KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya Ukraynada “dövlət çevrilişi”planlayır? Zelenskini Kirilo Budanov əvəz edəcək?

Kamal Aliyev: Rusiya Ukraynada “dövlət çevrilişi”planlayır? Zelenskini Kirilo Budanov əvəz edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
128 0

Ötən gün Ukrayna prezidenti Volodimir Zelenskinin bir cümləsi diqqətimi çəkdi.Zelenskinin dediyinə görə,Rusiyanın Ukraynada “dövlət çevrilişi”etmək planı var və Moskva bunun üçün cəmiyyətdə xaos yaratmaq istəyir.Nəzərə alsaq ki,cınab Zelenski Ukraynanın prezidentidir və əlbəttə ki,ciddi qəbul olunmalıdır.Prezidentin fikirlərindən belə çıxır ki,Kreml Ukraynada “Maydan-3″əməliyyatı hazırlayıb.
Yeri gəlmişkən,2004-cü ilin noyabrın 22-də Kiyevin məşhur Maydan meydanında başlayan kütləvi etirazlar 2005- ci ilin 23 yanvarına qədər davam etmişdi və nəticədə prezident seçkilərinin ikinci turunda “qalib”elan edilmiş Rusiyanın adamı Viktor Yanukoviç istefa verməyə məcbur olmuşdu.O zaman Viktor Yuşşenko Ukraynanın prezidenti seçilmişdi.
İkinci Maydan hərakatı isə(Avromaydan)2013-cü ilin noyabrın 10-da yenə də Rusiyanın “adamı” Viktor Yanukoviçə qarşı başladı.Belə ki,Yanikoviç o vaxt Avropa İttifaqı ilə assosiasiya razılaşmasını imzalamaqdan imtina etmişdi.
İndi Zelenskinin söylədiklərini təhlil etsək belə bir qənaətə gəlmək olar ki,təhlükə olduqca ciddidir.Əvvala ona görə ki,son vaxtlar Qərbin Kiyevə hərbi dəstəyinin həcmində azalma var və üstəlik,Ukrayna ordusunun əks hücum strategiyası arzulanan effekti vermədi.Hətta cəbhədə son həftələr ərzində geriləmələr müşahidə olunur.Ən kritik detal isə bundan ibarətdir ki,Zelenski və ordu generalları arasında ciddi narazılıqlar var.Bu baş verənləri Qərb mediası bir müddətdir ki,davamlı olaraq tirajlayır.Son dövrdə hətta bəzi yüksək çinli hərbçilər vəzifələrindən azad ediliblər.
Mümkündür ki,prezident Zelenski hərbi elitanın daxilində bəzi personaların ona qarşı “dövlət çevrilişi”etmək cəhdlərindən duyuq düşübş
Digər tərəfdən,o da mümkündür ki,Zelenski indiki məqamda bu sayaq açıqlamalar verməklə,əslində siyasi və hərbi elita arasında konsolodasoya oldugunu bəyan etmək istəyir.Çünki Ukraynaya qarşı Rusiyanın hərbi təcavüzü davam edir və şübhəsiz ki,bu mərhələdə mərkəzdənqaçma meyillərinə qətiyyən yol vermək olmaz.
Bu kontekstdə bəzi generalların Zelenki ilə ciddi fikir ayrılıqları yaşadıgı və onların Rusiya ilə atəşkəs anlaşması imzalamaq istədiyi də deyilir.Bilinən bir həqiqət var ki,Zelenski və ordu generalı,Ukrayna SQ-nin rəhbəri Valeri Zalujnı arasında problemlər var.Yeri gəlmişkən,Zalujnının Ukrayna cəmiyyətində yüksək populyarlıgı var,baxmayaraq ki,o,hələ ki,ortaya siyasi iddia qoymayıb.
Bununla yanaşı,Ukrayna Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanovun Volodimir Zelenskinin yerinə keçə biləcəyi haqqında Qərb mediasında xəbərlər çıxır.Maraqlıdır,Kirilo Budanov “dövlət çevrilişi”edərəkmi iqtidarı ələ keçirəcək,bir plan çərçivəsində Qərb Zelenskinin yerinə ona etimad edəcək?
Kirilo Budanovun fəaliyyətinə nəzər salsaq,onun Moskva ilə hər hansı əlaqələrinin görmək mümkün deyil.O zaman Zelenskinin “dövlət çevrilişi”söhbəti bir az müəmmalı görünür.Lakin Ukraynada hakimiyyət dəyişikliyinin baş verəcəyi istisna olunmamalıdır.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir