KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiya bir axmaqlıq edib Ukraynanı işgal edə bilərmi?

Kamal Aliyev: Rusiya bir axmaqlıq edib Ukraynanı işgal edə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
348 0

Bəli,biz bu sualı son zamanlar tez-tez eşidirik.Biz onun da fərqindəyik ki,mövzu Rusiyadırsa və işin içində Putin kimi avtoritar,ambisioz siyasətçi varsa,bu,mümkündür.
Təbii ki,mən rus imperializminin işgalçılıq siyasətini təkcə Putin ilə əlaqələndirməzdim.Rusiya bir imperialist və yırtıcı dövlət kimi öz eksponsionist siyasətini hətta Putindən sonra da davam etdirəcək.

Hal-hazırda bütün dünyanın diqqəti Rusiya-Ukrayna sərhədinə cəmlənib.
Qərb mətbuatı artıq bir müddətdir həyacan təbili çalır ki,Rusiya Ukrayna sərhədinə 92 min əsgərini dislokasiya edib və hər an bu ölkəni işgal edə bilər.

Rusiyanın xarici işlər naziri S.Lavrov və Putinin ixtisasca türkoloq mətbuat katibi D.Peskov iddia edir ki,qərb mətbuatı dezinformasiya yayır və Ukraynanın işgalından söhbət belə gedə bilməz.

Lakin biz rusların 2014-cü ildə dünyanın gözü önündə beynəlxalq hüququ tapdayıb Krımı anneksiyasına şahid olduqDaha sonralar Putinin Ukraynanın şərqində separatizmə verdiyi dəstəyi də nəzərə alsaq,13 min insanın rus işgalının qurbanı oldugunu görə bilərik.
Bundan əlavə, Putinin Rusiyası Ukraynanın şərqində separatçılara silah,logistik,maliyyə dəstəyi verərək bu regionda Donetsk və Luqansk adlı iki separatçı respublika yaratdıgını gördük.Putin bununla kifayətlənməyib separatçılara rus pasportları da payladı.
Yəni,bizim tanıdıgımız Rusiya hər an tarana gedə bilər.

Rusiyanın xarici işlər naziri S.Lavrov amerikalı həmkarı E.Blinkenlə Stokholmdakı görüşündə ənənəsinə sadiq qalaraq,növbəti dəfə NATO-nu şərqə dogru genişlənməsini və qərb dövlətlərinin Ukraynanı sürətlə silahlandırdıgını bəyan etdi.Qeyd edim ki,Putin kremldə keçmiş prezident Boris Yeltsini əvəz etdikdən sonra NATO-ya qarşı daha aqressiv münasibət bəsləyir.
Putin bir məsələdə haqlıdır ki,SSR-i dagılarkən,NATO şərqi Avropa ölkələrini(Baltikyanu ölkələr də daxil olmaqla) bu hərbi alyansa üzv etməyəcəyini bəyan etmişdi.Bəli,bu,belə olmadı və kreml hesab edir ki,Ukrayna da NATO-ya daxil olsa,bu,onun təhlükəsizliyinə,suverenliyinə problem yarada bilər.

Yuxarıda da vurguladıgım kimi,Rusiya Ukraynaya hətta bu qış hücum edə bilər.Qərb isə hələ ki,deklorativ şəkildə bəyan edir ki,Rusiya bu addımı atsa,bunun həm siyasi,həm də iqtisadi qarşılıgını ən agır şəkildə alacaq.Mən zənn etmirəm ki,NATO Rusiya ilə müharibəyə girəcək,ancaq kreml üçün “kabus”iqtisadi sanksiyalar tətbiq oluna bilər.Hətta bu sanksiyalar İrana qarşı olanlardan daha agır olar.
Sual ortaya çıxa bilər ki,bəs Rusiya necə qarşılıq verər…
Bu kontekstdə Rusiya Avropaya satdıgı təbii qazı kəsə bilər.Ancaq Avropa bazarı Rusiya üçün olduqca vacibdir və ruslar bunun da nəticəsini qavramalıdırlar.
Etiraf edək ki,ABŞ ilə müqayisədə Avropa İttifaqı Rusiya ilə açıq konfrantasiyadan yayınır.Aİ dərk edir ki,Rusiyanın Ukraynayı işgalı qoca qitə üçün humanitar böhrandır.Çünki 44 milyonluq Ukrayna kontinental Avropa Suriyadan daha agır yükdür.

Dogrudur,ABŞ Rusiyanın Ukraynayı işgal edəcəyi təqdirdə,bunun bədəlinin agır olacagını bu ölkənin dövlət katibi E.Blinkenin agzından bəyan edib.Buna baxmayaraq,ABŞ və onun qərbdəki müttəfiqləri “Minsk Formatı”çərçivəsində danışıqların davam etdirilməsinə də yaşıl işıq yandırırlar.
Hazırda əsas məqsədlərdən biri yaxın zamanda Rusiya prezidenti V.Putin və ABŞ prezidenti Cozef Bayden arasında görüşün keçirilməsidir.Hər halda,Rusiya tərəfi daha çox bu görüşün baş tutmasında maraqlıdır.

Bundan əlavə,Ukraynanın xarici işlər naziri Dimitro Kuleba bəyan edib ki,Rusiyanın bu ölkəyə hücum edəcəyi təqdirdə,buna ciddi müqavimət göstərəcəklər.Kuleba bəyan edib ki,Rusiyaya qarşı qərb elə bir “preventiv paket”hazırlamalıdır ki,Putin hər hansı addım atmamışdan qabaq iki dəfə düşünsün.
İndi əsas hədəf Rusiya və Urayna arasında deskalasiya mühitini təsis etməkdir.Kreml də anlamalıdır ki,Ukrayna mövzusu onun üçün nə Dnestryani,nə Gürcüstandakı Abxaziya və Osetiya,nə də Daglıq Qarabagdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir