KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək?

Kamal Aliyev: Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
208 0

Təxminən iki il əvvəl həm məqalələrimdə,həm də paylaşdıgım statuslarda yazırdım ki,Rusiyanın Ukraynada apardıgı qanlı işgal hərəkatı 4-5 il davam edəcək.Təbii ki,m əın kahin deyiləm və belə qənaətə apardıgım müşahidələr,təhlillər nəticəsində gəlmişdim.
Onu da yazmışdım ki,Ukrayna Qazaxıstan və yaxud Belorus deyil ki,xalq işgalçılara qarşı elliklə ayaga qalxıb mübarizə aparsın.
Üstəlik,Ukraynaya başda ABŞ olmaqlı Qərb koalisiyasının ciddi hərbi və siyasi dəstəyini gördük,Dogrudur,son aylar Ukraynanın hərbi və siyasi elitasında ciddi fikir ayrılıgları,o cümlədin,Qərbin yardımlarında cidfi düşüş var.Buna paralel olaraq,Ukrayna ordusu son həftələr ardıcıl məglubiyyətlərə məruz qalmaqdadır.
Müharibənin uzanması təkcə Rusiyanı deyil,Ukrayna cəmiyyətini də,hətta onun Qərbli müttəfiqlərini də yorum.Buna rəgmən,ukraynalıların müqaviməti hələ də davam etməkdədir.
Yazının əvvəlində də vurguladıgım kimi,Ukraynadakı böhranın hələ 4-5 il davam edəcəyini öngörmüşdüm.
Əlbəttə,mən kahin deyiləm və mülahizələrimə söykənərək iddia etmişdim.
İndi məlum olub ki,Rusiya prezidenti Vladimir Putin də müharibənin 5 il davam edəcəyini martda Çin Xalq Respublikasının lideri Şi Cinpinqlə Moskvada keçirdiyi görüşündə deyib.Bu haqda məlumatı Asiyanın nüfuzlu iqtisadiyyat dərgilərindən biri “Nikei Asia” verib.
Beləliklə,Ukraynada Putinin qanlı işgalı ən azı 2027-ci ilə qədər davam edəcək.Hələ qarşıda bizi daha cidfi qlobal böhranlar,qarşıdurmalar gözləyir.Qlobal aktorların Yeni Dünya Nizamına(YDN)keçid mərhəlısində üz-üzə gəlməsini təkcə Ukrayna və Yaxın Ş əırqdə deyil,hətta Uzaq Şərqdə-Koreya yarımadasında da müşahidə edəcəyik.
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir