KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Ruben Vardanyan Yerevanda iqtidar mübarizəsinə qoşulur?

Kamal Aliyev: Ruben Vardanyan Yerevanda iqtidar mübarizəsinə qoşulur?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
225 0

Ermənistanda nəşr olunan “Hraparak”qəzeti yazıb ki,Qarabagda “dövlət naziri”vəzifəsindən azad edilən Ruben Vardanyan Yerevana qayıdıb,siyasi mübarizəyə başlayacaq.Qəzet onu da iddia edir ki,Vardanyanın təsis etdiyi “Aprelu Yerkir”partiyasının agsaqqalar şurasın siyahısında olan Mane Tandilyan Yerevan şəhər meriyasına keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcək.
Şübhəsiz ki,Ruben Vardanyanın geniş maliyyə resursları var və mümkündür ki,ona yaxın olan biri mer seçkilərində iştirak etsin.Lakin bu,o demək deyil ki,Vardanyanın namizədi hazırda baş nazir Nikol Paşinyanın nəzarətində olan Yerevan Şəhır meriyasında üstünlük qazanacaq.Dogrudur,Vardanyanın pulu və arxasında Rusiya faktoru var.Üstəlik,2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Kremlə yaxın olan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Paşinyanı devirə bilmədilər.Halbuki,Ermənistan ikinci Qarabag müharibəsində agır məglubiyyətə düçar olmuşdu.Buna rəgmən,Moskvanın dəstəklədiyi hakim qüvvələr-“Hayastan”və “Şərəfim var”siyasi blokları Ermənistan parlamentində təmsil olunmaq hüququ əldə etdilər.Hərçənd,Rusiya agır məglubiyyətdən sonra Paşinyanın hakimiyyətdən gedəcəyinə ümid bəsləyirdi.Yuxarıda adlarını çəkdiyim siyasi fraksiyaların Ermənistan parlamentində təmsilçilik hüququ qazanmaları Rusiya üçün ən yaxşı halda “təsəlli”mahiyyəti daşıyırdı.
Onu da bilirik ki,Moskvanın adamı olan Vardanyan Qarabagda “ugur”qazana bilsəydi,npvbəti etapda Ermənistan paytaxtında siyasi mübarizəyə start verəcəkdi.Yəni,Xankəndidəki vəzifə Vardanyan üçün trampilin və ya “siyasi hekayə”mahiyyətində idi.Lakin indiki mərhələdə Vardanyanın birbaşa Paşinyana qarşı cəbhə açacagına inanmaq sadəlövhlük olardı.
Əlbəttə,biz Paşinyana Qərbin dəstəyini nəzərə almalıyıq.Qərbin Cənubi Qafqazdakı geopolitik hədəflərində Paşinyan vacib rol oynayır.Bundan əlavə,Qərb Vardanyanın Kremlə baglı oldugunu da bilməmiş deyil.Belə olan təqdirdə,Vardanyanın Yerevanda hakimiyyət ugrunda mübarizəyə start verəcəyini qeyri-mümkün hesab edə bilərik.
Onu da vurgulayım ki,Rusiyanın “Vardanyan variantı”tam iflasa ugrayıb və yaxın perspektivdə Rubenin siyasi risqlərə gedəcəyi aglabatan deyil.
Konkret olaraq Ermənistandakı siyasi mübarizəyə gəlincə,gələcəkdə Paşinyana qarşı Avedik Çəlıbyan və yaxud keçmiş ombudsman Arman Tatoyan kimi fiqurlar var.Vardanyandan fərqli olaraq,Çələbyan və Totoyan həm Qərbdə,həm də diaspora daxilində nüfuz sahibidirlər.Nəticə olaraq,Ruben Vardanyanın Qarabagda biabırçı siyasi performansından sonra,onun Ermənistanda indiki perspektivdə siyasi ugur qazanacagı gözlənilmir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir