KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya Ukraynanın daxili işlər nazirinə qarşı niyə sui-qəsd törətdi?

Kamal Aliyev: Rusiya Ukraynanın daxili işlər nazirinə qarşı niyə sui-qəsd törətdi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
246 0

Bu gün Kiyev vilayətində içində Ukraynanın daxili işlər naziri Deniz Monastriski,onun müavini Yevgeni Yeninin də daxil oldugu helikopter Brovari qəsəb əısi üzərində uçarkən uşaq bagçasının binasına çırpılaraq qəzaya ugrayıb.Qəza nəticəsində 10 azyaşlı olmaqla 20 nəfər həlak olub.Adət əın bu sayaq qəzalarda hava şəraitinin pis olması və yaxud sabotaj ehtimalları gündəmə gəlir.Ancaq biz nəzərə almalıyıq ki,hazırda Rusiya-Ukrayna müharibəsi özünün ən dəhşətli mərhələsinə qədəm qoyub və mümkündür ki,bu son hadisə Rusiyanın Zelenskinin ətrafına qarşı növbəti sui-qəsdidir.Yəni,Putin rejimi müharibə meydanında psixoloji üstünlüyə yiyələnmək üçün Ukraynanın hakimiyyət eşalonunda təmsil olunanlara qarşı sui-qəsdlər də daxil olmaqla digər sabotaj addımları da nəzərdən keçirir.Rusiya dpvlət başçısı Vladimir Putin bu gün birdaha bəyan etdi ki,onlar Ukraynadakı “neonasist”rejimə,nasist Almaniyasının lideri Adolf Hitlerlə əməkdaşlıq edən Stepan Banderanın tərəfdarlarına qarşı mübarizə aparırlar.Əslində,müharibənin əvvəlindən Putin rejimi Ukraynadakı qanlı müharibəyə,dövlət terroruna haqq qazandırmaq üçün vaxtaşırı “neonasist”kəlməsindən istifadə edirdi.Lakin kreml çox yaxşı dərk edir ki,Ukrayna xalqının vətəni ugrunda apardıgı müharibəni bu formada ləkələmək qeyri-mümkündür.Üstəlil,Rusiyanın “neonasist”kartı beynəlxalq ictimaiyyətdə də etibar görmədi.

Konkret bu gün baş verən helikopter qəzasına gəlincə,çox şeyə ilkin təhqiqatdan sonra aydınlıq gətiriləcək.Amma Ukraynanın daxili işlər naziri və onun müavininə qarşı həyata keçirilən bu hadisə işin içində Rusiya Xüsusi Xidmət Orqanlarının əlinin oldugu yönündə ciddi şübhələr var.Rusiya iqtidarı müharibənin əvvəlindən Ukrayna prezidenti Volodimir Zelenkiyə qarşı bir neçə sui-qəsd planını həyata keçirsə də,ugursuzluga düçar oldu.Daha sonra müharibə meydanında ardıcıl h əırbi məglubiyyətlər Putin başda olmaqla müdafiə naziri Sergey Şoyqu,Baş Qərərgah rəisi Valeri Gerasimovu məyus etdi.Indi gprünən budur ki,ruslar Ukrayna hökumətinin yüksək çinli məmurlarına qarşı terror hücumlarına start veriblər.Demək mümkündür ki,dövlət xadimlərinə qarşı terror,sui-qəsdlər olduqca təhlükəli tendensiyadır və bu proses müharibənin daha da agır mərhələyinə keçəcəyinə,hətta növbəti mərhələdə Ukraynanın Qərbdəki müttəfiqlərinə qarşı da sabotajlara rəvac verə bilər.
Ötən dəfə də yazdıgım kimi,Ukrayna müharibəsinin alovlanması prosesin nəticədə Rusiya və NATO arasında böyük konfrantasiyaya da çevriləcəyinə stimul verə bilər.Mümkündür ki,Rusiya-NATO eskalasiyası Ukraynadan savayı Polşa və Baltikyanı ölkələrə də sıçrasın.İndi biz Rusiya-Ukrayna müharibəsi kontekstində daha qanlı mərhələyə keçidin astanasındayıq.Digər tərəfdən,Rusiyanın müdafiə naziri,ordu generalı Sergey Şoyqu ordunun sayının 1,5 milyona çıxarılacagını elan edir.Görünür,Rusiya NATO ilə böyük müharibəni gözə alıb.

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir