Əvvəlcə ondan başlayaq ki,Rusiyanın bu gün Lvov şəhəri yaxınlıgındakı Yoravevdəki NATO təlim mərkəzini vurması proseslərin artıq daha da gərginləşəcəyinə işarədir.Adı çəkilən təlim mərkəzi Polşa sərhədindən 25 km(15 mil)aralıdır və ruslar bir müddətdir iddia edirdilər ki,NATO hərbçiləri təlim mərkəzində ukraynalı əsgərləri döyüşlərə hazırlayırlar.
Bu səhər adı çəkilən təlim mərkəzinə 30 raket atılıb və 35 ölü,60-dan çox yaralı var.
Görünən budur ki,işgalçı rus ordusu Qərb ölkələrinin Ukraynaya silah-sürsat və logistik dəstəyini kəsməyi hədəfləyir.Rusiya MN-i bəyan edib ki,Ukraynaya yardım edən istənilən qüvvə onların “legitim”hədəfidir.
Əgər biz fevralın 24-ündən Rusiyanın Ukraynaya işgal siyasətinə nəzər yetirsək görərik ki,V.Putin bu ölkəni həm şərqdən,həm şimaldan,həm də cənubdan qısqaca ala bilib.Lakin işgalçı Rusiya onun da fərqindədir ki,Ukraynaya əsas yardım ölkənin qərb sərhədlərindən daxil olur.
Eyni zamanda,o da məlumdur ki,Ukraynanın hava məkanı Rusiyanın nəzarətindədir.Və belə olan təqdirdə,ehtimal edə bilərik ki,Rusiya qarşıdakı günlərdə Ukraynanın qərb regionlarına geniş miqyaslı hücum etməklə bu ölkənin Polşa,Rumıniya və Slovakiya ilə əlaqəsini kəsmək istəyəcək.Ruslar bilirlər ki,Ukraynayı qərb istiqamətində mühasirəyə ala bilməsələr,müharibə daha da uzanacaq və qəhrəman Ukrayna xalqının müqavimət gücü daha da artacaq.
Bu nöqteyi-nəzərdən düşünürəm ki,Lvov və ətrafına qarşıdakı günlərdə daha intensiv raket hücumlarını müşahidə edəcəyik.
İran İraqdakı ABŞ konsullugunu niyə vurdu?
Dünən Rusiya Lvov yaxınlarında NATO təlim mərkəzini,İran isə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərindəki ABŞ Konsullugunu 12 ballistik raketlə vurdu.SEPAH bu hücum hadisəsini üzərinə götürdü və dedi ki,bu,”sionist”İsrail rejiminin ötən həftə Suriyada iki SEPAH hərbçisinin öldürülməsinə cavabdır.
İran 2020-ci ildə də Qasım Süleymaninin öldürülməsinə görə İraqdakı ABŞ səfirliyinə 20 balistik raket atmışdı.
SEPAH bəyan edib ki,İsrailin kəşfiyyat xidməti MOSSAD İraqın Kürdüstan muxtariyyətində öz ofislərini qurub və İrana qarşı fəaliyyət göstərir.İraq Kürdüstanının baş naziri Məsrur Bərzani isə deyir ki,kürd regionunda MOSSAD-ın hər hansı bürosu fəaliyyət göstərmir.
Maraqlıdır ki,Rusiyanın dünən Ukraynadakı NATO mərkəzini vurması və İranın kürdlərin bölgəsindəki ABŞ konsulluguna ballistik raketlər atması təxminən eyni saatlarda baş verib.Üstəlik,dünən İran Səudiyyə Ərəbistanı ilə danışıqların 5-ci raundunu “müvəqqəti”təxirə salıb.
Sanki işgalçı rusların NATO mərkəzini vurması ilə SEPAH-ın kürd bölgəsindəki ABŞ Konsullugunu vurması arasında sinxron əlaqə və ya koordinasiya var.
Ehtimal edirəm ki,Rusiya ABŞ-a demək istəyir ki,Yaxın Şərqdə də səni məşgul edə bilərəm.Görünür,Ukraynada müharibə davam etdikcə,Rusiya prezidenti V.Putin də ABŞ-ı növbəti dəfə Yaxın Şərq bataqlıgına çəkmək istəyir.
Hətta V.Putinin Yaxın Şərq cografiyasından 16 min muzdlunu Ukraynaya gətirəcəyi də eyni planın tərkib elementidir.V.Putin Qərblə konfliktini daha geniş areala yaymaq istəyir.
Kamal Aliyev Kafkassam