KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya separatçı Balasanyanı niyə arxa plana atdı?

Kamal Aliyev: Rusiya separatçı Balasanyanı niyə arxa plana atdı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
224 0

Qarabagdakı separatçı rejimin Milli Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan vəzifəsindən azad olunub.Əvvəlcə bir məqamı vurgulayım ki,V.Balasanyan 1-ci Qarabag müharibəsində iştirak edib.Daha sonralar Daşnaksütyun Partiyasının fəalı olan olan Balasanyan(2007-2010)Qarabagdakı separatçı rejimin prezidenti olmuş Bako Saakyanın müşaviri olub.2016-2019-cu illərdə Balasanyan ilk dəfə Xankəndidəki tanınmamış respublikanın Milli Təjlükəsizlik Şurasına rəhbərlik edib.Ikinci Qarabag müharibəsindən sonra Balasanyan yenin separatçı rejimdə eyni vəzifəyə gətirilib.Əslində,Balasanyan 2020-ci ildə də Arayik Arutyunyanla mübarizədə separatçı rejimin rəhbəri olmaq istəyirdi.Buna rəgmən,A.Arutyunyan Ermənistan prezidenti Nikol Paşinyanın da dəstəyini alaraq tanınmamış rejimin rəhbıri seçilmişdi.Əlimizdə dəqiq informasiya olmasa da,yayılan məlumatlara görə,Kreml tərəfindən Qarabags göndərilən və Xankəndidə “dövlət naziri”postu ilə mükafatlandırılan Ruben Vardanyanla Vitali Balasanyan arasında ciddi fikir ayrılıqları olub.Hətta deyilənə görə,Balasanyan Azərbaycanla”kontakt”qurmaga meyilli olub.Biz bu sayaq məlumatın nə qədər səhih oldugunu bilmirik,ancaq görünən budur ki,özünə siyasi komanda formalaşdıran R.Vardanyan Balasanyan kimi biri ilə çalışmaq istəməyib.Hətta o da mümkündür ki,yaxın vaxtlarda separatçı rejimin rəhbəri Arayik Arutyunyan da yola salınsın.Görünür,Moskva Vardanyan vasitəsi ilə qurdugu siyasi mühəndisliklə əvvəlcə Qarabagda özünə tamamilə yaxın siyasi komanda formalaşdırmaq istəyir.Moskva Vardanyanın Qarabagda mövqelərini möhkəmləndirməklə,gələcəkdə onun Ermənistandakı siyasi hakimiyyətə yolunu hazırlayır.Kreml onun fərqindədir ki,Köçəryan və Sərkisyan kimi “köhnə”,”nimdaş”siyasi fiqurlarla Paşinyanı yaxın gələcəkdə hakimiyyətdən devirmək mümkünsüzdür.Bu halda,optimal variant R.Vardanyan fiquru ətrafında “siyasi hikayə”yaratmaq daha aglabatandır.Üstəlik,R.Vardanyan Qarabag ermənisi deyil və diasporun da qıcıq oldugu siyasətçi deyil.Digər yandan,kilsə və Qareginlə də Vardanyanın münasibətləri istidir.Halbuki,kilsə hazırda Paşinyan hökuməti ilə yola getmir.
Belə demək mümkünsə,Rusiya Vardanyanın Yerevandakı siyasi olimpə yolunu açmaq üçün əvvəlcə ondan “xilaskar”erməni obrazı yaradır(acaq),daha sonra A.Arutyunyan başda olmaqla keçmiş separatçı ünsürləri təmizləyəcək və günün birində adamını deyure rejimin başçısı təyin edəcək.Artıq Kremlə yaxın media davamlı olaraq R.Vardanyanın təbligatı ilə məşguldur.
Diqqətlə fikir versək görərik ki,bu gün Qarabagdakı separatçı rejimin başçısı arxa plandadır,Xankəndidə keçirilən h ər iki mitinqin də təşkilatçısı və aparıcısı Ruben Vardanyandır.Hətta Rusiya və Qərb mediasında da Vardanyan ön plandadır.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir