KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya yenə də Azərbaycan və Türkiyəyə qarşı ikiüzlülük edir

Kamal Aliyev: Rusiya yenə də Azərbaycan və Türkiyəyə qarşı ikiüzlülük edir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
392 1

-Ermənistanın baş prokuroru Artur Davtyan növbəti dəfə “sülhməramlı”rus hərbçilərinin müvəqqəti yerləşdiyi Xankəndiyə gəlib və separatçıların lideri Arayik Arutyunyanla görüşüb.Bu,artıq Davtyanın 2020-ci il 10 noyabrından sonra qanunsuz olaraq Azərbaycan ərazisinə üçüncü gəlişidir.

Təsəvvür edin,44 günlük müharibədən sonra erməni baş nazir Nikol Paşinyan və onun hökumət nümayəndələri bir dəfə də olsun Laçın dəhlizindən keçərək Xankəndiyə gəlməyib,ancaq A.Davtyan Azərbaycan ərazisini az qala su yoluna döndərib.

Rusiyanın patronajlıq etdiyi KTMT-nin baş katibi Stanislav Zas isə Yerevanda deyib ki,Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyində vacib rol oynayır.Gördüyünüz kimi,Kreml yenə də öz imperial xislətinə uygun olaraq Azərbaycana qarşı ikiüzlü,qeyri-səmimi və ləyaqətsizlik sərgiləyir.
Əlbəttə,Kreml Qarabagdakı separatçıları öz geosiyasi maraqlarının vintçiyinə çevirib.
Bu,bizə əsrlərdir məlumun elanıdır.

-Bu gün Rusiyanın baş diplomatı Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoglu ilə görüşündə deyir ki,onlar Ankaranın Suriyanın şimalındakı terror həssaslıgını başa düşürlər.Ancaq reallıqda Rusiya ikili oynayır.
Hərçənd,2019-cu ildə Soçi razılaşmasına görə,PKK/YPG Mənbiç və Təl-Rıfatdan çəkilməli və Türkiyə-Suriya sərhədi boyunca 30 km təhlükəsizlik zolagı yaradılmalı idi.Soçi razılaşması,Astana prosesnə baxmayaraq,Rusiya hələ də dediklərinə əməl etmir.Və yaxud əməl etmək istəmir.
İndi növbəti Astana zirvəsi(Türkiyə,Rusiya,İran) 15-17 iyun tarixlərində Nursultanda keçiriləcək.
Yəqin əməliyyat Nursultan görüşündən sonra baş verəcək.

Belə ki, bu gün Rusiyanın ingilisdilli RT(Russian Times)kanalı PKK/YPG-nin Suriyadakı rəhbəri Fərhad Abdi Şahini(Məzlum Kobani)efirə çıxarıb onu Türkiyə əleyhinə danışdırdı.Ələbaşı Fərhad Abdi deyirdi ki,Ankara Suriyanın şimalında əməliyyat keçirməməlidir.

Beləliklə,rus dövləti öz geosiyasi,geostrateji maraqları naminə,lazım gələndə,separatçı,separatçı olmayan ermənilərdən də,kürdlərdən də istifadə edir.

Rusiyaya inanmaq,etimad bəsləmək özünü aldatmaqdan savayı bir şey deyil.
Azərbaycanın və Türkiyənin işi çox çətindir.
Amcaq bacarmalıyıq,başqa yolumuz yoxdur.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

1 Yorum

  1. Emre Yılmaz - -

    Aynen. Öyle ya bu konuya katılıyorum. Kesinlikle öyle rusya gerçekten.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir