KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya-Ukrayna müharibəsi Polşa və Baltikyanı ölkələrə yayıla bilərmi?

Kamal Aliyev: Rusiya-Ukrayna müharibəsi Polşa və Baltikyanı ölkələrə yayıla bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
310 0

Beləliklə,bir ay sonra Rusyanın Ukraynada apardıgı müharıbənin bir ili tamam olacaq.Ruslar son həftələr,xüsusilə “Vagner”hərbi birləşməsinin sahədə aktivləşməsindən sonra irəliləməkdə davam edir.Xüsusilə,Soledarın rusların əlinə keçməsi,Baxmut şəhərinin yaxın bir neçə gündə işgal ediə biləcəyini nəzərə alsaq demək olar ki,müharibə yeni mərhələyə qədəm qoyur.Əvvəldə yazdıgım kimi,Rusiyanın işgal siyasəti Ukrayna ilə bitməyəcək və növbəti etapda Polşa,Baltikyanı ölkələr də Putinin xışımına ugrayacaq.
Yeri gəlmişkən,artıq Almaniyanın təşəbbüsü ilə 14 Qərb ölkəsi Avropa Səması Qalxanı(Sky Schield)yaratmaq haqqında aralarında NATO-nun paytaxtı Brüsseldə imza mərasimi keçiriblər.Baxmayaraq ki,İsveç və Finlandiya hələ NATO üzvləri deyillər,ancaq bu ölkələr də ASQ-də olacaqlar.Maraqlıdır ki,ASQ müqaviləsi NATO-nun bütün üzlərini əhatə etmir.Hətta Türkiyə də Avropa Səma Qalxanı müqaviləsinin tərəflərindən deyil.Mümkündür ki,Qərb dövlətləri hal-hazırda Moskva-Ankara münasibətlərinin normal oldugunu,Rusiyanın Türkiyəyə hücum etməyəcəyini yəqin ediblər.Ola bilsin ki,Türkiyənin ASQ-də olmamasının başqa geopolitik səbəbləri də olsun.
Əslində,ASQ kimi İsrailin təhlükəsizliyini kənar intervensiyalardan qorumaq üçün “Dəmir Qübbə”sustemi var.Və sistemin əsas memarı ABŞ-dır.Vaşinqton “Dəmir Qübbə”vasitəsi ilə Yaxın Şərqdəki strateji müttəfiqi İsraili qoruyur.Digər yandan,ABŞ-a məxsus “Patriot”HHM sustemləri də kontinental Avropanın təhlükəsizliyini qoruyacaq.Buna əlavə olaraq,Almaniyanın “IRIS-T SLM”sistemi də hər növ helikopter,gəmidən,havadan atılan raketlərə qarşı həssas sistemlərdir.Fərz edirəm ki,Almaniyanın öncü oldugu ASQ-yə başqa ölkəl əır də qoşulacaq.Bu,həm də sistemin maliyyə yükünün bölüşdürülməsi olardı.
Ancaq diq qüətimi çəkən Fransanın ASQ sistemində hələ ki olmamasıdır.Zənnimcə,bu,hələ də Almaniya və Fransa arasında tarixdən gələn rəqabətə görədir.Üstəlik,Fransa malik oldugu nüvə arsenalı sisteminin onun təhlükəsizliyini qoruduguna əmindir.Təbii ki,Fransa və Almaniya arasında tarixdən gələn kompetensiyada psixoloji amili də nəzərə almalıyıq.Yəni,Fransa Almaniyanın liderliyi altında qurulan müdafiə ittifaqının çətiri altında özünü rahat hiss etməz.Hərçənd,Fransa prezidenti Emanuel Makron bir neçə ildir Avropa İttifaqının özünün ordusu olmasını dəstəkləyir.Təbii ki,Makronun bu niyyətini Vaşinqtonla yanaşı Berlin də istəmir.
Artıq belə demək mümkünsə,Qərb dövlətləri Rusiya-Ukrayna müharibəsinin Avropanın içlərinə digru yayılmasından ehtiyatlanırlar.Əgər ən pis ssenari olaraq,Rusiya özünün işgal trayektoriyasına Avropaya yönəldərsə bunun üçün əsas hədəf ölkələr Polşa,Litva,Latviya və Estoniya olacaq.Yadınıza salım ki,1979-1989 arasında Sivet-Əfqanıstan müharibəsində Qərb ölkələri əfqan mücahidlərə silahları Pakistan ərazisindən ötürürdülər.İndi isə Ukraynaya agır silahlar Polşa ərazisindən keçirilir.Rusiya da bunu izləyir və mümkündür ki,uygun bir mərhələdə Polşanı vursun.Əlbəttə,Polşa ilə yanaşı Baltikyanı ölkələr də Rusiyanın hədəfinə gələ bilər.Əgər bu ölkələr Rusiyanın hücumuna məruz qalarsa,bu,bütövlükdə NATO-nun,Avropanın təhlükəsizlik arxitekturasına ciddi zərbə ola bilər.Həmişə dediyim kimi,Rusiyanın əsas hədəflərindən biri də Avropanın sosial sistemini tarumar etmək,qoca qitəni yeni qaçqın ordusu ilə üz-üzə qoymaq,mövcud leberal-demokratik sistemi çökərtməkdir.Əlbəttə,Putin üçün bu,o qədər də asan deyil.Ancaq Qərb ölkələri daha diqqətli olmalı,düşmənə qarşı konsolodasiya nümayiş etdirməlidirlər.Rusiyanın Ukraynada davam etdirdiyi qanlı işgal siyasəti hələ illərlə davam edəcək.Və bu,təbii ki,artıq Qərbi yorur.Hələ ki,Qərb ölkələri Ukraynaya müd asfiə silahları,maliyyə yardımı göstərirlər,lakin bir müddət sonra situasiyanın dərinləşəcəyini də proqnozlaşdırırlar.Ən təhlükəli ssenari isə müharibənin günün birində birbaşa NATO cografiyasına keçə biləcəyi ehtimalıdır.Belə olan təqdirdə,Ukraynadan fərqli olaraq,kontinental Avropa daha geniş hərbi konfrantasiya ilə üz-üzə qala bilər.Onu da vurgulamaqda yarar var ki,əgər NATO-nun ikinci böyük ordusu Türkiyə Silahlı Qüvvələri ehtimal onunan Qərb-Rusiya müharibəsində(İsmət İnönünün ikinci dünya müharibəsindəki strategiyasında oldugu kimi)tərəfsiz olarsa,bu,Avropa ölkələri nöqteyi-nəzərindən ən arzuolunmaz situasiya ola bilər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir