-
Rusiya Ukraynada hakimiyyət dəyişikliyi emək istəyir?
Dünən Böyük Britaniyanın Xarici İşlər Nazirliyi(Foreign Office)yaydıgı məlumatda belə deyilirdi ki,Rusiya prezidenti Vladimir Putin Ukraynada hakimiyyət dəyişikliyi edib Volodomir Zelenskini Yevgeni Murayevlə əvəz etmək istəyir.
İngilislər bu xəbəri yayarkən “kəşfiyyat”məlumatlarına əsaslandıqlarını bildirirlər.
Yadınızdadırsa,ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ-ın dövlət katibi Entoni Blinken də demişdi ki,Rusiya Ukraynada mövcud iqtidarı devirmək istəyir.
Lakin ingilislərdən fərqli olaraq amerikalılar Moskvanın V.Zelensini kimlə əvəz edəcəyini və ya etmək istədiyini deməmişdi.
Təbii ki,Rusiya tərəfi bu iddianı növbəti anqlosakson “dezinformasiyası”adlandırıb.
Belə ki,İngiltərə iddia edir ki,Zelenskini əvəz edəcək potensial namizəd Yevgeni Murayevdir.
Y.Murayevin Naşi partiyası 2019-cu ildə Ukrayna Ali Radasına keçirilən seçkilərdə 5%-dən də aşagı səs toplamışdı.Yəni,Yevgeni Murayev son parlament seçkilərinin nəticələrinə görə deputat seçilə bilməmişdi.
Murayevin “Naş”kanalı həmişə rusyönümlü informasiya siyasəti aparır.
Açıgı,Ukrayna daxilində V.Putinə yaxın siyasətçi Medvedçukdur.Çünki,Medvedçuk həm Ukraynada ana müxalifətin lideridir,həm də geniş maliyyə resurslarına malik oliqarxdır.Hazırda Medvedçuk ev həbsinə məhkum edilib.
Rusiyanın Yevgeni Murayevdən başqa “namizədləri”də var.Bunlar Mikola Azarov,Sergey Arbuzov,Andrey Klyuev və Volodomir Sivkoviçdir.
M.Azarov 2014-cü ildə xalq inqilabı nəticəsində hakimiyyətdən devrilən və Moskvaya qaçan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vaxtında baş nazir olub.
Putinin başqa kukla namizədi də Volodomir Sivkoviçdir.Sivkoviç Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədrinin müavini olub və o,bu həftə Rusiya kəşfiyyatına işləməkdə təqsirli bilinərək ABŞ tərəfindən qara siyahıya salınıb.
Bundan başqa,Putinin Ukrayna iqtidarı üçün nəzərdə tutdugu digər “kukla” namizədlər olan Arbuzov və Klyuyev V.Yanukoviçin vaxtında baş nazirin müavinləri olublar.
Ümumiyyətlə,bu sayaq xəbərləri eşidərkən belə insan dəhşətə düşür.Necə ola bilər ki,Ukrayna xalqının etimad göstərib seçdiyi birini dünyanın gözü önündə devirib başqa bir kukla fiqurla əvəz edəsən…
Kremlin bu əməli indiki dövrdə beynəlxalq hüquqa tüpürməkdir,xalqlarının seçiminə qarşı böyük hörmətsizlikdir.Sanki Ukrayna Rusiyanın bir vilayətidir və Putin ora öz canişinini təyin edir.Bu,iddia belə olsa,insanı dəhşətə düşürür.
Rusiya 2014-cü ildə Krımı işgal etdi və bu hadisədən bir neçə həftə sonra Ukraynanın şimalında separatçıları mərkəzi hökumətin üzərinə qaldırdı.Nəticədə indiyəcən 13 mindən çox insan Rusiyanın birbaşa və ya dolayı yola Ukraynaya müdaxiləsinin qurbanı oldu.Rusiya bu gün suveren Ukraynanın ərazisinin 15%-nə nəzarət edir.
V.Putin bununla kifayətlənməyib indi də Ukraynanı tam işgal etmək fikirindədir və bu ölkəyə öz canişinini təyin etmək istəyir.
Kamal Aliyev Kafkassam