KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiyanın İsraillə münasibətləri gərginləşdirməkdə məqsədi nədir?

Kamal Aliyev: Rusiyanın İsraillə münasibətləri gərginləşdirməkdə məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
29 0

İyulun 28-də Moskvanın Basman məhkəməsində Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Moskva Departamentinin Yəhudi Agentliyi Soxnut muxtar qeyri-kommersiya təşkilatının ləgv edilməsi ilə baglı ilkin proses keçiriləcək.

Şübhəsiz ki,Rusiya məhkəməsinin yekun qərarı siyasi mahiyyət daşıyacaq.Ancaq maraqlıdır ki,Kremlin rəhbəri V.Putin bu dəmdə Yəhudi Agentliyinin fəaliyyətinə qadaga qoymaq istəməsi nədən xəbər verir…

-Yuxarıda da vurguladıgım kimi,Soxnut Yəhudi Agentliyinə qarşı məhkəmə iddiası və ayın 28-də veriləcək verdikt siyasidir.Zənnimcə,V.Putin İsrailin indiki müvəqqəti hökumətinin baş naziri Yair Lapidin Ukrayna ilə baglı Rusiyanın əleyhinə yönəltdiyi fikirlərdən narazıdır.
Xatırlayırsınızsa,Rusiyanın Ukraynaya hərbi təcəvüzündən əvvəl-fevral ayında İsrailin keçmiş baş naziri Naftali Bennett Rusiyayaya səfər edərək Putinlə görüşmüşdü.Hətta Bennett-Putin görüşünün gizli baş tutdugu Qərb mediasında işıqlandırılmışdı.
Belə ki,Qərb mediası o vaxt N.Bennettin Rusiyaya səfərini tənqid atəşinə tutmuşdu.

İndiyəcən İsrail hökuməti Rusiya və Ukrayna arasındakı müharibədə neytral mövqe nümayiş etdirirdi.Lakin daha sonra müvəqqəti baş nazir Y.Lapid ABŞ prezidenti C.Baydenlə imzaladıgı deklarasiyada Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərini qınamışdı.Əslində bu,Moskva üçün “axırıncı bardagın daşması”kimi qəbul oluna bilər.
Daha sonra İsrail parlamentindəki(Knesset) deputatların Rusiya əleyhinə fikirlər bildirməsi rusları qəzəbinə gəlməyə bilməzdi.
Putin rejimi üçün Ukrayna böhranında Təl-Əvivin neytral mövqe tutması optimal variant ola bilərdi.

Məncə,sələfi Bennettdən fərqli olaraq Lapidin Rusiya əleyhindəki ritorikasın sərtləşməsinin ən vacib səbəbi Moskvanın Tehranla strateji əməkdaşlıq sazişini imzalanması,Putinin 19 iyuldakı İran səfərində bu ölkənin ali lideri S.Ə.Xamanei ilə görüşüməsi də ola bilər.
Hazırda Rusiya-İran münasibətləri tarixdə görülməmiş səviyyədə inkişaf edir,Moskva bu ölkənin neft-kimya sənayesinə 40 milyard dollarlıq sərmayə qoyacaq.Təbii ki,Rusiya və İran Qərbin sanksiyaları ilə üz-üzədir və bir-birindən qarşılıqlı asılılıq həddindədirlər.

-Soxnut Yəhudi Agentliyi 100 il budan əvəl yaradılmış,dünyanın müxtəlif yerlərində yerli ofisləri olan qeyri-kommersiya və ən böyük yəhudu QHT təşkilatıdır.Bu təşkilatın İsraillə yaxın əlaqələri,dünyadakı yəhudi icmaları ilə emosianal baglılıgı var.Soxnut dünyadakı yəhudilərin İsrailə geri dönüşünü(aliyah),repatriasiyasını koordinasiya edir.Rusiyanın Ukraynada başlatdıgı müharibədən sonra bu ölkənin texnologiya sahəsində çalışan yəhudi əsilli mütəxəsislər,komputer proqramçıları rus dövlətini tərk edirlər.Görünür,Putin rejimi beyin köçündən(brain drain)narahatdır və bunun qarşısını almaq üçün Soxnut Yəhudi Təşkilatının fəaliyyətinə qadaga qoymaq istəyir.Çünku yəhudi mütəxəsislərin İsrailə dönüşünü Soxnut təşkilatı həyata keçirir.
Halbuki,Rusiyadakı avtoriritar rejimdən bezən rus mütəxəsislər belə vətənlərini sürətlə tərk edirlər.

Əgər Moskva məhkəməsi Soxnut Yəhudu Agentliyinin fəaliyyətinə son verərsə,bu,Rusiya-İsrail münasibətlərini korlayacaq.Hər halda,İsrailin müvəqqəti baş naziri Y.Lapid məhkəmə qərarının ciddi siyasi nəticələrinin olacagını bildirib.Təbii ki,Təl-Əviv-Moskva xəttində münasibətlərin gərginləşməsi ən çox İran və Suriyadakı rejimlərin mənafeyinə uygundur.Yəqin,Rusiya yaxın gələcəkdə İrana əvvəlcədən planlaşdırdıgı və daha sonra İsrailin keçmiş baş naziri Benyamin Netenyahunun xahişini nəzərə alaraq 2019-cu ildə vaz keçdiyi S400 HHM sistemlərini Tehrana satacaq.
Rusiyanın Yaxın Şərqdəki geopolitik maraqları,İran və Suriyadakı rejimlərə bundan sonrakı açıq hərbi-siyasi dəstəyi yeni ittifaqların yaranmasına da təkan verə bilər.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.