KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Rusiya və Ermənistan ATƏT-in Minsk Qrupunu dirçəldirlər

Kamal Aliyev: Rusiya və Ermənistan ATƏT-in Minsk Qrupunu dirçəldirlər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
338 0

Son günlər Daglıq Qarabag münaqişəsinin həlli istiqamətində(yekun statusu nəzərdə tuturam)yenidən ATƏT-in Minsk Qrupunun fəaliyyəti gündəmə gətirilir.
Halbuki,Azərbaycan hökuməti 44 günlük ikinci Qarabag müharibəsindən sonra ATƏT-in Minsk Qrupuna ehtiyac qalmadıgını,münaqişənin həll olundugunu,statusun gorbagor oldugunu istisna edirdi.

Dünən isə eyni gündə həm, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan,həm də Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova ATƏT-in Minsk Qrupu haqqında açıqlama verdilər.
A.Qriqoryana görə,beynəlxalq ictimaiyyət Daglıq Qarabag probleminin həll olunmadıgını qəbul edir və bu səbəbdən də Minsk Qrupunun regiona səfəri baş tuta bilər.

Müharibə bitəndən bəzi siyasətçilər,politoloqlar belə hesab edirdilər ki,Cənubi Qafqazda yaranan yeni geopolitik reallıqlar ATƏT-in Minsk Qrupuna ehtiyac qalmadıgını göstərir.Ancaq əslində məsələ heç də belə deyildi.
Daha dogrusu,Ermənistan Minsk Qrupunun fəaliyyətində daha maraqlı və daha aktivdir.

Bu gün N.Paşinyan hökuməti Daglıq Qarabagın yekun statusunun müəyyən edilməsini ATƏT-in Minsk Qrupu çərçivəsində görür.Azərbaycan tərəfi isə Minsk Qrupunun fəaliyyətini Daglıq Qarabagda sadəcə humanitar problemlərin çərçivəsində görür.

Gördüyünüz kimi,Ermənistan hər vəchlə və israrla ATƏT-in Minsk Qrupunu siyasi müstəviyə çəkməyə səy göstərir.
Şübhəsiz ki,Minsk Qrupunu ilə bu qədər flört etməsinin səbəbləri həm məlum formatın tərkibindək iki ölkədən(ABŞ və Fransa)daha çox umacagının olması,ikincisi isə,N.Paşinyanın iqtidarının ömrünü bir az da uzatmaq istəməsindən irəli gələn və daxili auditoriyaya hesablanan siyası gedişdir.

İkinci Qarabag müharibəsindən sonra erməni cəmiyyətinin ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olan Rusiyaya inamı xeyli sarsılıb.
Əvəzində,ermənilər Fransa və ABŞ-ı özlərinə Cənubi Qafqazdakı mövcudiyyətlərinə görə “xilaskar”obrazında görürlər.
Lakin həqiqət budur ki,Cənubi Qafqaz həm Fransaya,həm də ABŞ-uzaqdır və bu regionda Rusiyanın odununun üstünə heç kim ip yıgmaq iqtidarında deyil.

İkincisi,ATƏT-in Minsk Qrupunda ABŞ və Fransanın iştirakı 1997-ci ilin 1 yanvarından sonra mümkün olub.
Yəni,1994-cü ilin ATƏT(o vaxt ATƏM idi)-in Budapeşt Zirvə toplantısından sonrakı üç il ərzində Minsk Qrupunda iki həmsədr dövlət olub.Bunlar əvvəlcə Rusiya-Finlandiya,1995-1996-cı illərdə isə Rusiya-İsveç olub.Şəxsənə mənə görə,ATƏT-in Minsk Qrupunda yuxarıdakı formatlar nisbətən daha proqressiv ola bilərdi.Və yaxud Türkiyə ATƏT-in Minsk Qrupunda 11 üzv dövlətdən biri kimi həmsədrlərdən biri ola bilərdi.

Bir maraqlı punkt da budur ki,Yerevan ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə sərhədlərin delimitasiya və demarkasiya məsələsini də eyni səbətin içinə qoyur.Bu,tamamilə absurd və anlaşılmaz yanaşmadır.
Çünki,sərhədlərin delimitasiya və demarkasiyası məsələləri Azərbaycan,Rusiya və Ermənistan tərəfindən yaradılmış işçi qrupunun mandatı daxilindədir.
Və guman edirəm ki,delimitasiya və demarkasiya mövzusunda Rusiya Ermənistanla eyni mövqeni nümayiş etdirməyəcək.

Əl-Qərəz,Ermənistan delimitasiya və demarkasiya məsələlərinə Fransanı və ABŞ-daxil etməklə prosesi sarvatlamaq istəyir.
Ancaq bu,beyhudə və ənənəvi erməni bicliyidir.

Bundan başqa,Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bəyan edib ki,ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etmək istəyirlər,Azərbaycan və Ermənistan buna münasibətlərini açıqlamalıdırlar.

Kreml onun fərqindədir ki,Azərbaycan ümumiyyətlə indiki dövrdə Minsk Qrupunun fəaliyyətini isti yanaşmır və ya tərəddüdləri var.
Lakin M.Zaxarova Ermənistandan fərqli olaraq,Minsk Qrupunun fəaliyyətində “humanitar”kəliməsindən istifadə etdi.
Təsəvvür edin,həm Rusiya,həm də Ermənistan ATƏT-in Minsk Qrupunun dirçəldilməsində maraqlı olsalar da,hər ikisinin strategiyası fərqlidir.

Zənnimcə,Rusiya vaxtaşırı ATƏT-in Minsk Qrupunun fəaliyyətini gündəmə gətirməklə,rəsmi Bakıya təzyiq edir.Yəni,Rusiya bacardıqca Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyir və deyir ki,mənim istəyimə qarşı çıxsan,o zaman ABŞ və Fransanı yenidən prosesə qoşaram.
Rusiya bilir ki,Azərbaycan və Fransa arasında münasibətlər son vaxtlar daha da gərginləşib.Mən Rusiyanın Azərbaycana bu təzyiqini “aba altından sopa göstərmək”kimi görürəm.

Bəs,Rusiyanın Azərbaycandan güzəşt və yaxud güzəştləri nə ola bilər?
Çox sadə:Rusiya istəyir ki,Yuxarı Qarabagdakı rus “sülhməramlılar”2025-ci ildən sonra da ərazidə qalsınlar-hətta qeyri-müəyyən müddətə.
Kremlin Azərbaycan tələb etdiyi bir güzəşt də bu,ola bilər ki,”Laçın dəhlizi”söhbətlərini birdəfəlik qapasın.Çünki,Əliyev yerli jurnalistlərə verdiyi son müsahibədə Laçın dəhlizi məsələsində öz kəskin narazılıgını bildirmişdi.M.Zaxarova dünən onu da dedi ki,Laçın dəhlizi üzərində məsuliyyət Rusiyaya məxsusur.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir