KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya “Zəngəzur dəhlizi”ideyasını baltaladı

Kamal Aliyev: Rusiya “Zəngəzur dəhlizi”ideyasını baltaladı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
283 0

Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib ki,nəqliyyat dəhlizi məsələsində(dəmir yolu və avtomobil marşurutu)Ermənistanın suverenliyi tanınacaq.
Bu,o deməkdir ki,gələcəkdə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı hər hansı quru və dəmir yolu nəqliyyatı üzərində ermənilər yoxlanış,nəzarət və təhlükəsizlik mexanizmini həyata keçirə biləcəklər.

Gördüyünüz kimi,bu,elə Ermənistanın optimal gördüyü variantdır.Ancaq iş ondadır ki,əslində,Ermənistan ərazisində marşurut xəttlərinin təhlükəsizliyi,böyük ehtimalla gömrük və sərhəd yoxlanışı prosedurları Rusiyanın nəzarətində olacaq.

Belə görünür ki,2020-ci il 10 noyabr üçtərəfli razılaşmanın bir güllə ilə iki quş vuranı,qazanclı çıxanı büsbütün Rusiyadır.
Qərbin iqtisadi sanksiyalarının girdabındakı Kremlə Yaxın Şərqə alternativ çıxış imkanı(Şimal-Cənub dəhlizi)həm də Cənubi Qafqazla mümkün olacaq.
Ən acınacaqlısı isə budur ki,Zəngəzur dəhlizi(koridor)yerinə “regional kommunikasiya xətti”termini daha çox istifadə olunur.

Digər tərəfdən,S.Lavrov deyir ki,nəqliyyat xəttləri çəkilərkən “sadələşdirilmiş”rejimdən istifadə olunacaq.Nazir “sadələşdirilmiş rejim”deyərkən,nəyi nəzərdə tutdugunu deməyib.Bu,nədirsə,inanmıram ki,azərbaycanlılara faydası toxunsun.

Görünən budur ki,Rusiya özünün “Cənub strategiyası”geosiyasi fəlsəfəsində Ermənistanı və “Artsaxı”itirmək istəmir.
Hətta o da mümkündür ki,Rusiya günlərin birində Qərblə barışıb yenidən ATƏT-in Minsk Qrupunu canlandıracaq.

Cənubi Qafqazda “erməni kartı”elə bir yaglı tikədir ki,Qərbi də,Rusiyası da,hətta İranı da ondan əsla vaz keçmək istəmir…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir