Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Qarabagdakı rus sülhməramlılarının çıxarılması,bölgəni tərk etmiş ermənilərin geri qaytarılması haqqında dediklərini aşagıdakı kimi anlamaq olar;
-Kremlin 2025-ci ilin noyabrında Qarabagdakı rus sülhməramlılarının taleyi haqqında məqs əıdi budur ki,Bakı ilə qarşılıqlı təmaslar nəticəsində hərbi kontingentin bir müddətdə ərazidə qalması təmin edilsin.
Ortaya sual çıxır:biz Qaluzinin dediklərindən bu qənaətə necə gəldik?
Əvvala,M.Qaluzin diplomatdır və adətən bu şəxslər açıq deyil,dövlətlərinin geo-siyasi,geo-strateji ambisiyalarını yumuşaq formada qarşı tərəfə çatdırırlar.Rus diplomatın “Azərbaycan tərəfi ilə konstruktiv mühütdə danışıqlar aparırıq deməsi”budur ki,biz hərbçilərimizin Qarabagda qalmasını istəyirik-ancaq bu,ikitərəfli tazılaşma əsasında mümkün olacaq.
-Qaluzinin açıqlamasında “regiondakı vəziyyət”,”tələblər”kimi ifadələr var ki,bunu da açmaq lazım gəlir.
Birincisi,”regiondakı vəziyyət”deyərkən,rus diplomat diplomatik jarqonla,sətiraltı demək istəyir ki,regiondakı vəziyyət heç də stabil deyil və hər an dəyişə bilər.Dolayısıyla,Qaluzin ona işarə edir ki,Cənubi Qafqazın iki ölkəsi-Azərbaycan və Ermənistan arasında hələ də konflikt ehtimal var və biz bu cografiyada ona görə qalmalıyıq ki,müharibənin qarşısını alaq.
-Mixail Qaluzinin dediklərində bir məqam da istər-istəməz diqqət çəkir.O,deyir ki,Qarabag erməniləri könüllü şəkildə bölgəni tərk ediblər və əgər onlar istəsələr yenidən qayıda bilərlər.Bu,o demək olur ki,Qarabag ermənilərinin qayıdacagı təqdirdə,onların təhlükəsizliyini qorumaq bizim məsuliyyət sahəmizə daxildir.
-Qaluzin yuxarıdakı bu dediklərindən sonra Qarabagdakı ermənilərin bölgəni tərk etməsini bu dəfə diplomatik üsulla deyil,açıq şəkildə konstatasiya edir ki,Nikol Paşinyan hökuməti Praqada Qarabagın Azərbaycanın suveren ərazisi oldugunu qəbul edib və bu,hüquqi olaraq bölgənin Bakıya inteqrasiya etməsi deməkdir.
Kamal Aliyev