KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya bu gün Donbasa hücuma keçəcək

Kamal Aliyev: Rusiya bu gün Donbasa hücuma keçəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
364 0

Artıq belə demək mümkündür ki,Rusiya hərbçiləri bu gün Donbas ərazisində hərbi əməliyyatlara başlayacaqlar.Rusiyanın tanıdıgı qondarma DXR-in rəhbəri Denis Puşilin və LXR lideri Leonid Paseçnik V.Putinə müraciət ediblər ki,Donbasa rus qoşunlarını yeritsin.

Belə ki,Donbas regionu bütövlükdə separatçıların nəzarətinə keçməmişdi.Regionun bir hissəsi Ukrayna hökumətinin nəzarətindədir.Lakin Putin bu dəfə separtçıları olan Puşilin və Paseçnikin “xahişini”nəzərə alaraq Donbasın işgalına start verəcək.

Bir müddət əvvəl separatçılar Ukrayna hökumətinə ultimatum vermişdilər ki,Donbası tərk etməlidirlər.Ukrayna tərəfi isə öz ərazisindən çıxmayacagını bəyan edib.
Bu proseslər bizə 2014-cü ildə Krımın qanunsuz olaraq Rusiya tərəfindən anneksiyasını xatırladır.
Sadəcə,o zaman Kreml Krımın yerli əhalisi arasında “referendum”keçirərək,yarımadanı özünə birləşdirmişdi.Donetsk və Luqansk məsələsində isə proses fərqlidir.Moskva özünün hibrid taktikasına uygun olaraq,əvvəlcə Ukraynanın şərqində xüsusi xidmət orqanlarının əli ilə əhalini Aleksandr Baraday və Zaxarçenkonun(A.Baraday hazırda Dövlət Dumasının üzvü,A.Zaxarçenko isə 2018-ci ildə sui-qəsd nəticəsində öldürülüb)əli ilə mərkəzi hakimiyyətə qarşı qaldırdı,daha sonra isə həm Donetsk,həm də Luqanskda öz arayik arutyunyanlarını,balasanyanlarını “lider”kimi təyin etdi.Və ən dəhşətlisi də budur ki,bütün bunlar dünyanın gözləri önündə baş verdi.

Əfsuslar olsun ki,Qərb bu proseslərin əvvəlindən lazımı tədbirlərə,agır sanksiyalara əl atmadı.Bu gün ABŞ və Avropa İttifaqının tətbiq edəcəyi iqtisadi sanksiyalar kaş 2014-cü ildə realizə ediləydi.Halbuki,demokratik ictimaiyyət V.Putinin işgalçı,ekspansionist siyasətini 2008-ci il Gürcüstanın Cənubi Osetiya və Abxaziya respublikasının işgalında və ən son 2014-cü ildə Krımın ilhaqında görmüşdü.

Gördüyünüz kimi,bəzən Putin kimi ipə-sapa yatmayan bir aqressorun qarşısında passiv olmaq onu daha da növbəti işgallara həvəsləndirir.Hətta biz bunu Qazaxıstandakı son hadisələrdə də gördük.
Yaxşı deyiblər ki,dəmiri isti-isti döyərlər.
Diktatorlar da belədir:sən onların qarşısında yumuşaq davrandıqca,onlar daha azgınlaşır,aqressivləşirlər.
Bəli,bəşəriyyət açıq-aşkar Rusiyadakı rejimin beynəlxalq hüququ necə pozduguna şahidlik edir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir