KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Rusiya və Ukraynanın arasında qalan Türkiyə

Kamal Aliyev: Rusiya və Ukraynanın arasında qalan Türkiyə

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
343 0

Belə ki,yaxın tarixdə konkret olaraq ABŞ Ukraynanı NATO-ya üzv qəbul edilməsinə razılıq verərsə,birmənalı olaraq demək olar ki,Rusiya hətta 1 gündən də az bir vaxtda bu ölkəni işgal edəcək.Əlbəttə,mən Ukrayna ordusunu zəif və ruslara müqavimət göstərməyəcəyinin istisna etmirəm.Ancaq reallıq budur ki,nəinki Ukrayna ordusu,hal-hazırda NATO Avropadakı komandanlıgının ruslarla başa çıxacagı mümkün deyil.

Ukraynanın ən yaxın müttəfiqlərindən biri Türkiyədir.İki ölkə arasında hərbi texnologiya sahəsində inkişaf var.Bundan əlavə,Ukrayna bir müddətdir ki,Donbasda Türkiyə istehsalı “Bayrakdar-TB 2″PUA-lardan istifadə edir.
Şübhəsiz,bu,Rusiya prezidenti Putini narahat edir və o,bunu Türkiyə prezidenti Ərdogana da çatdırıb.
Üstəlik,hazırda NATO Birləşmiş Yüksək Hazırlıq Qüvvələrinə(BYHQ)komandanlıq edir.Bu,o deməkdir ki,sabah Donbasda Ukrayna və Rusiya arasında hər hansı eskalasiya baş verərsə,ərazidə məhz BYHQ-yə tabe olan qüvvələr əməlliyatlara başlayacaq.

Gəldiyim qənaət bundan ibarətdir ki,Ukrayna və Rusiya arasında müharibə başlayarsa,Türkiyə rəsmi Kiyevi müdafiə edəcək.Ona görə ki,Türkiyə NATO-nun üzvüdür və Ankaranın rəsmi Kiyevlə strateji müttəfiqliyi yüksək səviyyədədir.Hətta rəsmi Ankara Rusiyadan gələn turistlərdən qazandıgı milyardları itirməyi də gözə ala bilər.Bəli,Türkiyə Ukraynaya görə bu gün arası soyuq olan ABŞ ilə eyni mövqedən çıxış edə bilər,ancaq Ərdoganın da rəsmi Vaşinqton qarşısında tələbləri var..

1-Suriyanın şimalında kürd yaraqlılarına(YPG)verdiyi hərbi,siyasi və logistik dəstəyi kəsəcək.
2-Rusiyadan indiyə qədər aldıgı S-400 HHM sistemlərinə görə Türkiyəyə verməli oldugu F-35 qırıcı təyyarələrini Ankaraya təslim edəcək.
3-Yunanıstanı silahlandırmaqdan vaz keçəcək,Ədirnənin qarşısındakı(ABŞ hərbçiləri) Dədəagacdakı hərbi qüvvələr geri çəkəcək.
4-Türkiyənin milli valyutası TL üzərində manipulyasiyalara son qoyacaq.
5-Türkiyənin Efiopiyaya PUA satışına problem çıxarmayacaq və Liviyada 20 il ABŞ-ın Arizona ştatında bəsləyib indi BMT tərəfindən tanınan Liviya hökumətinə qarşı ustifadə etdiyi Xəlifə Xəftərə dəstəyini kəsəcək.

Əlbəttə,Türkiyənin tələbləri ABŞ üçün heç də asan deyil.Və bunu şübhəsiz ki,Rusiya da bilir.Rəsmi kremlinin ehtimal olunan Rusiya-Ukrayna hərbi qarşıdurmasında arzulayacagı Türkiyənin “neytral”mövqe sərgiləməsidir.Əgər Moskva Ankaranın neytallıgına əmin olsa,bunu özü üçün mühüm “strateji qazanc”kimi qəbul edəcək.

Digər tərəfdən,Türkiyə dövləti Rusiyanın milli maraqlarını qorumaqda zəifliyini görərək,Mərkəzi Asiyada və Cənubi Qafqazda nüfuzunu artırır.Bu səbəbdən,Türk Dövlətləri Təşkilatının yaradılması və bu qrumun gələcəkdə hərbi alyansa çevrilməsi də gündəmdədir.Görünən odur ki,Rusiya gələcəkdə TDT-nin hərbi ittifaqa çevrilməsini əngəlləyəcək.

Rusiya və Ukrayna arasında hərbi eskalasiyasiyasının nəticəsində qərb böyük ehtimalla Rusiyaya qarşı ciddi sanksiyalardan daha çox “qınama”ilə vəziyyəti yola verəcək.Biz buna “ciddi qınama”da deyə bilərik.
Qərbin Rusiyanı beynəlxalq banklarası sistem olan SWİFT -dən çıxaracagına inanıram.
Bu gün kontinental Avropa öz enerji ehtiyacının 35%-ni Rusiyadan tədarük edir.Yəni,avropalılar Rusiyadan aldıgı təbii qazın pulunu təyaarəyə yerləşdirib Moskvaya göndərməyəcəklər.
Dogrudur,qərb Rusiya təbii qazından imtina edə bilər.Lakin bunun üçün qərbə 4-5 il vaxt lazımdır.Həm də hazırda dünya birjalarında təbii qazın minkubmetrinin qiyməti 2000 dolları ötüb.

Üstəlik,qərb Rusiya təbii qazından imtina etsə belə,Çin rəsmi Moskva üçün alternativ bazardır.Ancaq Putin də başa düşür ki,təbii qazı ancaq Çinə satmaq həm də bu dövlətdən asılılıqdır.Rusiya öz təbii qazını satmaq üçün alternativ bazarlar tapmaq məcburiyyətindədir.

Hazırda Rusiyanın əsas məqsədi Almaniyaya “Şimal Axını-2 layihısi ilə satacagı təbii qazın rəsmi Berlin tərəfindən qısa müddətdə sertifikatlaşdırılmasıdır.Əslində,Ukrayna məsələsinin dərin qatında yerləşən məsələlərdən biri də elə budur.Putunin təzyiqi…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir