım 2014-cü ildən Rusiya tərəfindən ilhaq olunub,Xerson və Melitopol kimi mühüm strateji əhəmiyətə malik olan şəhərlər işgal olunub.

Rusların hazırda hədəfi Mariupolu işgal etməkdir.

Xəritəyə diqqətlə baxsaq görərik ki,Odessa istisna olmaqla,Ukraynanın Qara dəniz sahili ilə əlaqəsi qalmayıb.
Əgər ruslar Odessanı da işgal edərsə,Ukrayna Qara dənizlə vidalaşacaq.

O zaman əsl problem Türkiyə üçün yaranacaq.Dogrudur,Rumıniya və Bolqarıstan kimi NATO ölkələri də Qara dənizin sahilində yerləşir.Ancaq ən pis variant kimi ruslar Ukraynanın Qara dəniz sahillərini tam olaraq ələ keçirərsə,bu hövzə sanki rus gölünə çevriləcək.Nəzərə alsaq ki,Gürcüstan da NATO üzvü deyil.Əgər Rusiya Qara dəniz hövzəsində istədiyinə nail olarsa,bu,Türkiyə üçün fəlakət olar.Ruslar və türklər Qara dəniz hövzəsində 400 il ərzində dəfələrlə üz-üzə gəliblər.Hərçənd,həmişə qeyd edirdim ki,Qara dəniz Rusiya üçün o qədər vacibdir ki,V.Putin hər cür acımasızlıgı bu ərazidə törədər.

Türkiyə hazırda Rusiya və Ukrayna arasında balans siyasəti icra edir və yeganə NATO ölkəsidir ki,Rusiyaya hava məkanını qapamayıb.
Mənə görə,Ankaranın bu balans siyasəti Qərbin də hazırki strategiyası ilə üst-üstə düşür.Bu,o deməkdir ki,ən fors-major situasiyada belə mütləq dialoq kanalı açıq tutulmalıdır.
Üstəlik,Türkiyə müharibədən əvvəl də,müharibə vaxtı da Ukraynaya PUA-lar satır.Eyni zamanda,”Bayrakdar”,”Akıncı”kimi PUA-ların motorları da Ukraynada istehsal olunurdu.

Buna rəgmən,Rusiya Qara dənizdə üstünlük əldə edərsə,türk bogazlarına(İstanbul və Çanaqqala) təhlükə yaranacaq.Ankara hazırda Montro müqaviləsinə görə,haqlı olaraq bigazları bütün ölkələrin hərbi gəmilərinə baglayıb.Lakin Rusiya Qara dənizdə istədiyinə nail olarsa,Moskvanın türk bogazları üzərində təzyiqi artacaq.
Əlbəttə,bu nəticə Türkiyənin gələcəkdə başını çox agrıda bilər.
İndi açıq-aydın görünür ki,V.Putinin Rusiyası bəşəriyyət üçün nə qədər təhlükəlidir…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir