KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Rusiya-ABŞ qarşıdurmasında növbəti mərhələ “kiber müharibələr”ola bilərmi?

Kamal Aliyev: Rusiya-ABŞ qarşıdurmasında növbəti mərhələ “kiber müharibələr”ola bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
302 0

Bir neçə gün bundan əvvəl ABŞ prezidenti Cozef Bayden dedi ki,Rusiyanın kiber hücum qabiliyyətinin miqyası böyükdür və onlar gəlirlər.C.Baydenə görə,Rusiya prezidenti Vladimir Putin hələ kiber hücumlardan istifadə etməyib,ancaq bu onun kitabının bir hissəsidir.

Lakin bir məqam dəqiqdir ki,V.Putinin növbəti hədəfi kiber hücumlardır və yaxud kiber atakların intensivliyini daha da artırmaq olacaq.Bizə məlumdur ki,Rusiyanın ən qaranlıq xaker qruplarından biri “Dark Side”2016 və 2020-ci illərdə ABŞ-da keçirilən seçkilərə müdaxilə edib.Və o da aydındır ki,ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki təbligatı dövründə Kremlin xaker qrupları seçki prosesinə yersiz müdaxilələr ediblər.ABŞ məhkəmələri bu kiber müdaxilələrə hüquqi qiymət veriblər.

Gəlin proseslərin indiki dinamikasına nəzər yetirək.Rusiya fevral ayın 24-ündən Ukraynaya qarşı işgal hərəkatına başlayıb.
V.Putinin məlum işgal hərəkatı onun istədiyi kimi getmir.Ancaq reallıq budur ki,Rusiya Ukraynanın bütün infrastrukturunu dagıdıb,şəhərləri bombalayıb və yavaş olsa da işgal etdiyi əraziləri artırır.Lakin V.Putinin Rusiyasına qarşı tarixdə heç bir dövlətin qarşılaşmadıgı sanksiyalar tətbiq olunub.
Bu sanksiyalar Rusiyanın işgalını dayandırarmı?
Mümkün deyil,V.Putin istədiyinə nail olmasa,müharibəni dayandırmayacaq və qitə Avropasına ən az 10 milyon qaçqını göndərməkdə israrlıdır.Bu say hətta 15 milyona da çata bilər.V.Putin Qərbin sanksiyalarına ancaq onmilyonlarla qaçqını evsiz-eşiksiz etməklə cavab verə bilər.
Çünki V.Putinin əlində başqa rıçaqlar qalmayıb-təbii ki,nüvə silahından istifadə və kiber müharibə istisna olmaqla.

Gələk Putinin kiber müharibə taktikasına.
Əslində,gözlənilirdi ki,V.Putin kollektiv Qərbin Rusiyaya tətbiq etdiyi agır sanksiyalara kiber hücumlarla cavab verəcək.

Düşünmək olar ki,bu,Vladimir Vladimiroviçin növbəti həmləsi olacaq.Belə ki,V.Putin nəzarətində olan kəşfiyyat təşkilatlarını və dövlətlə əlaqəli olan ayrı-ayrı kiber atak qruplarını ABŞ-ın dövlət qrumlarına qarşı hərəkətə keçirəcək.Lakin bir məqam da var ki,ABŞ-da kiber hücumlara qarşı kifayət qədər təcrübəli və hazırlıqlıdır.Bir maraqlı punkt da budur ki,V.Putin ABŞ-a qarşı geniş əhatəli kiber hücumları gözə ala biləcəkmi…

Bundan əlavə,mümkün kiber müharibə durumunda dövlətlərin kəşfiyyat xidmətləri əvvəlcədən daha sentimental və diqqətli olur.C.Baydenin son dediklərindən aydın olur ki,Rusiyadan artıq belə bir təhlükə sezilir.Və vaxtında Putinin xakerlərinin qarşısı alınmasa,bunun maddi və mənəvi sarsıntıları olacaq.Hətta belə bir təhlükə dövlət qrumlarının funksionallıgını da iflic edə bilər.

V.Putin indiki situasiyada Qərb tərəfindən küncə sıxıldıgının fərqindədir.Ona görə də o,qarşı tərəfə preventiv kiber zərbələr endirə bilər.Çünki,Rusiyaya qarşı agır sanksiyalar gec-tez rus xalqını da vuracaq və əsl həngamə də ondan baş verəcək.Bu səbəbdən,V.Putin qarşı tərəfi də cəzalandıra bilər…

Hal-hazırda V.Putin olduqca qəzəblidir.Səbəb isə çox sadədir:ruslar hələ də Kiyevə nəzarət edə bilmirlər.İstisna etmirəm ki,rus ordusu Kiyevi ələ keçirə bilməyəcək.Amma bunun üçün xeyli qurban verilməlidir.Putin bunu gözə alarmı?
Əlbəttə,gözə alar yox,artıq alıb.Bu işgalçı rus çarının başqa çarəsi də yoxdur.

Yeri gəlmişkən,Rusiya kəşfiyyatı 2020-ci ildə “Solar Winds”adlanan kiber hücumlarda ABŞ-ın bir çox federal qrumlarına sıza bilmişdi.Hətta ötən il Cenevrədə keçirilən Bayden-Putin görüşündə ABŞ prezidenti həmkarına 16 maddədən ibarət bir sənəd vermişdi.Bayden tələb etmişdi ki,rus xaker qrupları su və enerji şirkətlərinə kiber hücumlardan uzaq durmalıdırlar.

Hazırda Rusiya dənizlərin altındakı kabel xəttlərini,sənaye nəzarət sistemlərini vurmaq gücündədir.Bu,ruslar üçün təəssüf ki,böyük üstünlükdür.

Üstəlik,V.Putin keçmiş KGB agentidir və psixoloji müharibə taktikasından xəbərdardlr.Putin ABŞ kəşfiyyatının Rusiyaya sızmasına qarşı da olduqca həssasdır.

Buna rəgmən,mən V.Putinin ABŞ-a qarşı böyük masştabda kiber hücumlar edəcəyinə inanmaqda çətinlik çəkirəm.Yəni,ABŞ-da bu sahədə güclüdür və Rusiyadan geri qalmır.Hətta belə deyərdim ki,kiber hücumlar məsələsində Rusiya ABŞ-dan geri qalır.
Lakin amerikalılar xüsusilə,xidmət sektoru və texnologiyaların kiber təhlükəsizliyini qorumaq məcburiyyətindədirlər.

V.Putinə inanmaq sadəlövhlükdür.İndi bütün bəşəriyyət bu acı reallıgın fərqindədir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir