KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya Ukraynaya müdaxilə ərəfəsində Aİ-ni prosesdən kənarlaşdırır

Kamal Aliyev: Rusiya Ukraynaya müdaxilə ərəfəsində Aİ-ni prosesdən kənarlaşdırır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
473 0

Belə düşünmək olar ki,Rusiya bu qış,daha dogrusu,yaz mövsümünə qədər Ukrayna məsələsini güc yulu ilə “həll etmək”əzmindədir.
Bu gün Avropada qazın qiyməti ticarət sessiyasının min kubmetr üçün 2.100 dollardan çox bahalaşıb.
Belə ki,gün ərzində London “İCE Futures”birjasındakı hərracda TTF qovşagında yanvanvar fyuçerslərinin qiyməti min kubmetr üçün 2.100 ABŞ dolları səviyyəsindədir.
Üstəlik,Putin son iki həftə də Avropaya satdıgı qazın həcmini azaldıb.

Görünür,V.Putin Ukraynaya müdaxilə ərəfəsində Avropa İttifaqını neytrallaşdırmaq istəyir.Eyni zamanda, Ukrayna ilə baglı şərtlərini(əslində ultimatum)Rusiya Avropadan çox ABŞ-ə ünvanlayır.

Maraqlıdır,Putin həm də onu tələb edir ki,NATO Ukrayna ilə yanaşı Gürcüstan və Moldovanı da aliyansa heç vaxt üzv qəbul etməyəcəyinə zəmanət verməlidir.
Üstəgəl,Şimali Atlantika Müqaviləsi Təşkilatı Cənubi Qafqazda və Mərkəzi Asiyadakı əməkdaşlıq formatlarından imtina etməlidir.

Rusiyanın avtoritar lideri hesab edir ki,Ukraynanın NATO-ya üzvlüyü gələcəkdə başqa postsovet respublikalarının da bu qərb təşkilatına inteqrasiyası ilə nəticələnə bilər.

Putin açıq-aydın Avropa İttifaqı ilə müzakirədən qaçır və düşünür ki,Ukrayna böhranını sadəcə Vaşinqtonla həll edə bilər.
V.Putin məlum “Normandiya Platformu”yerinə ABŞ-ilə birbaşa müzakirəyə üstünlük verir və 2 şərt irəli sürür…

1-Donets və Luqansk separatçı respublikalarına Kosova modelində oldugu ki,müstəqillik haqqı tanımaq.

2-Hər iki separatçı respublikaya geniş müxtariyyət vermək.Bu,separatçı rejimlərin yerli özünüidarəetmə və təhlükəsizlik qüvvələrini yaratma hüququdur.

Ukrayna prezidenti V.Zelenski hər iki şərti qətiyyətlə rədd edir.Demək mümkünsə,hətta ikinci şərt də gələcəkdə Ukraynanın parçalanmasına rəvac verir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir