Rusiya Şimali Kipri tanıyacaqmı?
Rusiyada nəşr olunan “İzvestiya”qəzetinin yaydıgı məlumata görə, Kreml Şimali Kipr Türk Respublikasında konsulluq açacaq. Bu, eyni zamanda, Rusiyadan Ş.Kiprə birbaşa təyyarə reyslərinin başlayacagı deməkdir.Yadınızdadırsa,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan BMT Baş Assambleyasının 77-ci zirvə görüşündə dünya ictimaiyyətini Şimali Kipri tanımaga çagırmışdı.Digər tərəfdən,Rusiyanın Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində konsulluq açması o demək deyil ki,Moskva bu dövləti rəsmi olaraq tanıyacaq.Məlumdur ki,Şimali Kiprdə 10 mindən çox rus yaşayır və Rusiya konsulluq açmaqla vətəndaşlarına xidmət etmək istəyir.Onu da vurgulayım ki,Rusiya Tayvanın müstəqilliyini tanımasa da,ancaq bu ölkənin paytaxtı Taypeydə ofisi var.
Bir müddət əvvəl də Rusiya Kipr respublikasına İnquşetiyanın keçmiş prezidenti Murat Ziyazikovu fövqəladə və səlahiyyətli səfir təyin etmişdi.Putinin müsəlman Ziyazikovu Kiprə səfir təyin etməsini Türkiyəyə jest kimi dəyərləndirmək olardı.Məncə,Şimali Kiprin müstəqilliyini əvvəlcə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər tanımalıdır.Növbəti mərhələdə isə İslam Konfransı Təşkilatına üzv dövlətlər bu istiqamətdə real addımlar ata bilər.Rusiyanın isə yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyini tanıyacagını proqnozlaşdırmaq qeyri-mümkündür.Əslində,Şimali Kiprin prezidenti Ersin Tatar da dərk edir ki,Ş.Kiprin tanınması indiki məqamda aktual deyil və ən yaxşı hədəf Rusiya kimi ölkələrdən turistlərin adaya səyahət imkanlarını asanlaşdırmaqdır.Buna rəgmən,Rusiyanın Lefkoşada konsulluq açması adada turizm,iqtisadi inkişaf üçün impulsdur.
Kamal Aliyev Kafkassam