KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ruben Vardanyanın Xankəndidəki mitinqi məqsədinə çatdımı?

Kamal Aliyev: Ruben Vardanyanın Xankəndidəki mitinqi məqsədinə çatdımı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
317 0

Bu gün Qarabag iqtisadi rayonunun inzibati mərkəzi Xankəndidə ermənilərin keçirdiyi aksiya ətrafında müxtəlif mülahizələr,təhlillər irəli sürmək olar.Əvvəlcə ondan başlayım ki,bu aksiyanın əsas təşkilatçısı,Rusiyanın qarabaga göndərdiyi milyarder canişin Ruben Vardanyan idi.Əslində,R.Vardanyan bir müddət öncə Xankındidə kütləvi aksiya təşkil etmək istəsə də,görünür,Rusiyadakı dəstəkçiləri buna razılıq verməmişdilər.Aksiyanın birbaşa təşkilatçısı Xankındidəki “dövlət naziri”Ruben Vardanyan nə qədər desə ki,etirazın əsas məqsədi Laçın dəhlizinin azərbaycanlı ekofəallar tərəfindən baglanılmasına qarşıdır,lakin reallıqda erməni mafiozun əsas məqsədi özünün son zamanlar itən nüfuzunun reabilitasiyasına hesablanmışdı.Bundan başqa,aksiyanın əvvəlindən sonuna qədər “fəallıq”nümayiş etdirən Vardanyan Qarabagdakı rəqiblərinə də siyasi mesajlarını vermiş oldu.Məlum aksiyada iştirak edən Qarabagdakı erməni separatçılarının lideri Araik Arutyunyan sanki ikinci planda idi.Fakt budur ki,A.Arutyunyan artıq özünü Vardanyanın kölgəsində oldugunu qəbul edib.Yəni,bugünki aksiyanın əsas hədəflərindən biri də Ermənistanın baş naziri Nikol Paşinyana və qondarma rejimin başçısı Arutunyana Vardanyanın demarşı idi.Baxmayaraq ki,Vardanyan çıxışında Laçın yolunun baglanmasında azərbaycanlı ekoaktivistləri günahlandırdı,amma ermıni mafiozun sətiraltı mesajları həm də Paşinyana tuşlanmışdı.Faktiki olaraq Vardanyan hazırda özünü Xankəndidə “külli ixtiyar”sahibi hesab edir və Moskvadan aldıgı direktivləri həvəslə yerinə yetirir.Dogrudur,Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov keçirdiyi görüşdə Vardanyanın Moskvanın adamı olmadıgını,bundan sonra da olmayacagını desə də,bu,qətiyyən reallıgı əks etdirmir Həmişə vurguladıgım kimi,R.Vardanyanın Moskvanın çizdiyi sərhədlərdən kənara çlxa bilməz və o,kremlin uygun zamanda Yerevandakı hakimiyyət olimpinə hazırladıgı fiqurdur.Hətta mən bir az da irəli gedərək onu deyərdim ki,Vardanyan Ermənistanın gəlıcəkdəki Bdzina İvanişvilisidir.
R.Vardanyanın Xankındidəki aksiyasının bir hədəfi də Qərbə yönəlmişdi.O,Qərbə demək istəyir ki,Qarabagdakı ermənilərin əsas himayədarı Rusiyadır və problemun həllində “Vaşinqton sənədi”deyil,Moskva variantı keçərlidir.Bilirik ki,Paşinyan hökuməti və ona yaxın olan media israrlıdır ki,Laçın koridoru boyunca BMT müşahidəçiləri monitorinq aparsın.Məsələ bundan ibarətdir ki,heç bir beynəlxalq mandatı olmayan Rusiya sülhməramlıları da bu təklifə qarşıdır və Moskvanın adamı Vardanyanın da bu təklifə isti yanaşmayacagını proqnoz etmək çətin deyil.Moskvanın əsas geosiyasi hədəfi sülhməramlılara beynəlxalq mandat alaraq Qarabagda uzun müddət qalmaqdır.Paşinyan da bir müddət əvvəl rus sülhməramlı kontingentinin Qarabagda 15-20 il qalmasını təklif etmişdi.Azərbaycan tərəfi isə 2025-ci ildə rus sülhməramlılarının bölgədən gedə biləcəyinin anonsunu verib.Ki bu tarixdən sonra Qarabag ermənilərinin reinteqrasiyası nəzərdə tutulub.

Ümumiyyətlə,Bakı üçün Ukraynada mövqeləri zəifləyən Rusiya ilə Qarabag məsələsində rəqabət aparmaq və istədiyinə nail olmaq daha asandır,nəinki Qərb ilə.Belə ki,mikrob tam formada olanda onunla mübarizə aparmaq təhlükəlidir.Lakin sğn mikrobun yarısını məhv edəndə o vaksinə çevrilir.Və Azərbaycan tərəfi onun fərqindədir ki,zəif və yaxşı mikrib onun immun sisteminə elə də təsir göstərə bilməz.Belə olan təqdirdə,Bakı Qarabag məsələsində orta və uzaq perspektivdə istədiyinə nail ola bilər.Ancaq bir variantda mümkündür ki,Bakı rus sülhməramlılarının gələcəkdə Qarabagda qala biləcəyinə yaşıl işıq yandırsın.Bunun üçün sülhməramlılar Azərbaycanın istəklərinə qarşı çıxmasınlar,ona müəyyən qədər baglı olsunlar.Bir vacib məsələ də bundan ibarətdir ki,Bakı Xankəndidə R.Vardanyanın mövcudlugu ilə barışmayacaq.Hazırda Bakı və Moskvs arasında əsas müzakirə mövzularından biri də Vardanyan amilidir.Əliyev hökumətinin digər əsas hədəfi də Zəngəzur dəhlizinin açılışına nail olmaqdır.Zəngəzur dəhlizi məsələsində Bakı və Moskva arasında konsensus var

Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir