KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya Moldovada dövlət çevrilişi hazırlayır?

Kamal Aliyev: Rusiya Moldovada dövlət çevrilişi hazırlayır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
202 0

Moldova prezidenti Maya Sandu bəyan edib ki,Rusiya hökuməti onun ölkəsində dövlət çevrilişinə cəhd edəcək.M.Sanduya görə,planda zorakılıq hərəkətləri həyata keçirmək,hökumət binalarına hücum v əı girov götürmək üçün mülki geyimdə kamuflyaj edilmiş,hərbi təlim keçmiş provakatorların iştirak edəcəyi gözlənilir.
Təbii ki,Moldova prezidentinin əlində bu istiqamət də müəyyən siqnallar var ki,o,belə açıq bəyanat verir.Nəzərə alsaq ki,2022-ci ilin payızında da Kremlə yaxın olan bəzi qüvvələrin Moldovada dövlət çevrilişinə cəhdi olmuşdu.Məsələyə obyektiv yanaşsaq,belə təhlil etmək yerinə düşər ki,Moldova daxilində Rusiyaya baglı 5-ci kalon kifayət qədər güclüdür.Üstəlik,Avropanın ən kasıb ölkəsi olan Moldova Rusiyadan idxal etdiyi təbii qazdan asılıdır və Moskvaya uzun müddətdən bəri yıgılmış borcu var.Və belə olan təqdirdə,Rusiya hökuməti Moldova daxilində ona baglı 5-ci kalonu qərbyönümlü Maya Sandu iqtidarına qarşı rahat bir şəkildə aktivləşdirə bilir.Eyni zamanda,Kreml Moldovaya qarşı vaxtaşırı iqtisadi rıçaqları da işə salır.Moskvanın strategiyası aydındır:keçmiş prezident və Rusiyaya yaxın İqor Dodonu bu və yaxud digər şəkildə hakimiyyətə gətirməkdir.
Digər tərəfdən,Kremlə yaxın media Ukraynada oldugu kimi,Moldovada da guya etnik ruslara qarşı diskriminasiya aparıldıgını bəyan edir və ölkədə dövlət çevrilişini reallaşdırmaq üçün münasib zəmin hazırlayır.Rusiya bu istiqamıtdə 90-cı illərdə işgal etdiyi Dnestryani bölgədən də istifadə edir.Görünür,bu,Moskvanın post-sovet məkanında uzun illərdir istifadə etdiyi siyasi mühəndislikdir.
Qeyd edək ki,keçən həftə Ukrayna prezidenti Vlodimir Zelenski moldovalı həmkarına Rusiyanın Moldovada h əıyata keçirmək istədiyi əməlləri haqqında kəşfiyyat məlumatları ötürmüşdü.Moldova tərəfinə təqdim edilən kəşfiyyat sənıdlərində Rusiya,Belorus,Serbiya və Monteneqro vətəndaşlarının bu ölkədə Rusiyanın reallaşdırmaq istədiyi dövlət çevrilişi planında istifadə olunacagı da vurgulanmışdı.

Əlbəttə,Rusiya tərəfi May as Sandunun ittihamlarını absurd və Qərb ölkələrinin mətbəxtlərində hazırlandıgını bəyan edib.Ruslar Zelenskinin Moldovaya təqdim etdiyi sınədlərin də saxta oldugunu iddia edirlər.
Rusiya iddia edir ki,Zelenski əvvəlcə Gürcüstanı müharibəyə qatmaq istədi,indi də Moldoviyadan istifadə edir.Belə çıxır ki,Mixail Saakaşvilinin Gürcüstana göndərilməsinin əısas məqsədi bu ölkədı Rusiyaya qarşı ikinci cəbhənin açılması idi.Əslində,bu “arqumenti” Gürcüstan hökuməti də dilə gətirmişdi.
Moldovaya gəlincə,yuxarıda da vurguladıgım kimi,bu ölkə həm kasıbdır,həm də Ukraynadakı kimi oliqarxların dövlət sistemində təsirli oldugu məlumdur.Mümkündür ki,Rusiya Ukraynada oldugu kimi,Moldoviyaya qarşı da işgal hərəkatına başlamaq istəyir.Rusiya Ukraynada oldugu kimi, Moldoviyadakı korrupsiya,etnik ruslardan,5-ci kalondan istifadə edərək,mümkündür ki,dövlət çevrilişinə cəhd etsin.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir