KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Rəsmi Bakının İravana 5 təklifi və Ermənistanın 6 şərti nəyi ehtiva edir?

Kamal Aliyev: Rəsmi Bakının İravana 5 təklifi və Ermənistanın 6 şərti nəyi ehtiva edir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
122 0

Azərbaycanın Ermənistana Daglıq Qarabag probleminin yekun həllini özündə ehtiva edən 5 maddəlik təklifinə bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın münasibəti ilə tanış oldum.(armenpress)

A.Mirzoyanın münasibətini şərh etmədən əvvəl rəsmi Bakının Ermənistana təklif etdiyi 5 maddəlik təklifi nərdən keçirək.
Belə ki,5 maddəlik təklif A4 formatında əks olunmuş sadə bir sənəddir.
Təbii ki,sənədin birinci maddəsində konkret olaraq,Azərbaycanın ərazi bütövlüyü,o cümlədən Qarabaga(“Artsax”)hər hansı bir iddianın rədd edilməsi yazılıb.

Əslində,Daglıq Qarabag probleminin mahiyyəti elə birinci maddədə əks olunub.Halbuki,1991-ci ilin 8 dekabrında imzalanmış”Müstəqil Dövlətlər arasında Əməkdaşlıq”sənədində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyıb.Hətta bir müddət Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasında adılı çəkilən razılaşmaya istinad etmişdi.Lakin Ermənistanın o vaxt prezidenti olmuş Levon-Ter Petrosyan imzaladıgı sənədə xilaf çıxmış və bu adamın zamanında Azərbaycan torpaqları işgal olunmaga başlanmışdı.

Üstəlik,BMT TŞ-nin məlum qətnamələrini də nəzərə alsaq görərik ki,Ermənistan Azərbaycanın ərazi bütövlüyünü imzaladıgı sənədə rəgmən pozub.
Beləliklə,rəsmi Bakının təklif etdiyi 5 maddəlik sənəd problemin ümumi konfiqurasiyasına tam uygundur.

Digər tərəfdən,sənəddəki maddələrdən biri də 1970-ci il xəritələrinə istinadən Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyasıdır.Digər maddə isə Zəngəzur dəhlizi üçün xüsusi statusun qəbul olunması ilə yanaşı,regional kommunikasiya xəttlərinin açılmasıdır.Azərbaycan və İran arasında imzalanmış son müqaviləyə görə,Şərqi Zəngəzurdan Naxçıvan MR-na dəmir və avtomobil yolları çəkiləcək.Hərçənd,2020-ci il 10 noyabr razılaşmasına görə,regiondakı bütün nəqliyyat xəttləri açılacaqdı.Görünən budur ki,rəsmi Bakı Zəngəzur dəhlisi layihəsindən əlini üzüb ki,indi İranla müqavilə imzaladı.İş ondadır ki,biz 30 illik işgal dövründə də İran ərazisindən keçməklə Naxçıvana gedə bilirdik.Sadəcə,yeni müqaviləyə əsasən bu marşurur qısalır.Belə çıxır ki,Zəngəzur dəhlizi mövzusu öz aktuallıgını itirib.
Hərçənd ki,biz Zəngəzur dəhlizini Laçın koridoru ilə eyni statusda görmək istəyirdik.Dogrudur,gələcəkdə Ermənistan ərazisindən keçəcək dəhliz mümkün ola bilər,ancaq bu,reallaşsa belə,bu xətt əlahiddə statusa malik olmayacaq.

Məlum 5 maddədən biri də Azərbaycana məxsus Ermənistan ərazisindəki anklavlar məsələsidir.Bildiyiniz kimi,bura Ararat mərzində 1,Tavuş mərzindəki 5 kənd aiddir.Əslində,bu anklavlarla baglı məsələ 2020-ci il 10 noyabr sazişinin ilkin mətnində vardı,ancaq daha sonra müəmmalı şəkildə mətndən çıxarıldı.Ehtimal ki,bu Rusiyanın təzyiqləri nəticəsində baş verib.

Nəhayət,Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dediklərindən belə çıxır ki,ermənilər üçün Daglıq Qarabag problemi ərazi bütövlüyündən daha çox “insan hüquqları”məsələsidir.Bu,o deməkdir ki,Ermənistan “insan hüquqları”adı altında Daglıq Qarabagda yaşayan ermənilər üçün hər hansı muxtariyyət yox,”müstəqillik”istəyir.Bu üzdən,Ermənistan hər vəchlə Daglıq Qarabag probleminin yekun həlli üçün ATƏT-in Minsk Qrupunu prosesə cəlb etmək istəyir.
Eyni zamanda,Helsinki Yekun Aktına görə,millətlərin öz müqəddaratını təyinetmə prinsipinə(Self-determinasyon)istinad edir.
Həqiqət budur ki,Ermənistan Azərbaycan tərəfinin təkli etdiyi 5 maddəni qəbul etməyəcək.Belə olan halda,iş Azərbaycan ordusunun üzərinə düşür.Başqa çarə yoxdur…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir