KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya niyə Özbəkistanın tərkibindəki Qaraqalpakstanda aranı qarışdırır?

Kamal Aliyev: Rusiya niyə Özbəkistanın tərkibindəki Qaraqalpakstanda aranı qarışdırır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
296 0

Dogrudur,uzun illərdir Özbəkistanın ən münbit pambıq sahələrinin yerləşdiyi Qaraqalpakstanda ciddi iqtisadi problemlər var.Və təbii ki,Kreml bu fürsəti qaçırmadı və Qaraqalpakstanın paytaxtı Nukusda etiraz aksiyaları başlayıb.
Halbuki,Özbəkistanın indiki prezidenti Şafkat Mirziyoyev sələfi İslam Kərimovla müqayisədə Qaraqalpakstan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər müəyyən pozitiv addımlar atmışdı.Görünür,bu,qaraqalpaqları məmnun etməyib.Belə olan təqdirdə,Rusiya bir müddətdir narazı oldugu Ş.Mirziyoyev hökumətinə qarşı təzyiq rıçaqlarını işə salıb.Hətta bu gün Nukusda keçirilən mitinqdə kütlənin şüarları arasında “Müstəqil Qaraqalpakıstan”sözünə də rast gəlmək olardı.Yuxarıda da vurguladıgım kimi,Vladimir Putin özbək lider Ş.Mirziyoyevdən narazıdır,Özbəkistanın Türk Dövlətləri Təşkilatında(TDT)fəaliyyətinə isti yanaşmır.Üstəlik,Özbəkistan Türkiyə ilə hərbi sahədə əməkdaşlıq imkanlarını genişləndirir.Lakin bir məqamı da vurgulamaqda fayda var ki,Qaraqalpakstan Muxtar Respublikasının yerləşdiyi geostrateji areal Rusiyanın separatçı həmlələri üçün “üstün”imkanlar yaradır.

Qaraqalpakstan Muxtar Respublika cografi olaraq Türkmənistan və Qazaxıstanın arasında yerləşir və bu,Rusiyaya separatizmi yaymaga,ən başlıcası,Qazaxıstana təzyiq üçün də fürsət yaradır.Keçmişə baxsaq,Qaraqalpakstan əvvəllər Türkistan Sovet Sosialist Respublikasının,daha sonra isə Qazaxıstan SSRİ-nin tərkibində olub.Sonra isə Qaraqalpakıstan Politbüronun qərarı ilə Özbəkistan SSRİ-nin tərkibində Muxtar Respublika statusu alıb.Elə bil sanki sovet rəhbərliyi bu günlər üçün Qaraqalpakıstanı Qazaxıstanın tərkibindən çıxarıb Özbəkistana birləşdirmişdi.

Özbəkistan konstitusiyasının 17-ci maddəsinə görə,Qaraqalpakstan əhalisi referendum yoluyla Özbəkistandan ayrılmaq hüququna malikdir.
Qaraqalpakstan muxtariyyətinin əhalisinin 32,8%-i özbək,32,2%-i qaraqalpaq,26,8%-i qazax,3,3%-i türkmən,1,2%-i tata,1,1%-i isə ruslardır.

Son vaxtlar Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya diş göstərməsi Kremli narahat edirdi.Nəzərə alsaq ki,Özbəkistan prezidenti Şafkat Mirziyoyev də nisbətən müstəqil siyasət yeritməyə cəhd edir,o zaman təbii ki,V.Putin bunu cavabsız qoya bilməzdi.
Göründüyü kimi,Mərkəzi Asiyada daşlar yenidən yerinə oturur və qarşıda maraqlı hadisələrə şahid ola bilərik.

Sadəcə,Kremlin əsas geosiyasi hədəfi budur ki,yaranmaqda olan Yeni Dünya Nizamında(YDN)Mərkəzi Asiya respublikalarını öz orbitindən kənara çıxmaga imkan verməsin.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir