KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya-Ukrayna müharibəsini “15 maddəlik”plan çözərmi?

Kamal Aliyev: Rusiya-Ukrayna müharibəsini “15 maddəlik”plan çözərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
319 0

Artıq Rusiyanın Ukraynaya qarşı apardıgı amansız müharibənin 22-ci günündəyik.Baxmayaraq ki,indiyə qədər tərəflər arasında 5 görüş və Antaliyada xarici işlər nazirləri S.Lavrov və D.Kuleba arasında görüş də baş tutub,hələ də nəticə yoxdur.
Əslində,nəticə var.Bu,nəticəsizliydir və müharibənin daha da dərinləşməsi və faktiki olaraq humanitar fəlakətin yaşanmasıdır.

Beləliklə,Böyük Britaniyanın “Fayneyşl Taymz”qəzetinin yazdıgına görə,Rusiya və Ukrayna arasındakı müharibəni sonlandıracaq 15 maddəlik “müvəqqəti sülh”planı ətrafında razılıq əldə olunub.
Yeri gəlmişkən,ötən həftənin çərşənbə günü Rusiya prezidenti V.Putinin sözcüsü D.Peskov Ukrayna üçün Avstriya və İsveç kimi “neytral dövlət”modelinin mümkünlüyünü bəyan etmişdi.Deməli,İsveç və Avstriya Aİ-nin üzvləri olsalar da,NATO-da təmsil olunmurlar.
Maraqlıdır ki,ruslar “Finlandizasiya”modelinin üzərində dayanmırlar.Halbuki,Finlandiya 1995-ci ildən Avropa İttifaqının üzvü olsa da hələ ki,NATO-ya üzvlük üçün müraciət etməyib.

Nədir “15 maddəlik”həll paketinin mahiyyəti?

Belə ki, www.ft.com-dan oxudugum məqalədən belə anladım ki,əgər bu planı tərəflər qəbul etsə,rəsmi Kiyev tərəfsizliyini elan edəcək və silahlı qüvvələri haqqında müəyyən məhdudiyyətləri qəbul edəcək.Açıgı,ikinci maddə Rusiyanın əvvəldən də tələb etdiyi “demilitirizasiya”(silahsızlanma)inadıdır.Ancaq məlum 15 punktda Kremlin hələ də üzərində durdugu “denasifikasiya”(millətçilərdən təmizlənmə)yoxdur.Üstəlik,Ukraynada iqtidar dəyişikliyi də sənəddə əks olunmayıb.

Bu “15 maddəlik”sənədin mahiyyəti ondan ibarətdir ki,Ukrayna NATO-ya üzvlükdən vaz keçir,ABŞ,Böyük Britaniya və Türkiyə kimi dövlətlər hər hansı “zəmanət”tərəflər kimi qəbul edilmir və bu ölkədə heç bir ölkənin hərbi bazası qurulmur.Hərçənd,Ukrayna bir müddət əvvəl ABŞ və Türkiyəni “zamanət”ölkələr olmasını tələb etmişdi.

Lakin hər hansı razılaşmanı qarşısında duran ən böyük maneə 2014-cü ildə Krımın anneksiyası və Donbasın bir hissəsinin Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən işgal edilməsidir.Yəni,”15 maddəlik”sənəddə işgal olunmuş ərazilərin statusu haqqında məlumat yoxdur.

Ukrayna prezidenti V.Zelenskinin müşaviri M.Podolyakın “Fayneyşl Taymz”qəzətinə verdiyi müsahibəni oxudum.Podolyaq deyir ki,məlum “15 maddəlik”razılaşmaya görə,işgalçı Rusiya 24 fevraldan indiyə qədər işgal etdiyi torpaqlardan geri çəkiləcək.Və bura Qara dəniz ətrafındakı işgal olunmuş ərazilərdə daxildir.
Eyni zamanda,işgalçı rus əsgərləri Kiyevin şimal və şərq ərazilərindən də çıxmalıdırlar.

Rusiya tərəfi də “15 maddəlik”sənədə münasibət bildirərək deyib ki,məlum sənəddə hamısı olmasa da,dogru maddələr var.
Gəlinən nəticə budur ki,əgər bu həll planı gerçəkləşərsə,həm Ukrayna,həm də Rusiya tərəfi “qazanclı”tərəflər ola bilərlər.Lakin Rusiya tərəfinin üstünlükləri Ukraynaya görə daha çoxdur.
Əks halda,müharibənin müddəti daha da uzanacaq və Avropa qitəsində növbəti “Suriya”və ya “Əfqanıstan”yaranacaq.Xüsusilə,hər iki tərəfin döyüş meydanında əcnəbi muzdlulardan istifadə etməsi problemin daha da böyüməsi və daha geniş “areala”yayılması ilə nəticələnə bilər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir