KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Rusiya və İran arasındakı nəqliyyat strategiyasında Azərbaycanın rolu nədir?

Kamal Aliyev: Rusiya və İran arasındakı nəqliyyat strategiyasında Azərbaycanın rolu nədir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
166 0

 

Beləliklə,Rusiya və İran arasında nəqliyyat(həm də enerji)sektorunda əməkdaşlıq sazişinə imza atıldı.Söhbət 170 km uzunlugu olan Rəşt-Astara dəmiryolu xəttinin inşasından gedir.
Əlbəttə ki,adı çəkilən layihı Şimal-Cənub dəhlizinin tərkib elementidir və hər iki istiqamətdə realizə ediləcək.Bundan əlavə,məlum strateji dəmiryol xəttinin Astara(Azərbaycan),Astara(İran)hissəsi üç ölkənin-Azərbaycan,Rusiya vı İranın maçiyyə dəstəyi ilə tikiləcək.Digər hissəsinin isə maliyyə xərclərini Rusiya və İran öz üzərinə götürüb.
Onu da nəzərə alaq ki,Azərbaycanın bu proyektdən müəyyən üstünlüklər əldə edəcək.Belə ki,Avropaya daşınacaq mallar Azərbaycanın üzərindən,digər məhsullar isə İrandan Azərbaycanı keçməklə Rusiyaya daşınacaq.
Rəşt-Astara dəmiryolu layihəsinin strateji əhəmiyyəti budur ki,Qərbin ciddi iqtisadi sanksiyalar altında olan Rusiya və İran n əıfəslik əldə edirlər.Bu səbəbdəndir ki,Kreml bu layihəni “nəqliyyatda inqilab”kimi elan edir.Ancaq bir məqamı da unutmayaq ki,Azərbaycan və İran arasındakı münasibətlər hələ ki,gərgin olaraq qalır.Azərbaycanda hələ də İran baglı şəbəkəyə qarşı əməliyyatlar keçirilir.Buna rəgmən,həm Bakı,həm də Tehran strateji layihələri reallaşdırmaqda tərəddütlü görünmürlər.
Hətta zənn etmək olar ki,bir müddət sonra Bakı-Tehran münasibətlərində yumuşalma olacaq.Şübhəsiz ki,Bakı-Tehran münasibətlərindəki gərginlik Moskvanı da narahat edir.Üstəlik,Rusiya İranın Cənubi Qafqazda daha da güclənməsindən məmnun deyil.Rusiyaya görə,Cənubi Qafqaz onun hinterlandıdır və İranın bölgədə nüfuzu Moskvanın müəyyən etdiyi konfiqurasiyadan kınara çıxmamalıdır.
Təbii ki,İrandakı teokratik rejim Rusiyanın Ukraynadakı işgalında belə demək mümkünsə tərəfdir,onu silah-sürsatla təmin edir.Lakin bu,o demək deyil ki,Rusiya İranın Azərbaycanda daxil olmaqla,Cənubi Qafqazda söz sahibi olmasına göz yumacaq.Bu,qətiyyən mümkün deyil.
Digər tərəfdən,Rusiya dərk edir ki,Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması onun geopolitik maraqları Azərbaycanla əməkdaşlıgı labüd edir.Bununla yanaşı,Şimal-Cənub nəqliyyat dəhlizi əslində geostrateji bir mesaj mahiyyəti daşıyır.Moskva bunu dərk edir və onun da fərqindədir ki,Bakı-Tehran münasibətlərini normallaşdırmaq artıq onun üçün mütləqdir.
Mümkündür ki,yaxın aylarda Azərbaycan,İran və Rusiya arasında məsləhətləşmələr başlansın.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir